Cümə axşamı günü, 12 noyabr 2026
     

İrəvan Bakının dedikləri ilə razılaşır, Qarabağ Azərbaycandır deyir

Image


Azərbaycan-Ermənistan sərhədindəki son qanlı döyüşlərdən sonra Ermənistanda səslənən davakar ritorika artıq sülhpərvər bəyanatlarla əvəzlənməkdədir. Belə ki, indi İrəvan Bakının təklif etdiyi sülhə alternativ olmadığını qəbul edir.

Ermənistan parlamentində çıxış edən baş nazir Nikol Paşinyan da sülh gündəliyini qəbul etdiyini vurğulayıb. O, müxalifətin suallarına cavab verərkən deyib ki, Ermənistan üçün Qarabağı Azərbaycandan ayırmaq mümkün olmayacaq: “Mən təsdiq edirəm ki, biz sülh gündəliyini qəbul etmişik. Və təsdiq edirəm ki, son müsahibəmdə elan edilmiş düstura uyğun olaraq sülh gündəliyinin həyata keçirilməsi üçün məsuliyyəti öz üzərimə götürürəm. Bu gündəliyin həyata keçirilməsi üçün parlament çoxluğunun və xalqın dəstəyinə ümid edirəm. Mən bu yolla gedirəm və gedəcəyəm. Son zamanlar gedən danışıqlar və onların məzmununa əsasən mən irəliyə doğru yolu görürəm. Bu, ən vacibidir”. Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev də Ermənistanla sülh danışıqları barədə nikbin olduğunu bildirib. İlham Əliyev buna əsas kimi bir neçə gün əvvəl sülh müqaviləsinin ilkin versiyasını hazırlamaq məqsədilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Cenevrədə təkbətək görüşünün keçirilməsini göstərib: “Ümid edirik, sülh sazişinin mətninin hazırlanması uzun çəkməyəcək. Biz bu ədavətə, qarşılıqlı nifrətə son qoymaq və yeni sülh səhifəsi açmaq istəyirik. Bu məsələdə nə qədər uğurlu olub-olmayacağımızı bilmirəm. Amma biz bu istiqamətdə irəliləyirik”. Ağdamda "Milli Şəhərsalma Forumu"nda çıxış edən Azərbaycan lideri qeyd edib ki, Bakı hələ də Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli əhalini öz vətəndaşı hesab edir və onların gələcək həyatının necə təşkil ediləcəyini hər hansı beynəlxalq oyunçu ilə müzakirə etmək fikrində deyil: “Azərbaycanın daxili məsələlərini heç bir beynəlxalq institut, eləcə də ərazicə böyüklüyündən və potensialından asılı olmayaraq hər hansı dövlətlə müzakirə etmirik”. Rusiyanın “Nezavisimaya qazeta” nəşri də baş verənlər fonunda Qarabağ məsələsinə birdəfəlik son qoyulmasını mümkün hesab edir: “Azərbaycan bildirir ki, “Dağlıq Qarabağ” adında ərazi yoxdur və münaqişə həllini tapıb. İrəvanda da ara-sıra “Dağlıq Qarabağın” danışıqlar masasında olmalı olduğunu deyirlər. Lakin ötən həftəsonu Nikol Paşinyan Ermənistanın İctimai Televiziyasına müsahibəsində İrəvanın bu bənddən imtina edə biləcəyinə dair açıq və aydın işarələr verib. Paşinyan, xüsusilə siyasi mərkəzlərin Dağlıq Qarabağın müstəqilliyini və ya Ermənistanın bir hissəsi olduğunu tanımağa hazır olmadığını bildirib. Paşinyan qeyd edir ki, “Madrid prinsiplərini” qəbul edən Ermənistan hakimiyyəti Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb.O, ölkənin Qarabağ məsələsi üçün əsas kimi qəbul edilən “Madrid prinsipləri”nin hərəkət və qərarlarının öhdəsindən gələ biləcəyinə şübhə edir. Paşinyan deyib: “Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb və bu, Vardan Oskanyan və onun lideri Robert Köçəryanın müəllifliyi ilə həyata keçirilib. Ermənistan danışıqlar üçün əsas kimi “Madrid “prinsipləri”ni qəbul etdiyi andan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb. Bu, 2007-ci ildə baş verib”. Onun sözlərinə görə, Ermənistan indiyədək Oskanyanın hərəkətləri və lider Köçəryanın qərarlarının öhdəsindən gələ bilməyib: “Və bəlkə də heç vaxt bunun öhdəsindən gələ bilməyəcək. İndi biz yalnız nəticələri idarə etməyə çalışırıq. Biz bu qərarları geri qaytara bilmədik və çətin ki, uğur qazanaq”. O, regionda yekun sülhün bərqərar olması yolu ilə getmək niyyətində olduğunu açıqlayıb”.

“Nezavisimaya qazeta” ona da diqqət çəkir ki, Azərbaycanla Ermənistan arasında danışıqlar daha öncə Bakının təklif etdiyi 5 prinsipə əsaslanır: “İndiyədək Ermənistanda bu prinsiplərə dair verilən bəyanatlar ziddiyyətli olub. Ağdamda çıxış edən İlham Əliyev bu məsələyə toxunaraq, prinsiplərin nə olduğunu açıqlayıb: “Bura ölkələrin ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması, gələcəkdə hər hansı ərazi iddialarına son qoyma öhdəliyi, silah gücündən təhdid məqsədilə istifadə edilməməsi, dövlət sərhədlərinin delimitasiyası və kommunikasiya xətlərinin açılması daxildir”. Avqustun sonunda Azərbaycan və Ermənistan liderlərinin Avropa İttifaqı Şurası prezidentinin iştirakı ilə keçirilən üçtərəfli görüşdə xarici işlər nazirlərinə sülh sazişinin mətnini hazırlamaq üçün bir ay ərzində görüşmək tapşırığı verilib. Azərbaycan Prezidenti sülh prosesi ilə bağlı danışaraq həmçinin deyib ki, sərhədlərin delimitasiyası və demarkasiyası üzrə Azərbaycan və Ermənistandan olan komissiyalar birlikdə işləyərək, vaxt itirmədən iki ölkə arasında mövcud olmayan sərhədləri "müəyyənləşdirməyə nail olacaqlar. Oktyabrın 2-də Cenevrədə görüşən Azərbaycan və Ermənistan xarici işlər nazirləri iki ölkə arasında sülh sazişi, silahlı qüvvələrin ölkə ərazilərindən çıxarılması, hərbi və mülki əsirlər, eləcə də kommunikasiya xətləri barədə fikir mübadiləsi aparıblar”. Bunlar fonunda Ermənistandan olan siyasi təhlilçi Riçard Kirakosyanın fikrincə, indiki mərhələdə Azərbaycan və Ermənistan arasındakı diplomatik səylər tam barışıq məqsədi daşımır, hazırda tərəflər əlaqələrin normallaşmasına və etimad mühitinin yaradılmasına çalışır. Bununla bağlı artıq nümunənin də mövcud olduğunu deyən siyasi təhlilçi Azərbaycanın mülki təyyarələrinin Ermənistanın hava məkanından istifadə etməsini misal gətirir. Bundan əlavə, o, Ermənistandan keçən ticarət və nəqliyyat xətlərinin açılmasının da iki xalq arasında etimad mühitini yüksəldəcəyi qənaətindədir: “Amma barışıq zaman və nəsil dəyişməsi tələb edən məsələdir. Onu da deyim ki, azərbaycanlıların və ermənilərin birgəyaşayış tarixi münaqişənin tarixindən çox daha əvvələ gedib çıxır. Bütün bu dediklərim davamlı sülhün əldə ediləcəyi barədə optimist düşünməyim üçün əsas səbəbdir”. O hesab edir ki, 2020-ci il müharibəsindən əvvəlki sülh taktikası xalq diplomatiyasını ön plana çəkirdisə, müharibədən sonra yaranan vəziyyət onu tələb edir ki, ilk növbədə hər iki xalq ayrı-ayrılıqda sülh məsələsini öz daxilində geniş müzakirə etsin. Bunun üçün hökumət nümayəndələrinin çıxışlarında işlətdikləri ifadələr böyük əhəmiyyət kəsb edir və təbii ki, burada yerli qeyri-hökumət təşkilatları da aktiv rol oyanamalıdır, siyasi təhlilçi əlavə edib: “Müsbət məqam odur ki, müharibədən sonrakı reallığı həm erməni xalqı, həm də hökumət olduğu kimi qəbul edir və bu imkan verir ki, Ermənistan danışıqlar prosesində sadiqlik nümayiş etdirsin. Düzdü, son baş verən hücumlar sabitliyi pozsa da, son günlər tərəflərin yenidən danışıqlar masasına qayıtdığını görürük”. “Hayastan” fraksiyasının deputatı Andranik Tevanyan isə diqqəti ona yönəldir ki, Nikol Paşinyan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır. Bu da Azərbaycanın əsas istəyi və münaqişəyə son qoyulması üçün başlıca şərtdir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ