Cümə günü, 13 noyabr 2026
     

Ermənistanda revanşistlər növbəti dəfə fiaskoya uğradı, ölkədaxili qarşıdurma dərinləşir

Image


Ermənistanda müxalifətin hakimiyyətə qarşı başladığı etiraz aksiyası davam edir. Aksiyalar ötən ayın ortalarından başlayıb. Lakin mayın 2-dən yeni xarakter alıb və itaətsizlik formasına keçib. Bununla belə, müxalifətin aksiyalar vasitəsilə hakimiyyət dəyişikliyinə nail olmaq niyyəti iflasa uğrayır.

Bunun səbəbləri barədə “armenianreport” portalı yazır: “Mayın 2-dən İrəvanda dinc itaətsizlik aksiyaları keçirilir. Bir sıra küçələr bağlanıb. Ölkənin müxtəlif bölgələrində də itaətsizlik aksiyaları keçirilir. Müxalifət ilk növbədə özünü əmin edir ki, iqtidar qorxuya düşüb, tezliklə qaçacaq. Hakimiyyət, təbii ki, bütün bunları rədd edir. Kiçik mitinqlərin miqyası onu deməyə əsas verir ki, nikbinlik üçün hakimiyyətin müxalifətdən daha çox əsası var. İndi dünyanın hər yerindən kənar müşahidəçilər Ermənistanda baş verənləri diqqətlə izləyir. Və çox vaxt xalqın müxalifətin etirazlarını niyə dəstəkləmədiyini anlamırlar. Halbuki, getdikcə hər şey daha aydın görünür. Əvvəla ondan başlayaq ki, ölkənin baş naziri bir sıra addımlar atıb, bəyanatlar verib, Azərbaycan bundan istifadə edərək Qarabağda müharibəyə başlayıb. O vaxta qədər artıq bir neçə il hakimiyyətdə olan Paşinyan və komandası hadisələrin belə inkişafına hazır deyildilər. Ordu üçün heç bir şey alınmadı ki, lazımi anda rəqibi dayandırmaq mümkün olsun. Bundan əlavə, Paşinyan itkilərin o qədər də çox olmadığı erkən mərhələdə müharibəni dayandıra bilmədi. Niyə bu baş verdi, hansı səbəbdən KTMT və Rusiya müdaxilə etmədi - bütün bunlar ayrıca məqalənin mövzusudur və yekun nəticə baxımından heç bir əhəmiyyət kəsb etmir. Sonda müharibəni uduzan Paşinyan oldu. Bəli, Paşinyan deyir ki, əlində olanla vuruşub, hər şeyi keçmiş hakimiyyətin üzərinə qoyur. Bir çox cəhətdən haqlıdır, amma biz uduzanda o, baş nazir idi. Və kapitulyasiyanı imzalayan da o idi. Dünyanın istənilən ölkəsində Paşinyan və komandası istefa verib həmişəlik siyasətdən gedəcəkdi. Ermənistanda bu baş vermədi. Onlar qaldılar. Üstəlik, parlament seçkilərində qalib gələrək, müxalifətdən daha yüksək reytinqə sahib olublar. Bu, kənar müşahidəçiləri şoka salır. Bunun niyə baş verdiyini anlamırlar. Axı, müharibədəki məğlubiyyətlə yanaşı, iqtisadiyyatda, xarici siyasətdə də uğursuzluq var və ordunun bərpasından əsər-əlamət yoxdur, hətta heç gözlənilmir də. Elə isə xalq niyə belə bir hakimiyyəti devirməyə çağıranları dəstəkləmir?! Cavab sadə və hər bir respublika vətəndaşı üçün aydındır. Çünki bu hakimiyyəti devirmək istəyənləri artıq xalq yaxşı tanıyır. Onların reputasiyası dəhşətlidir. Xalqı indiki hakimiyyəti devirməyə çağıranların heç biri ölkənin onsuz da üzləşdiyi problemlərin aradan qalxacağına təminat vermir. Onların yeni gündəmləri yoxdur.

 Bəli, Qarabağla bağlı revanşın vacibliyi barədə qışqırırlar. Bəs necə?! Müharibədə itirilənləri geri qaytarmağı, ordunu, ölkə iqtisadiyyatını bərpa etməyi təklif edirlər? Yox. Onların reseptləri yoxdur. Həm də onların azadlığı və həyatı qurban verməyə qadir olan qüvvə  kimi cəsarətlə hərəkət etmək qabiliyyəti yoxdur. Onlar ümid edirlər ki, Paşinyanı Moskva devirəcək. Amma Rusiya bizə möhtac deyil. Və çox uzun müddət belə olacaq. Çünki o, Ukraynadakı müharibəni uduzur. Zelenskinin devrilməsi, Kiyevin tutulması baş vermədi. Rusiya qoşunları Dneprə, hətta Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çata bilməyib. Ukrayna Silahlı Qüvvələri yüksək döyüş qabiliyyətini qoruyub saxlayıb və Qərbin hərbi texnikasını aldıqdan sonra genişmiqyaslı əks-hücum əməliyyatına başlamaq niyyətindədir. Bu vəziyyətdə Ermənistan Qərbə yönəlib. Müxalifət etirazlarının uğursuzluğunun digər səbəbi də budur”. İndi ölkədə siyasi böhran dərinləşir və bunlar fonunda Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Nikol Paşinyanı və keçmiş prezidentlər Robert Köçəryanla Serj Sarkisyanı mövcud daxili siyasi böhrandan çıxış yolu tapmaq üçün bir araya gəlməyə çağırıb. Ter-Petrosyan hesab edir ki, mövcud daxili siyasi qarşıdurma Ermənistanın gələcək ağır danışıqlarda mövqeyini daha da zəiflədir: "Kompromislərdən imtina və status-kvo vəziyyətinin qorunub saxlanması siyasətinin milli fəlakətə gətirdiyini sübut etməyə ehtiyac yoxdur və fəlakətdən sonra bunu hətta bu siyasətin keçmiş tərəfdarları da etiraf edir. Lakin eyni zamanda, özlərinə haqq qazandırmaq üçün çoxları sübut etməyə çalışır ki, bu, kompromis yolu seçildiyi təqdirdə də baş verərdi. Bu, özünü təmizə çıxarmaq, çarəsiz cəhddən başqa bir şey deyil və qətiyyən sübut edilən deyil, çünki tarix felin şərt şəklini sevmir". Onun sözlərinə görə, tarix artıq baş vermiş olanı həkk edir. Odur ki, Qarabağ probleminin güzəştli həllinin əleyhdarları olan dövlət xadimləri, partiya rəhbərləri, ziyalılar öz milli fəlakət kəsb edən əməllərini hansısa manipulyasiya ilə təmizə çıxarmağa çalışsalar da, gec-tez tarixin məhkəməsi ilə üzləşəcəklər, bundan hələ heç kəs qaça bilməyib. Ermənistanın birinci prezidenti bildirib ki, problemin güzəştli həllinin əleyhdarları öz əməllərini dərk etmədikcə Ermənistanda və Qarabağda mövcud böhran daha da dərinləşə bilər. Levon Ter-Petrosyan hazırkı daxili siyasi qarşıdurmanın gözlənilən çətin danışıqlarda Ermənistanın mövqeyinin zəiflətdiyini bildirir. Belə olan halda bugünkü müxalifətin əsas məqsədinin aydın olmadığını vurğulayır. O, Serj Sarkisyanın Nikol Paşinyanı "kapitulyant" adlandırdığını xatırladır və bu "damğanın ola bilsin dəqiq, lakin natamam" olduğunu qeyd edir: "Əslində, təslim olan Paşinyan deyil, Ermənistandır. Nikol Paşinyan sadəcə Ermənistanın kapitulyasiyası haqqında bəyanatı imzalayıb. Odur ki, Paşinyanın yerində kim olursa olsun - istər Robert Köçəryan, ya Serj Sarkisyan, ya da bu günlərdə Paşinaynın istefası tələbi ilə keçirilən etiraz aksiyalarının təşkilatçılarından biri İşxan Sağqatelyan, - Ermənistanın boynuna qoyulan istənilən qərarı itaətlə qəbul edərdi". Onun sözlərinə görə, problem Ermənistan rəhbərinin şəxsiyyətində deyil: "Bu adi həqiqət dərk edilməsə, ölkəmizin daxili siyasi sarsıntıları davam edərsə, yekun sənədin Paşinyan və ya başqa kiminsə tərəfindən imzalanmasından asılı olmayaraq, bizə məcbur edilən qərarlar daha da ağrılı olacaq. Sual olunur: mövcud müxalifət liderləri bunu dərk edirlərmi? Onlar bunu dərk etmirlərsə, deməli, siyasətdən heç bir şey anlamırlar. Əgər dərk edir, lakin daxili siyasi sarsıntıları davam etdirirlərsə, onda onların məqsədi, milli maraqlara aidiyyəti olmayan, tamamilə başqa şeydir. Mövcud hakimiyyət tərəfindən müxalifətin nümayiş, yürüş və mitinqlərinə qarşı sərt hərəkətlərinin də milli maraqlara heç bir aidiyyəti yoxdur. Ümidsiz nikbin olaraq, necə olsa da, gözləyirəm ki, qarşı duran tərəflər nəhayət mövqelərinin yanlışlığını dərk edər və vəziyyəti daha da mürəkkəbləşdirməmək və yeni təhlükələrdən yayınmaq üçün hər hansı bir razılığa gəlməyə çalışarlar". O qeyd edir ki, ziyalıların təmsilçiləri həqiqətən vətənpərvərlik fəaliyyəti göstərmək istəyirlərsə, qoy, Nikol Paşinyanı, Robert Köçəryanı, Serj Sarkisyanı bir masa arxasında toplaşıb, daxili siyasi böhrandan çıxış tapmağa məcbur etsinlər. Ermənistanın “zham.am” nəşri  bu fikirlərlə bağlı qeyd edir: “Ter-Petrosyan özü də 1998-99-cu illərdə müharibə gözləyirdi, rəqiblərini “müharibə partiyası”nın nümayəndələri adlandırırdı. Müharibə isə 2020-ci ildə, yəni Nikol Paşinyanın səyləri ilə danışıqlar prosesini tamamilə məhv edən zaman gəldi. ATƏT-in Minsk Qrupunun danışıqlar formatı məsxərəyə qoyuldu. Cəmiyyət ağlara və qaralara bölündü, yeni Ermənistan-Qarabağ münaqişəsi ortaya atıldı. Ermənistan-Rusiya münasibətləri qarşıdurma vəziyyətinə salındı. Və sonda son addım olaraq 2020-ci ilin iyul ayının Tavus macərası həyata keçirildi. Bu sadə həqiqəti anlamaq üçün çox əxlaqlı olmaq lazım deyil. Halbuki, Ter-Petrosyan həqiqətən də axmaq fiqur deyil, “küçə” fiquru Paşinyandan fərqli olaraq, siyasətin ən xırda nüanslarını belə çox gözəl anlayır. Əgər Ter-Petrosyan sıradan bir tarixçi olsaydı, onun fikirləri diqqətdən kənarda qala bilərdi, çünki təəssüflər olsun ki, tarixçilərimizin çoxu, yumşaq desək, fikirləri ilə parlamırlar. Bununla belə, Ter-Petrosyan adi tarixçi olmaqla yanaşı, həm də ağıllı tarixçidir. Üstəlik o, 7 il ölkəni idarə edib, ona görə də nə dediyini, nə danışdığını, niyə danışdığını çox gözəl başa düşür”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ