Cümə günü, 13 noyabr 2026
     

Rusiya Ukraynaya qarşı ikinci cəbhə açır, Moldova işğal təhlükəsində...

Image


Yaxın tezlikdə postsovet məkanında daha bir qanlı savaş başlayacağına dair xəbərdarlıqların sayı artır. Bunu şərtləndirən səbəb həm də elə Ukrayna olaylarıdır. Məlumatlara əsasən, Rusiya Ukraynanı qərb cəbhəsində sıxışdırmaq üçün Moldovada da hərbi əməliyyatlar keçirmək niyyətindədir.

Ukraynanın “Kanal 24” telekanalı əks-kəşfiyyat mənbələrinə əsasən bildirir ki, Rusiya Moldovanı işğal etmək üçün müfəssəl plan hazırlayıb. Bildirilib ki, Rusiya mayın 9-dək və ya həmin gün Dnestryanı ərazinin müstəqilliyini tanıya bilər: “Bu, ikinci cəbhənin açılması ilə nəticələnəcək. İkinci cəbhənin açılması strateji əhəmiyyət kəsb edir, çünki o, Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvə və texnikasını sıxışdıracaq. Üstəlik, əks-kəşfiyyat rəsmiləri Rusiya qoşunlarının bu regionda olmasının Balkanlarda siyasi vəziyyəti pozacağını deyir”. Ukrayna əks-kəşfiyyatçılarının məlumatına görə, Rusiya Dnestryanıda İl-76 təyyarələri və helikopterləri ilə havadan eniş həyata keçirməyi planlaşdırır. Britaniyanın “The Times” nəşri də bu günlərdə analoji məzmunda məlumat yayıb. Bildirilir ki, Rusiya Moldovaya hücum etmək qərarına gəlib və Kreml artıq hücum üçün aydın planlar hazırlayıb. Nəşrin məlumatına görə, bu həqiqətən də baş verərsə, o zaman Kreml Donbasla bağlı ssenarini təkrarlaya bilər. Qəzetə danışan  mənbə bildirib: “Biz Kremlin artıq Moldovaya hücum etmək qərarına gəldiyinə inanırıq. Moldovanın taleyi çox vacibdir. Əgər ruslar nəzarəti ələ almağa başlasa, biz hərbi baxımdan asan hədəfə çevriləcəyik və Ukrayna üçün təhlükə mövcud olacaq. Rusiya Dnestryanı bölgəsinin müstəqilliyini tanıyarsa, bu, Moldovanın ərazi bütövlüyünün pozulması olacaq. Bu, “Donbas ssenarisi”nin təkrarı olacaq”. Kəşfiyyat məlumatlarına əsasən bildirilir ki, artıq Kremlin hücum planlarına işarə edən bir sıra göstəricilər var. Nəşr onu da bildirir ki, Rusiya Federasiyası Moldovanı ələ keçirsə, o zaman onlar Odessaya doğru gedərək qərb tərəfdən Ukrayna ərazisinə girməyə cəhd edəcək. Böyük Britaniyanın müdafiə naziri Ben Uolles də bunlar fonunda etiraf edir ki, Rusiya müharibəni Ukraynadan kənara da çıxara bilər: “Putin çarəsiz halda müharibəni Moldovanın Dnestryanı bölgəsinə qədər genişləndirməyə çalışır. Biz Dnestryanıdakı hücumların təfərrüatını və onların arxasında kimin dayandığını hələ bilmirik. Lakin bu Rusiyadırsa, deməli o, strateji səhv edib”.

 Qeyd edək ki, aprelin 25 və 26-da Moldova respublikasının separatçı regionu olan Dnestryanının ərazisində üç terror aktının törədildiyi barədə məlumat yayılıb. Bildirilib ki, Mayak yaşayış məntəqəsində Dnestryanı radio-televiziya mərkəzinin iki antennası partladılıb, Dövlət Təhlükəsizlik Nazirliyinin binası əl qumbaraatanlarından atəşə tutulub, Tiraspoldakı hərbi aerodromun ərazisində də partlayışlar baş verib. Moldova prezidenti Maya Sandu isə terror hücumlarında Dnestryanı daxilində sabitliyi pozmaqda maraqlı olan qüvvələri günahlandırıb: "Moldova hakimiyyəti Dnestryanı bölgədəki terror hücumunun məsuliyyətini tanınmayan “respublika”dakı daxili siyasi qüvvələrin üzərinə qoyur. Regionda sabitliyi pozmaqda maraqlı olan müxtəlif qüvvələr arasındakı münasibət gərginlik yaradıb. Bu, Dnestryanı bölgənin zəifləməsinə və Moldova Respublikası üçün risqlərin yaranmasına səbəb olur. Biz sülhü təhlükə altına alan bütün təxribatları və Moldovanın fəaliyyətə cəlb olunması üçün cəhdləri mühakimə edirik”. Sandu Dnestryanı probleminin Moldovanın ərazi bütövlüyü əsasında dinc yolla həllinin tərəfdarı olduğunu xatırladıb. O, dövlət müəssisələrinin təhlükəsizliyinin gücləndirildiyini və hazırlıq səviyyəsinin artırıldığını deyib. Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç isə bunlar fonunda qeyd edir ki, Ukrayna Silahlı Qüvvələri, Moldova müraciət edəcəyi təqdirdə, Dnestryanı ərazisini nəzarət altına ala bilər. Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak isə qeyd edir: “Rusiya Dnestryanı regionda sabitliyi pozmaq istəyir. Rusiya işarə edir ki, Moldova “qonaqları” gözləməlidir. Ukrayna sabah uduzsa, Rusiya qoşunları Kişinyovun qapılarında olacaq. Amma Ukrayna bölgənin strateji təhlükəsizliyini mütləq təmin edəcək. Bunun üçün isə həmrəylik lazımdır”. “Ukrayna prizması” analitik mərkəzinin icraçı direktorunun müavini Sergey Gerasimçuk isə vurğulayır ki, Moldova üçün Rusiyanın işğal etdiyi regiondan - Dnestryanıdan təhlükə var, təcavüzkarın dəstəyi ilə Kişinyov ələ keçirilə bilər. O xatırladıb ki, Rusiya tərəfindən işğal edildiyi üçün Moldova Dnestryanıya nəzarət etmir: “Hərbi əməliyyat olarsa, Dnestryanıdan hücum ola bilər. Rusiyanın orada saxladığı qüvvələr və əlavə olaraq Dnestryanıdakı qanunsuz silahlı birləşmələr Moldova üçün ciddi problem yaradır. Məsələn, moldovalı həmkarlarım deyir ki, Kişinyovun müdafiəsi iki saatdan çox olmayacaq - bu, qoşunların Dnestryanı ilə inzibati sərhəddən Kişinyova çatması üçün lazım olan vaxtdır”. Dnestryanı bölgədə baş verənlərdən narahat olan Avropa İttifaqı Moldovaya əlavə hərbi yardım göndərir. Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel bu xüsusda bildirib: “Biz bunun üçün imkanlarımızı nəzərdən keçiririk. Həmçinin tanınmamış Dnestryanı bölgədə gərginliyin qarşısını almalıyıq. Bu çox vacibdir”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ