Cümə günü, 13 noyabr 2026
     

Separatçılar Xankəndi ətrafında 17 yeraltı istehkam tikir - hazırlığın hədəfləri...

Image


Qarabağdakı separatçılar durub-dayanmaq istəmirlər, əllərinə keçən hər bir fürsətdən təxribat məqsədilə istifadə edirlər. Bu gün də qanunsuz əməllərini davam etdirən erməni separatçılarının başçısı Araik Arutunyan Ermənistandan gələn ziyalılarla görüşdə “Qarabağda 17 yeraltı istehkam tikirik” - deyib.

Azərbaycan mediası “Hraparak” qəzetinə istinadən xəbər verir ki, A.Artunyan “2-ci Qarabağ savaşından əvvəl yeraltı istehkamlar, bunkerlər tikmək qərarına gəldik, çünki müharibənin qaçılmaz olduğunu bilirdik. Düşmənin hücumu zamanı güclü müdafiəni təmin edəcək 100 belə müdafiə strukturunun tikilməsi nəzərdə tutulmuşdu. Onlardan 17-nin tikintisinə artıq başlanılıb, birində isə işlər başa çatmaq üzrədir. Bu bunkerdən müharibə zamanı da istifadə olunub. 44 gün ərzində bu mövqedə heç bir itki olmayıb” - deyə separatçıbaşı sərsəmləyib.

Araik Arutunyan iddia edib ki, əgər müharibə altı ay sonra başlasaydı, bu yeraltı istehkamlar tikiləcəkdi və qurbanların sayı az olacaqdı, çünki sentyabrın 28-də artıq bütün tikinti işləri dayandırıldı: “Şənbə cümədən tez gəldi”.

Ekspertlər qeyd edirlər ki, separatçıbaşının yeni istehkamlar haqda danışması müharibə ab-havasından xəbər verir, amma bu davranışları orada onların sonunu yaxınlaşdırır. Ekspertlərin sözlərinə görə, son dövrlər Rusiyanın separatçılara dəstək verməsi Araiki və onun quldur dəstəsini həvəsləndirib, amma bu həvəslənmə boşunadır. Araikin iddiasının, xəstə təxəyyülünün heç zaman gerçəkləşməyəcəyini deyən ekspertlərin fikrincə, çox az vaxtdan sonra o bu hərəkətlərinin cəzasını çəkəcək.

  • Tərlan Eyvazov: “Separatçılar öz varlıqlarını “sübut etmək” istəyirlər”

Hərbi ekspert Tərlan Eyvazov bizimlə söhbətində bildirdi ki, separatçıların niyyəti bəllidir: “Bu  məsələnin bitdiyini düşünənlərə həmişə “siz erməniləri yaxşı tanımırsız” demişəm. Həm Ermənistandakı revanşistlər, həm də Rusiya bu problemin həllində maraqlı deyil. Separatçılar öz varlıqlarını “sübut etmək” istəyirlər. Ona görə də nə qədər ki orada o qondarma qurum var, belə sürprizlərlə həmişə qarşılaşacağıq. Yalnız bu faşist qurum ləğv olunduqdan, separatçılar məhv edildikdən və ordakı insanlar bunların əlindən qurtulub normal seçiklər keçirib, Azərbaycanın tərkibində yaşamağa razılıq verdikdən sonra buna son qoyulacaq. Qarabağdakı sadə ermənilər xunta, separatçı “rejimin” əlindən xilas olub Azərbaycan vətəndaşı kimi yaşamaq istəyir. Separatçılar isə yenə də öz məkrli niyyətlərini davam etdirdiklərini və bunun üçün də güc aldıqları ünvanların olduğunu ortaya qoyurlar”.

  • Akif Nağı: “Araikin orada 17 istehkam tikdiklərinə dair dedikləri blef xarakteri daşıyır”

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bizimlə söhbətində bildirdi ki, Qarabağın ermənilər yaşayan hissəsində müxtəlif hadisələr cərəyan edir və oradakı separatşı “quruma” himayədarlıq edənlər, onlara ümid verənlər var. “Onlara Qərbdən də, Rusiyadan da müəyyən dairələr ümid verir. İstər Rusiya, istər ABŞ, istərsə də Fransa öz maraqlarını düşünərək orada özləri üçün əl yeri saxlayırlar. Burada Rusiyanın da məkrli planları var, ABŞ-ın da müəyyən maraqları yox deyil. Bunu bilməliyik və nəzərdə saxlamalıyıq. Özünüz də izləyirsiz ki, son zamanlar diplomatik müstəvidə ciddi fəallaşma hiss olunur. ABŞ-ın regiona bu qədər diqqət ayırdığı son 20 ildə olmamaşdı. İndi dövlət katibi səviyyəsində müəyyən açıqlamalar verilir, Ermənistanın xarici işlər naziri ora dəvət olunur görüşlər keçirilir. Həm dövlət katibi, həm də digər rəsmi şəxslərlə görüşülür, müəyyən məsələlər müzakirə olunur.

Ola bilsin ki, onlar o quldur dəstənin əli ilə özlərinin hansısa məkrli niyyətlərini həyata keçirmək istəyir. Bəlkə Rusiya Cənubi Osetiya, Abxaziya, Krım planlarına uyğun planları da var. Biz bunların hamısını nəzərə almalıyıq. Çünki İkinci Qarabağ Müharibəsindən sonra separatçıların orada özlərini saxlaması öz güclərinə deyil. Siz də bilirsiz ki, İrəvanla Xankəndi arasında qarşıdurma olduğu barədə görüntü yaradırlar. Bu məsələlərdə İrəvan məsuliyyəti Xankəndinin üzərinə atır, guya onların “müstəqil qərar” qəbul etdiklərini diqqətə çatdırmaq istəyir. Amma orada məsələlər Ermənistandan idarə olur. Bütün tapşırıqlar rəsmi İrəvandan gəlir, yoxsa separatçılar orada heç nəyi özbaşlarına etmirlər. Əgər ona göstəriş gəlməsəydi Araik Artunyan özbaşına heç nə edə bilməzdi, heç buna onun qüvvəsi də yoxdur. Araikin orada 17 istehkam tikdiklərinə dair dedikləri blef xarakteri daşıyır.

Guya separatçılar orada hansısa istehkamlar qururlar, hansısa hazırlıq, müdafiə işləri aparırlar. Çox böyük ehtimalla, orada heç bir ciddi iş gedə bilməz, getsə də bu onların öz gücü hesabına ola bilməz. Yəni Rusiya sülhməramlıları özləri  orada bu işləri həyata keçirə bilərlər. Orada separatçıların özlərinin öz güclərinə hansısa istehkamlar tikməsi mümkün deyil. Bunu sülhməramlıların öz niyyətlərini həyata keçirmək üçün edə bilərlər. Yəni bunu onlar edə bilər, Araik yox. Araikin heç bir imkanı yoxdur...”

A.Nağının sözlərinə görə, Ermənistan seçim qarşısındadır, ya Qarabağla bağlı əvvəlki avatüranı davam etdirəcəklər, ya da düzgün yol tutub yollarına davam etəcəklər. “Onlar başa düşməlidirlər ki, Azərbaycan ordusunun qarşısında onların məşhur “Ohanyan istehkamları” heç dayana bilmədi. İndi qurduqları nə ola bilər ki, o dayansın. Heç hərbi baxımdan da əldə edəcəkləri bir şey yoxdur. Çünki bütün strateji yüksəkliklər də Azərbaycan ordusunun ixtiyarındadır” - deyə müsahibimiz bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ