Mayın 14-də Türkiyənin Rizə-Artvin Hava Limanının açılışı olacaq. Açılış mərasimi Prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçiriləcək.
Rizədən 34 kilometr, Hopadan 54 kilometr, Artvindən 125 kilometr məsafədə yerləşən Pazar rayonundakı hava limanına enən ilk təyyarə Ərdoğan və Əliyevi daşıyan təyyarələr olacaq.
İki prezidenti daşıyan təyyarələr endikdən sonra Rizə-Artvin hava limanının açılış mərasimi başlayacaq. Açılışdan sonra prezident Ərdoğan Əliyev və digər qonaqların şərəfinə ziyafət verəcək.
Tahir TAĞIYEV