Cümə günü, 13 noyabr 2026
     

Rusiya postsovet ölkələri arasında yalnız Azərbaycandan ehtiyat edir...

Image


Rusiya-Ukrayna müharibəsinin üçüncü dünya savaşına çevrilmə ehtimalı getdikcə artır. Çünki Rusiya Ukraynadakı NATO hədəflərinə zərbə endirmək niyyətini artıq bəyan edib.

Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu bildirib ki, Ukrayna qoşunları üçün silah-sursat gətirən NATO nəqliyyat vasitələri məhv ediləcək: “ABŞ və onun NATO müttəfiqləri Ukraynanı silahla təchiz etməkdə davam edirlər. Bildirirəm ki, Şimali Atlantika Alyansının Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün ölkə ərazisinə silah və ya materiallar gətirən istənilən nəqliyyat vasitəsi məhv etməyimiz üçün qanuni hədəf hesab olunur”.

NATO isə, öz növbəsində, Ukraynaya daha çox hərbi yardım göstərməklə Rusiyanın buradakı müharibədən daha zəif halda çıxmasını istəyir. Elə bu səbəbdən Rusiyanın Ukraynada hələ daha çox qalacağı və savaş aparmalı olacağı proqnozlaşdırılır. Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç də bunu  istisna etmir: “Rusiya ilə uzun və qanlı münaqişəyə hazır olmalıyıq”. Onun sözlərinə görə, Rusiya Ukraynanın Qərb silahlarını lazımi miqdarda toplamasının qarşısını almaq üçün onları tükətməyə çalışır: “Bu, əks-hücum üçün qüvvə toplamağımıza mane olur. Müharibənin əvvəlində olduğu kimi heç bir təhlükə olmayacaq. Lakin biz uzun müddət mübarizə aparmalı və bütün bu hücumları dayandırmalı olacağıq”. Qeyd edək ki, bu yaxınlarda Arestoviç müharibənin vaxtı ilə bağlı proqnozunu yeniləyib və bunun 2042-ci ilə qədər davam edə biləcəyini, lakin fərqli formatda olacağını bildirib. Məsələnin daha bir maraqlı tərəfi isə Rusiyanın Ukrayna savaşına paralel şəkildə bəzi digər postsovet ölkələri ərazisində də müharibə apara biləcəyidir. Ukrayna Müdafiə Nazirliyinin bu xüsusda məlumatına əsasən, yeni savaş məkanı ilk olaraq Moldova ola bilər. Qeyd edilir ki, Rusiya Silahlı Qüvvələri Moldovanın Dnestryanı bölgəsində gərginlik yaradırlar: “Müəyyən ərazilərdə qoşunların yenidən qruplaşdırılması həyata keçirilir, ehtiyatların artırılması üçün tədbirlər görülür”. Məşhur ukraynalı jurnalist Dmitri Qordon isə “Ukrayna 24” kanalının efirində bildiib ki, əslində, Rusiya prezidenti Vladimir Putin keçmiş Sovet İttifaqına aid, demək olar ki, bütün ölkələri ələ almaq istəyir, amma bu, Azərbaycana aid deyil. Onun sözlərinə görə, Putin “Maksimum proqramı”nı həyata keçirmək niyyətindədir: “Bura Ukrayna, Moldova, Belarus, Gürcüstan, Qazaxıstan, Baltikyanı ölkələr, Özbəkistan, Türkmənistan və Tacikistan aiddir. Qırğızıstanla Ermənistanı da bu siyahıya ala bilərəm, amma Azərbaycanı qatmayacam. Azərbaycanla çətin olar, o, Türkiyənin müttəfiidir. Azərbaycanın çox yaxşı ordusu, güclü silahı var. Azərbaycanla çətin olacaq”.

Beləliklə, Azərbaycanın mövqeyi və ordusunun çəkindirici güc rolu oynaması dünyada qəbul edilir. Özü də bunlar o fonda baş verir ki, Rusiyanın Cənubi Qafqazda da aktivləşməsi proqnozlaşdırılır. Buna səbəb NATO-nun Qafqaza da diqqətinin artmasıdır. Elə bu günlərdə Ermənistana NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina səfər edib. Rusiyalı ekspertlər Cənubi Qafqaz regionunda NATO-nun fəallaşmaq niyyətindən narahatdır. Onların narahatlıqları Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin son açıqlamaları fonunda artıb.  O qeyd edib ki, əslində Mixeil Saakaşvili ikinci cəbhə açmaq üçün Gürcüstana qayıdıb, lakin hökumət onu zərərsizləşdirə bilib və ruslara qarşı “ikinci cəbhə” açılmayacaq. Qaribaşvili bəyan edib ki, onlar Ukrayna tərəfinə Rusiyaya qarşı hərbi əməliyyatlara başlamağa hazır olmadıqlarını bildiriblər, Saakaşvili uğur qazansaydı, bunu edə bilərdi. Amma ruslar Ermənistandan narahatdır. Çünki Kolomina Nikol Paşinyanla görüş zamanı “Ermənistan NATO üçün potensial tərəfdaş ola bilər” deyib. Ermənistanın sürüşkən siyasət yürütməsi fonunda rusların narahatlığı daha da artır. Xüsusən də o fonda ki, Paşinyan iqtidarı erməni müxalifətini dəstəkləyən Rusiyadan getdikcə daha çox narazı qalır. Ermənistanın Konstruktiv Partiyasının rəhbəri, erməni politoloq Andrias Qukasyan da bunu təsdiq edir: “Bugünkü müxalifətin hakimiyyət dəyişikliyi üçün bütün resursları var, yeganə problem idarəetmənin pis olmasıdır. Ermənistanda başlayan hərəkatın idarəolunması düzgün deyil, 44 günlük müharibə zamanı erməni ordusunun idarəolunması kimidir. Pis idarəçilik bu hərəkatın uğursuzluğa uğramasına gətirib çıxara bilər. Digər tərəfdən, Kreml istənilən vaxt bu hərəkatın qarşısını ala bilər. Amma bunu etmir və belə vəziyyətdə erməni hakimiyyətinin Rusiyadan narazılığı artır. Paşinyan Qərbə meyllənir”. Erməni sosioloq Karen Sarkisyan qey dedir ki, Ermənistanda müxalifətin iki qanadı var: “Hayastan” bloku xarici marağa xidmət edir, Respublikaçılar Partiyası isə daha çox mühafizəkardır, onun ciddi problemi var, bu, korrupsiyadır. Bu halda hakimiyyəti narahat edən Rusiyaya xidmət edənlərdir. Hakimiyyət Rusiyanın onlara dəstəyindən ciddi narahatdır”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ