Cümə günü, 13 noyabr 2026
     

Gəncədə islamçıların qiyamını təşkil etmiş şəxslərin İranda himayə edildikləri rəsmən sübut olunur…

Image


“Cinayət əməllərində birbaşa iştiraklarına dair sübutlar olan bəzi azərbaycanlılar İranda sığınacaq tapıb”. Bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda iştirak edən iranlı ekspertin iddialarına cavabında bildirib.

Dövlət başçısı qeyd edib ki, həmin şəxslər Azərbaycana qarşı normal cəmiyyətlərdə uyğun hesab edilməyən ifadələr işlətməklə yanaşı, Azərbaycana qarşı ərazi iddiaları irəli sürməkdən də çəkinmirlər və İran həmin şəxsləri rəsmi müraciətə baxmayaraq, Azərbaycana təhvil vermir: “İranda sığınacaq tapan bir çox insan var ki, müntəzəm olaraq Azərbaycana qarşı ərazi iddiaları səsləndirirlər. Aktauda Xəzəryanı ölkələrin sammiti vaxtı ozamankı Prezident Həsən Ruhani ilə görüşdə mən ona İranda yaşayan və müntəzəm olaraq media və sosial şəbəkələr vasitəsilə Azərbaycana qarşı sadəcə ərazi iddiaları irəli sürməklə kifayətlənməyib, normal cəmiyyətlərdə uyğun hesab edilməyən lüğətdən istifadə edən təxminən 20 azərbaycanlıdan ibarət siyahını verdim. Biz bu insanların Gəncə şəhərində polislərə ölümcül hücumda birbaşa iştiraklarına görə Azərbaycana təhvil verilmələrini tələb etdik və bizim sübutlarımız var. Təəssüf ki, onların heç biri təhvil verilməyib”.

Belə aydın olur ki, Gəncə hadisələrində qızışdırıcı mövqedən çıxış edən islamçıları və burada məlum cinayətlər törədən ekstremisləri İran hökuməti gizlədib.

İran Gəncədə polislərə hücumda iştirak edən 20 nəfərin Azərbaycana verilməsindən nə üçün imtina edib?

“...İran tərəfi papağını qarşısına qoyub düşünüb-daşınıb həmin terrorçuları Azərbaycana təhvil verməlidir”

Siyasi ekspert Rövşən Rəsulov bizimlə söhbətində təəssüflə qeyd etdi ki, İran dövlətinin sözü ilə əməli qətiyyən bir-biri ilə uzlaşmır, bu dövlət dildə bir söz deyir, əməldə buna zidd davranış göstərir: “Biz İranın bir söz deyib, fəaliyyətində, əməlində tamam başqa cür olduğunun dəfələrlə şahidi olmuşuq.  Bu da həm qonşu, həm də müsəlman dövlət olaraq bizdə təəssüf doğurur. Çünki İranla Azərbaycanın münasibətlərini bir-birinə əsrlər bağlayır. Bu münasibətlər çərçivəsində tarixə də, çağımıza da müraciət etsək barəsində danışılan olay kimi, ona bənzər hadisələr yaşamışıq. İran tərəfindən tərəfindən Azərbaycana qarşı haqsız mövqe nümayiş olunub. Cənab Prezidentin Aktauda keçirilən görüşdə Gəncə hadisələrində iştirak edənlərin Azərbaycana təhvil verilməsi ilə bağlı İran rəhbərliyinə müraciətini xatırlaması təsadüfi deyildi. Çünki bu fakt İranın əməllərindən biridir. Azərbaycan faktlarla və sübutlarla İran qarşısında tələb irəli sürür ki, həmin 20 nəfər Azərbaycana qaytarılsın, amma İran bunu etmir. Niyə? Ona görə ki, açıq-aşkar şəkildə Gəncə hadisələrində cinayət törədənləri dəstəklədiyini, onlara arxa-dayaq olduğunu nümayiş etdirib. Gəncə hadisələri terror hadisəsi olub. Bu terror hadisəsi də İranda məskunlaşan, bu ölkədən güc alan, İranın xüsusi kəşfiyyat idarələri ilə əməkdaşlıq edənlərin planı və iştiarkı ilə baş verib. Nəticədə də həmin faciə baş verib. Əgər Gəncə hadisələrinin arxasında başqa amillər mövcud olsaydı, İran həmin cinayətkarları Azərbaycana təhvil verərdi. Amma təhvil vermirsə, demək terror planının arxasında dayanan faktorların hər birində İranın xüsusi xidmət orqanlarının əli olub. Maraqlıdır, İran tərəfi özünü “təmiz”, “günahsız” sayırsa bəs onda nə üçün Azərbaycan dövlətinin tələb etdiyi 20 azərbaycanlını təhvil verməyib? Heç şübhəsiz, hazırda İranda sığınacaq tapan həmin terrorçular İran hökuməti tərəfindən himayə olunur. Onların himayə olunmasının arxasında da hansı məqsədlər dayandığı aydındır. Sual olunur, hadisədən sonra onlar niyə başqa ölkələrə yox, məhz İrana sığındılar? O adamlar “imam”, “din xadimi” adı altında İranda oturub Azərbaycana qarşı hədyanlar yağdırırlar, İranın bu işdə marağı olmasaydı onları çoxdan susdurardı”.  

Siyasi ekspertin fikrincə, digər tərəfdən də, beynəlxalq aləmdə böyük nüfuza malik olan Prezident İlham Əliyevin ən yüksək səviyyədə İranın sabiq prezidenti Ruhanidən bunu tələb etməsi və Ruhanin buna biganə qalması həm də qonşu dövlət olaraq Azərbaycan tərəfdə təəssüf, şübhə və hiddət hissi yaradır. “İran bizim qonşu dövlətdir. Regional inkişafın, sabitliyin əldə olunması üçün İran Azərbaycanın tələbinə müsbət cavab vermək, terrorçuları təhvil vermək əvəzinə terror əməlləri törətmək üçün xüsusi insanlar yetişdirir, kadrlar hazırlayır və onları Azərbaycana qarşı yönəldir. Bu həmin İran dövlətidir ki, torpaqlarımız işğal altında olarkən qanunsuz şəkildə Qarabağ ərazisində biznes fəaliyyəti qurub. Eyni zamanda Ermənistanın, eləcə də separatçıların silahlanması, həmçinin ərzaq təminatı üçün əlindən gələni edib. Yəni bir müsəlman dövlətinin sözdə Allah deyib, əməldə isə şeytançı qüvvələrlə əməkdaşlıq etməsi hiddət doğurmaya bilməz. Bu baxımdan, cənab Prezident bu açıqlamanı verdi və xatırlatdı ki, Azərbaycan da həmin Azərbaycan deyil. Azərbaycan dövləti lazım olanda, yeri gələndə nəinki İranın, eləcə də istənilən ölkənin bizim ölkəmizə qarşı təhdiq xarakterli cəhdlərini ifşa edəcəkdir. Ümid edirik ki, cənab Prezidentin bu bəyanatından sonra İran tərəfi papağını qarşısına qoyub düşünüb-daşınıb həmin terrorçuları Azərbaycana təhvil verməlidir. Düzdür, İranın onları bizə verməsi inandırıcı görsənmir, amma hər halda bundan sonra İran tərəfi o terrorçuları bizə təhvil versələr o zaman biz İranın səmimiyyətinə inana bilərik. Hələlik isə, İranın səmimiliyinə nəinki inanmamalıyıq, hətta İran tərəfdən gələn təhlükələrə qarşı ehtiyat tədbirləri görməliyik. İran Azərbaycanın qonşusu olaraq özünü tamamilə fərqli istiqamətində aparmalıdır, bizim ölkə ilə dostluq münasibətlərini səmimi şəkildə qurmalıdır, əks halda Azərbaycan zaman-zaman onun əməllərini ifşa edəcək və ölkənin beynəlxalq aləmdə nüfuzu daha da aşağı düşəcək”-deyə R.Rəsulov vurğuladı.

İradə SARIYEVA     



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ