Cümə günü, 13 noyabr 2026
     

Azərbaycanla sülh məsələsinə görə dünya Ermənistanı dalana dirəyib...

Image


“Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması üçün 5 prinsip təklif edib və sonda Ermənistan hökuməti pozitiv yanaşaraq bu təklifləri qəbul edib. Bu prinsiplər Ermənistanla imzalanacaq sülh müqaviləsinin əsasını təşkil edəcək”. Bu fikirləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda səsləndirib.

Dövlət başçısı qeyd edib ki, Ermənistan bu prinsiplərə əsaslanaraq Azərbaycanla delimitasiya prosesinin başlanması üçün birgə işçi qrupun yaradılmasına razılıq verib: “Düşünürəm ki, bütün bunlar İkinci Qarabağ müharibəsindən sonra baş verən pozitiv siqnaldır”. Xatırladaq ki, bu ayın əvvəlində Brüsseldə Ermənistan və Azərbaycan liderləri sərhədlərin müəyyən edilməsi üçün müvafiq komissiyanın bu ayın sonuna kimi yaradılması barədə razılığa gəliblər. Brüssel görüşündən sonra Moskvada Paşinyan-Putin danışıqlarından sonra verilən bəyanata görə, tərəflər “Rusiya Federasiyasının məsləhətçi köməyi ilə Ermənistan-Azərbaycan sərhədində sərhədlərin demarkasiyası və təhlükəsizliyi üzrə ikitərəfli komissiyanın yaradılmasını sürətləndirmək barədə razılığa gəliblər”.
“RİA Novosti”yə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Denis Qonçar bəyan edib ki, Moskva Bakı-İrəvan sülh sazişi üzrə danışıqlara kömək edir, ona görə də Ermənistan və Azərbaycan bu xahişlə Rusiyaya müraciət edib. Bu fonda Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə bildirib ki, Azərbaycan, Ermənistan, Rusiya baş nazir müavinlərinin həmsədr olduqları Qarabağa dair üçtərəfli işçi qrupun iclası yaxın günlərdə keçiriləcək. Diplomatik nümayəndə qeyd edib ki, Azərbaycan – Ermənistan münasibətlərinin normallaşmasına əsas olaraq yüksək səviyyədəki üçtərəfli razılaşmaları görən Rusiya Bakı və İrəvanla bütün istiqamətlərdə, o cümlədən iqtisadi əlaqələrin və nəqliyyat bağlantılarının açılması, dövlət sərhədinin delimitasiyasına başlanması, sülh sazişinin razılaşdırılması məsələlərində yaxından çalışmağa davam edir: “Rusiya Azərbaycan və Ermənistanın bir-birinə doğru qarşılıqlı addımlar atmağa hazır olduqlarını qeyd edir. Nəticə gətirən formatlarda həqiqi işlər aparılır. Bu və ya başqa şəkildə mövcud formatlarda qalaraq işlərin getdiyini görürük. Başlıca diqqəti həmin formatlara, həqiqi nəticə verən sənədlərin icra olunmasına yetiririk. Bu nəticəni hər kəs, bütövlükdə region hiss edir”.

Rusiya ilə yanaşı, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını Qərb də tələb edir. NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Havyer Kolomina bu xüsusda qeyd edir ki, NATO Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir. Bütün bunlara isə Ermənistanın müqavimət göstərməsi mümkünsüz hesab edilir. Erməni siyasi analitik Boris Navasardyan bu xüsusda qeyd edir ki, Rusiya, Avropa İttifaqı və kollektiv Qərb prinsipcə heç bir varianta qarşı deyil: “Onlar regionda sülhün bərqərar olmasında, Qərbin maraqlarından irəli gələn enerji və iqtisadi maraqların həyata keçirilməsində maraqlıdır”. Elə Ermənistanın “Qraparak” nəşri də yazır ki, bunu baş nazir Nikol Paşinyan da yaxşı başa düşür: “Nikol Paşinyanın  İrəvanda Ermənistan və Qarabağdakı qurumun “təhlükəsizlik şuraları”nın birgə iclasını keçirməsi də bundan qaynaqlanır. İclasda məqsəd Ermənistan rəhbərliyinin Qarabağı Azərbaycana vermək fikrində olmadığını bildirmək, bölgənin taleyini Qarabağda yaşayan ermənilərin həll edəcəyi barədə əvvəlki bəyanatları redaktə etmək olub. Mənbəmiz bildirdi ki, bu, Paşinyanın öz planlarından geri çəkildiyi anlamına gəlmir, o, sülh sazişini tez imzalamayacaq. Yəni o, Qarabağ və Ermənistanın bir qrup yüksək rütbəli məmurlarını özünə ortaq etməyə, mübarizə alovunu söndürərək ictimaiyyəti bir daha aldatmağa və vaxt udmağa çalışır”. Məsələ ilə bağlı “armenianreport” portalı yazır ki, müxalifət yenə sülhə qarşıdır, amma onun fəaliyyətinin nəticə verəcəyi inandırıcı deyil: “Ermənistanda siyasi müharibənin yeni mərhələsi başlayıb. Ən azı müxalifətin, həm parlamentdəki, həm də ötənilki seçkilərin nəticələrindən sonra parlament divarlarından kənarda qalan müxalifətin fikri belədir. Ölkənin hər yerindən paytaxta doğru narazı insanların yürüşləri təşkil olunur, İrəvanın küçə və prospektləri məmurların qarşısını kəsməyə çalışır. Burada ən kinli və xoşagəlməz hal odur ki, müharibədə həlak olan hərbçilərin valideynləri də küçə mübarizəsinə cəlb olunurlar. Bütün bunlar nəyisə xatırladır. Bəli, dörd il əvvəl baş vermiş hadisələr sonralar “məxməri inqilab” adlandırıldı, nəticədə xalq Gümrüdən başlayan iki həftəlik yürüşün lideri Nikol Paşinyanı sözün əsl mənasında İrəvanda zirvəyə çatdırdı. “Siyasi müharibənin yeni mərhələsinə” diqqətlə baxın - bu, 2018-ci il inqilabını plan kimi təkrarlayır. Rayon şəhərlərindən İrəvana qədər eyni kortejlər, Milli Məclisin iclaslarını iflic etmək cəhdi, İrəvan küçələrinin bağlanması, tələbələr arasında qızışma, oturaq aksiyalar... Ancaq əsas məsələ yoxdur - müxalifət hərəkatına kütləvi dəstək. 2018-ci ilin aprel-may aylarını xatırlayın. Sonra, deyəsən, küçələrə ancaq tənbəllər çıxmadı - hakimiyyətin zirvəsində siyasi uzunömürlülüyünü uzatmağa çalışan Sarkisyan rejiminə nifrət o qədər böyük idi ki, hamı Nikolu dəstəklədi. Və ümumiyyətlə, Köçəryanın və Sarkisyanın iyirmi illik hakimiyyəti nəticəsində hamımız öz ölkəmizdə belə gərəksiz bir kütləyə çevrildik. Amma indi müxalifətə kütləvi dəstəklə bağlı heç bir işarə yoxdur. Bəli, şübhəsiz ki, son il yarım ərzində ölkədə etiraz kütləsi xeyli artıb. Bunun da obyektiv səbəbləri var - müharibədə məğlubiyyət, iqtisadiyyatın çox ləng bərpası və əksinə, hakimiyyətin Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq üçün çox sürətli hərəkəti. Cəmiyyətimizin böyük əksəriyyəti buna sadəcə olaraq psixoloji cəhətdən hazır deyil. Səbəblər çoxdur, lakin onları ümumiləşdirmək belə, çətin ki, Paşinyanı devirmək və “keçmiş”in hakimiyyətini bərpa etmək üçün müxalifətin güclənməsinə kömək etsin.

Yeri gəlmişkən, müxalifətçilər özləri də bunu başa düşürlər, amma etiraf etməyə qorxurlar. Ona görə də açıq bəyanatlar verirlər ki, biz Paşinyana yenə göstərəcəyik. Amma indi yox. Məsələn, Paşinyandan inciyən və buna görə də Sarkisyanla həvəslə birləşən keçmiş Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Vanetsyanı buna misal kimi göstərmək olar. Onun sözlərinə görə, “hələ həlledici mərhələyə çatmamışıq, hərəkat getdikcə gücləndiyindən, hər şey hələ qabaqdadır”. O qeyd edib ki, Azadlıq meydanına gələnlərin çoxu sosial problemlərdən danışır, onların tezliklə həllini gözləyir. “İndiki hakimiyyət heç bir istiqamətdə uğur qazana bilməyib. Onlar hər şeydə uğursuz oldular”, - müxalifət lideri vurğulayıb. Xeyr uşaqlar, inqilablar və rejim dəyişiklikləri bunu etmir. Axı sizin Ermənistanı düşdüyü vəziyyətdən çıxarmaq üçün əslində heç bir proqramınız yoxdur. Siz sadəcə, Paşinyanı aradan götürmək istəyirsiniz. Yaxşı, bundan sonra nə var? Sonra nə olacağını sizə deyəcəyəm. Köçəryan, Sarkisyan, Vanetsyan, daşnaklar və digər siyasi qüvvələrin hakimiyyət bölgüsü mütləq başlayacaq. Sizi birləşdirən yeganə şey indiki hakimiyyətə odlu nifrətdir. Bu yeganə döngədir. O yox olacaq və fitnə başlayacaq. Amma Ermənistan bu gün belə bir birləşməyə tab gətirə bilməz. Bu halda biz Ermənistanın özünün böyük ərazilərini itirəcəyik. Üstəlik, Ermənistanın yeni savaşa gücü də yoxdur. Yoxsa dünya birliyi bizə yeni savaş açmağa icazə verəcək? İndi dünya tamamilə Rusiya-Ukrayna müharibəsi ilə məşğuldur. Bəlkə Rusiya kömək edəcək? Kreml indi Əliyevlə Ərdoğanla ehtiramla görüşür. Ona görə də daha güclü xaos naminə erməni xalqı müxalifəti qucağında hakimiyyətə qaldırmayacaq. İndi bizim üçün vacib olan sabitlik və yaradılış imkanıdır. Üstəlik, bu rəngarəng müxalifətçilər arasında elə bir adam yoxdur ki, onun üçün küçələrə çıxıb hakimiyyət dəyişikliyini tələb etməyə dəysin. Beləliklə, artıq tanış olan ifadə ilə bitirirəm - Paşinyan qalsın, o, pislərin ən yaxşısıdır”.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ