Cümə günü, 13 noyabr 2026
     

“Şuşa nüfuzlu beynəlxalq təşkilatların əsas ünvanına, regionun diplomatik paytaxtına çevrilir” - Vüqar Rəhimzadə

Image


“Qarabağın tacı, işğaldan azad edilməsi ilə bir dastan yazan, Azərbaycanın, Türk dünyasının mədəniyyət paytaxtı, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük İkinci Qarabağ müharibəsi dövründə səsləndirdiyi “Şuşasız bizim işimiz yarımçıq olar” fikirləri əsasında hər bir azərbaycanlı üçün önəmi aydın ifadə edilən  Şuşa  bir ildən artıqdır ki, azaddır.

Bu qısa müddətdə mədəniyyət paytaxtımız sürətlə dirçəldilir, qonaqlarını qarşılayaraq işğal dövründə  nə qədər sındırılsa da  əyilməməsindən, milli qürurumuzu qorumasından fəxr hissi ilə bəhs edir. Bütün bunlarla bir daha Azərbaycanın əzəli torpağı olduğunu dünyaya nümayiş etdirir. 28 illik işğal dövründə Şuşanın ona məxsus olduğunu iddia edən Ermənistan  mədəni və dini  abidələrimizi  yerlə-yeksan etməklə  nə qədər tarixi silməyə çalışsa da, bunun  mümkünsüzlüyünün fərqində idi. Ən əsası  dünya hərb tarixində bənzəri olmayan Şuşa əməliyyatından sonra kapitulyasiya aktına imza atan Ermənistan tarixi silməyin mümkünsüzlüyünü,  Azərbaycan xalqının tarixinə sahib çıxan,  yenilməz, məğrur xalq olduğunu bir daha dərk etdi. Şuşa bu gün müxtəlif beynəlxalq əhəmiyyətli mədəni tədbirlərə ev sahibliyi,  sənədlərin imzalanmasına şahidlik etməklə təkcə Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının mədəniyyət  paytaxtı olduğunu sübuta yetirir. Eyni zamanda, böyük  fəxr və qürur hissi ilə qeyd edirik ki, Şuşa regionun diplomatik paytaxtına çevrilib. Ötən ilin 15 iyun tarixində - Milli Qurtuluş Günündə iki dost, qardaş ölkələr - Azərbaycan və Türkiyənin  müttəfiqliyinin təsdiqi olan Şuşa Bəyannaməsinin  imzalanmasına şahidlik edən Şuşa  bu ilin martında    Azərbaycan-BMT əlaqələrinin 30 illiyinə həsr olunan tədbirə ev sahibliyi etdi.  Bunun ardınca aprelin 22-də  dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımız Şuşada Zəfər Qurultayına toplaşdılar.  Aprelin 28-də isə mədəniyyət paytaxtımız   Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” adlı beynəlxalq foruma  ev sahibliyi etdi. Dünyanın 20-dən çox ölkəsindən 50-yə yaxın xarici beyin mərkəzlərinin ekspertlərinin, tədqiqatçı-alimlərinin və media nümayəndələrinin iştirak etdikləri forumun əhəmiyyəti həm müzakirə edilən mövzu, həm keçirildiyi məkan, ən əsası Azərbaycanın hazırda regionda və dünyada roluna aydınlıq gətirməsi baxımından diqqətçəkəndir”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə vurğulayıb ki, beynəlxalq forumun iştirakçıları Şuşanın quruculuq və bərpası ilə bağlı “Şuşa - dirçəlişə gedən yol”, postmünaqişə dövrünə dair “Əməkdaşlıq, imkanlar və çağırışlar” mövzuları ətrafında müzakirələr aparıblar: “Şübhəsiz, 20 ölkəni təmsil edən 50-yə yaxın beyin mərkəzlərinin  nümayəndələrinin Şuşada belə aktual mövzuları müzakirə etmələri özündə böyük bir mənanı ehtiva edir. Bu baxımdan ki, hər bir iştirakçı ölkəsinin təmsilçisi olmaqla yanaşı, Azərbaycan həqiqətlərinin də  təbliğatçısına çevrilir. Bu mühüm platforma xarici ekspertlərə postmünaqişə dövründə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması imkanlarının nəzərdən keçirilməsi, bölgənin tərəqqisinin, təhlükəsizliyinin və rifahının təməli kimi Azərbaycanın formalaşdırdığı Ermənistanla münasibətlərin normallaşdırılması üçün sülh gündəliyinin müzakirəsi baxımından əlverişli imkan yaradır.

Aprelin 28-də mədəniyyət paytaxtımızda   işinə başlayan və aprelin 29-da  Bakıda davam edən beynəlxalq forumun ideyası ötən ilin aprelində Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda  yaranıb. Həmin konfransda iştirakçılar Qarabağda beynəlxalq Forumun keçirilməsini təklif etmiş və dövlət başçısı  İlham Əliyev bu təklifi müsbət qiymətləndirmişdi. Aprelin 29-da ADA Universitetində keçirilən beynəlxalq konfransdakı nitqində Prezident  İlham Əliyev bu fikri xüsusi qeyd etdi ki,  bu cür ənənəvi görüşlər  planlarımızı və məqsədlərimizi, görülən işləri beynəlxalq ictimaiyyətə çatdırmaq baxımından çox əhəmiyyətlidir. Ermənilər tərəfindən 30 ilə yaxın davam edən işğal ərzində bütün şəhərlərimizdə və kəndlərimizdə barbarlıq və vandalizm aktları həyata keçirilib. Bütün şəhər və kəndlərimiz vəhşicəsinə dağıdılıb.

Təbii ki, bu ağrılara,  ermənilərin vəhşiliklərinə baxmayaraq, Dağlıq Qarabağ  münaqişəsinin tarixə qovuşmasından sonra açılan yeni səhifə yeni reallıqları diktə edir. Azərbaycanın bu reallıqların dünyada qəbulu istiqamətində atdığı addımlar və onların uğurlu nəticələri göz önündədir.  Sülh gündəliyi günümüzün əsas müzakirə mövzusudur. Bu gündəliyin  müəllifi olaraq Azərbaycanın mövqeyi  dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir, Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşdırılmasına yönələn səylər təqdir edilir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə iki dəfə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin Brüsseldə bir araya gəlmələri, sonuncu görüşün nəticələrində ölkəmizin mövqeyinin dəstəklənməsi, Ermənistanın təklif etdiyimiz 5 prinsipi qəbul etməsi ərazi bütövlüyümüzü dəstəkləməsi də deyilənlərin təsdiqidir.  Dünyanın aparıcı dövlətlərinin  rəsmilərinin Prezident  İlham Əliyevə ünvanladıqları məktublarda, etdikləri  telefon zənglərində, həmçinin həmin dövlətlərin, təşkilatların  nümayəndə heyətlərinin ölkəmizə səfərləri zamanı  keçirilən qəbullarda  Azərbaycanın dünyaya səs salan tarixi Zəfərinin region və dünya siyasətində yol açdığı dəyişikliklər, yeniliklər xüsusi qeyd olunur. Yeni əməkdaşlıq formatları yaradılır.  Zəngəzur dəhlizinin açılması, kommunikasiyaların bərpası, avtomobil və  dəmir yollarının çəkilişi,  iqtisadi əlaqələrin qurulması  məsələlərinin müzakirəsi və sair kimi mühüm məqamlar regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edir.  Hazırda Azərbaycan işğaldan azad olunmuş ərazilərdə öz maliyyəsi hesabına, həmçinin digər aparıcı beynəlxalq təşkilatların dəstəyi ilə genişmiqyaslı infrastruktur layihələri icra edir.”

“Qeyd etdiyimiz kimi, Şuşanın BMT və digər nüfuzlu beynəlxalq təşkilatların tədbirlərinin əsas ünvanına, bölgənin diplomatik paytaxtına çevrilməsi bu qədim Azərbaycan şəhərinin saxta məlumatlar əsasında uzun illər erməni şəhəri kimi tanıtdırılması məqsədilə aparılan çirkin kampaniyaların  iflası deməkdir” söyləyən YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, dövlət başçısının nitqində qeyd olunduğu  kimi, Azərbaycan  Qafqazda yeni dövrü – sülh və əməkdaşlıq dövrünü aktiv şəkildə təşviq edir. Qarşıda duran  ən mühüm məsələlərdən biri beynəlxalq təşkilatlarla əməkdaşlıq sayəsində yeni reallıqları daha da gücləndirməkdən, regionla bağlı strategiyanı  təqdim etməkdən ibarətdir. Söz yox ki, belə tədbirlərin azad Qarabağımızda, azad Şuşamızda keçirilməsi hədəflərə yüksək səviyyədə nail olmağa öz töhfəsini verəcək.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ