Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni saziş ikinci Qarabağ müharibəsindən sonra regionda yaranmış yeni reallıqları əhatə edir.
Bunu Prezident İlham Əliyev aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.