Cümə günü, 13 noyabr 2026
     

Rus xalqını sanksiyalarla cəzalandıran Qərb Putinə şəxsi münasibətdə qorxaq davrandı…

Image


Ukraynada Rusiyanı dayandırmaq üçün Qərb ölkələri yeni sanksiyalar paketi üzərində düşünür. Bu fonda Böyük Britaniya və ABŞ Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinin mümkünlüyünü etiraf edib.

Böyük Britaniyanın xarici ticarət naziri Ann-Mari Trevelyan və ABŞ-ın ticarət danışıqlarındakı nümayəndəsi Ketrin Tainin birgə bəyanatında bu xüsusda deyilir:  “Müttəfiqlər və tərəfdaşlarla koordinasiyada Böyük Britaniya və ABŞ artıq Rusiyaya qarşı görünməmiş iqtisadi və maliyyə sanksiyaları tətbiq edib, ölkələr iqtisadi təzyiqi artırmağa hazırdır. London və Vaşinqton digər beynəlxalq tərəfdaşları, o cümlədən “Yeddilik Qrupu” və Ümumdünya Ticarət Təşkilatının digər üzvlərini Ukrayna iqtisadiyyatının bərpasına kömək etməyə çağıracaq”.

Lakin ABŞ-ın “The Wall Street Journal” nəşri iddia edir ki, Qərb sanksiyalar məsələsində əslində göründüyü kimi cəsarətli deyil. Nəşr buna sübut kimi göstərir ki,

ABŞ Rusiya prezidenti Vladimir Putinin xanımı olduğu iddia edilən gimnast Alina Kabayevaya qarşı sanksiyalar tətbiq etməyi düşünsə də, son anda bu ideyadan vaz keçib. Xatırladaq ki, indiyədək Putin və Kabayeva arasında iddia edilən münasibət mövzusu təkcə Rusiya mediasında deyil, əksər Qərb mediasında da tabu olub. Amerika biznes nəşri olan “The Wall Street Journal”ın bu yazını dərc etməsinin səbəbi Kabayevaya Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı sanksiya tətbiq oluna biləcəyi, lakin Putini qəzəbləndirməmək üçün onun sanksiya siyahısına daxil edilməməsi ilə bağlı məlumat olub.  “Wall Street Journal” adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən yazır ki, ABŞ rəsmiləri 39 yaşlı Kabayevanın  Rusiya prezidentindən ən azı üç uşaq dünyaya gətirdiyinə inanır və onu Putinin şəxsi məlumatlarını gizlətməkdə şübhəli bilirlər: “Kabayeva ABŞ sanksiyalarının potensial hədəfi olaraq qalır, lakin bu addımı müzakirə edən rəsmilər arasında belə bir fikir var ki, olimpiya çempionuna qarşı sanksiyaların tətbiqi Putinə şəxsi zərbə kimi qiymətləndiriləcək və bu, Rusiya və ABŞ arasında gərginliyi daha da artıra, Ukrayna ilə sülh danışıqlarına mane ola bilər. ABŞ və Avropa xüsusi xidmət orqanlarının bildirdiyinə görə, Kabayeva İsveçrədə çox vaxt keçirib. Gimnastın hərəkətlərindən xəbəri olan ABŞ rəsmiləri onun Cenevrə yaxınlığındakı hündür divarlı malikanədə yaşadığını iddia edir. Ukrayna hakimiyyəti bu ay İsveçrə hökumətinə məktub göndərərək Kabayevanın ölkəyə girişinə qadağa qoyulmasını və əmlakına həbs qoyulmasını tələb edib. Lakin İsveçrə rəsmiləri onun ölkədə olduğuna dair heç bir sübuta malik olmadığını bildirib.

Kabayevanın adı ilk dəfə Kremlin saytında 2001-ci ildə çəkilib. 2008-ci ildə "Moskovski Korrespondent" qəzeti həmin vaxt rəsmi nikahda olan Putinin Kabayevaya evlilik təklifi etdiyini yazmışdı. Putin bu məlumatı hiddətlə rədd edib və bir neçə gün sonra qəzet bağlanıb. Təxminən bu vaxtlarda Kabayeva idmanı buraxaraq Vahid Rusiya partiyasından deputat seçildi və 2014-cü ildə parlamenti tərk edərək Milli Media Qrupu holdinqinin direktorlar şurasının sədri oldu. 2013-cü ildən Kabayeva və onun qohumları Rusiyada altı mənzil, iki ev və ən prestijli yerlərdə torpaq sahəsi əldə ediblər. İsveçrə, Avropa və Amerika rəsmiləri arasında mənbələrimiz iddia edir ki, 2015-ci ildə Kabayeva Putindən uşaq dünyaya gətirib və doğuş Luqano gölünə baxan elit İsveçrə klinikasında baş verib. Daha sonra media Putinin səkkiz gün ictimaiyyət qarşısına çıxmadığını yazaraq, onun Kabayevanın yanında olduğunu irəli sürdü. Ardınca Kreml bunun doğru olmadığını bəyan etdi. 2019-cu ildə isə Kabayeva Moskvada əkiz uşaq dünyaya gətirib. İndi artıq Kabayevaya qarşı sanksiyalar paketi hazırlayan ABŞ Maliyyə Nazirliyi şərh verməkdən imtina edib. Putinin mətbuat katibi Dmitri Peskov da sorğulara cavab verməyib”. O da xatırladılır ki, Putinin 2013-cü ildə boşandığını elan etdiyi Lyudmila Putina ilə evliliyindən iki qızı var. Rusiya prezidenti özü ailəsi haqqında danışmağı sevmir və onun qızları ilə çəkdirdiyi son foto 2002-ci ildə dərc olunub. Aprelin əvvəllərində isə ABŞ Maliyyə Nazirliyi Katerina Vladimirovna Tixonova və Mariya Vladimirovna Vorontsovaya qarşı sanksiyalar tətbiq edib. Jurnalistlər məhz onları Rusiya prezidentinin rəsmi nikahdan olan qızları adlandırır. 2020-ci ilin payızında "Proyekt" nəşri Putinin sevgilisi olduğu iddia edilən, onun dostlarından yaxşı hədiyyələr alan və "Rossiya Bank"ın səhmdarı olan Svetlana Krivonoqix adlı Sankt-Peterburq sakini haqqında yazıb. Bundan əlavə, nəşrin yazdığı kimi, Svetlananın qızı Elizabet dövlət başçısına inanılmaz dərəcədə bənzəyir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu qadın haqda yazılanları şərh edərkən belə bir qadın haqqında ilk dəfə eşitdiyini deyib. Daha sonra Kreml bunun doğru olmadığını bəyan edib.

BBC radiosu isə Putinin qohumları haqqında məlumatın nə üçün vacib olduğunu belə izah edir: “Dünya jurnalistikasında siyasi liderlərin şəxsi həyatını işıqlandırmaq üçün iki əsas diskurs var. Birincisi deyir: bu məlumat o zaman ictimai maraq doğurur ki, baş nazir və ya prezident ailəsinin üzvləri öz vəziyyətindən istifadə edərək varlansınlar.

İkincisini adətən "sarı" adlandırırlar: ölkə rəhbərinin həyatından istənilən xəbər maraqlıdır, hətta onun həyat yoldaşı, yumşaq desək, küçədə sərxoş görünsə də...Putin ailəsi ilə bağlı məlumatları qəti şəkildə gizlədir. Ancaq onun qızlarından biri Katerina Tixonova dövlət və hökumət qurumlarından çoxsaylı subsidiyalar alan "İnnopraktika" elmi fonduna rəhbərlik edir. Mən arzuolunmaz elan edilmiş "Proyekt" nəşrindən olan həmkarlarımla birlikdə aydınlaşdıra bildim ki, onun üçüncü qızının anası Svetlana Krivonoqix ABŞ hakimiyyətinin Prezidentin yaxın ətrafının bankı adlandırdığı "Rossiya Bank"ın səhmdarıdır. Alina Kabayeva ilə də vəziyyət eynidir: o, əsas səhmdarı Rusiya bankı olan Milli Media Qrupunun direktorlar şurasına rəhbərlik edir. Milli Media Qrupu bir neçə məşhur telekanala, o cümlədən Birinci Kanalda paya malikdir. Hərçənd, Ukrayna ilə müharibə başlayandan sonra Kabayevanın orada işləməsi ilə bağlı məlumatlar holdinqin saytından yoxa çıxıb”.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ