Cümə günü, 13 noyabr 2026
     

Rusiya Avropanın qazını kəsməyə başladı, gözlər yenə Azərbaycana dikildi

Image


Rusiya Qərb ölkələrinə qarşı özünün daha ciddi fəsadlara səbəb ola biləcək növbəti silahını işə salır. Söhbət Rusiya qazının Avropaya nəqlinin məhdudlaşdırılması və tədricən dayandırılmasından gedir. Artıq Avropanın iki ölkəsi ilə bu xüsusda müvafiq addımlar atılıb. 

Belə ki, Rusiyanın “Qazprom Export” şirkəti Bolqarıstana və Polşaya qaz nəqlinin dayandırıldığını rəsmən elan edib. Qeyd edilib ki, aprelin 27-dən etibarən bu ölkələrə təbii qaz tədarükü dayandırılır. “Qazprom” vurğulayıb ki, Bolqarıstan və Polşa yeni ödəniş proseduruna uyğun olaraq qaz tədarükünə görə ödəniş etməyə borcludur. Lakin həmin ölkələr bundan imtina edir.

Buna cavab olaraq “Qazprom” şirkəti sərt addımlara gedərək Bolqarıstan və Polşaya qaz nəqlini tamamilə dayandırıb. “Qazprom”un bəyanatında deyilir ki, qərar “Bulgargaz” (Bolqarıstan) və PGNiG (Polşa) şirkətlərinin qaz tədarükü üçün ödənişləri rublla həyata keçirməməsi ilə əlaqədar verilib. “Qazprom” aprelin 26-dək olan müddət ərzində ödənişlərin daxil olmadığını bildirib. Eyni zamanda, Rusiya tərəfi bu ölkələrin ərazisindən digər ölkələrə tranzit qaz nəqlinin davam edəcəyini vurğulayıb. Bu qərardan sonra Avropa birjalarında təbii qaz 21 faiz bahalaşaraq min kubmetr üçün 1400 dollara çatıb və qiymət artımı davam edir. Rusiya qazının Avropa istiqamətində axının azalması fonunda Azərbaycan qazına burada tələb artır. Qeyd edək ki, bu il Azərbaycan Avropaya 2.6 millyard kubmetr qaz ixrac edib. Həcmin artımı nəzərdə tutulur. Bunu Avropa ölkələri də istəyir. Məsələn, Niderlandın Azərbaycandakı səfiri Pauline Eizeman  qeyd edir ki, ölkəsi Avropa İttifaqının Azərbaycandan qaz tədarükünü artırmaq niyyətini dəstəkləyir: “Niderlandın Rusiya qazından asılılığı yüksək deyil, ona görə də tədarükdə hazırkı böhran əhəmiyyətli olmayacaq. Amma Niderland Avropa İttifaqının siyasətinə uyğun olaraq Azərbaycandan da enerji idxalının artırılması niyyətini dəstəkləyir”.  Yunanıstanın xarici işlər nazirinin iqtisadi diplomatiya üzrə müavini Kostas Fraqkoyannis isə “Trend”ə müsahibəsində qeyd edir ki, Azərbaycan qazının Avropa üçün önəmi artır. O qeyd edib ki, “ Cənub Qaz Dəhlizi” Yunanıstan və Avropa üçün həqiqətən vacibdir: “Yunanıstan “Cənub Qaz Dəhlizi”nin Avropaya qapısıdır və enerji sahəsində beynəlxalq əlaqələrimizin əsas məqsədi şaxələndirilmiş mənbələr və marşrutların üstünlüklərini qonşularımıza çatdırmaqdır. 2020-ci ilin sonunda “Transadriatik” boru kəməri (TAP) vasitəsilə Azərbaycan təbii qazının Xəzər dənizindən İtaliyaya tədarükü üçün “Cənub Qaz Dəhlizi” layihəsinin sürətlə həyata keçirilməsi Avropanın enerji təhlükəsizliyinin yaxşılaşdırılması istiqamətində atılan ən mühüm addımlardan biridir. TAP vasitəsilə tədarük edilən qazın həcmi Avropanın yeni, etibarlı və sərfəli enerji mənbəyi ilə təmin edilməsində, eyni zamanda təmiz enerjiyə keçidin asanlaşdırılmasında mühüm rol oynayır”.

Nazir müavini qeyd edib ki, Yunanıstan öz enerji təhlükəsizliyini təmin etmək üçün bütün mövcud alternativləri araşdırmağa hazırdır: “Rusiya ilə Ukrayna arasındakı müharibə yaxın gələcəkdə daha da nəzərə çarpacaq bir çox problemlərin yaranmasına səbəb olub. “Cənub Qaz Dəhlizi” yuxarıda qeyd olunan enerji sahəsində müharibənin mənfi nəticələrinin aradan qaldırılmasında mühüm rol oynaya bilərdi. Yunanıstan TAP üzrə mühüm tərəfdaşdır. Bu sahədə böyük potensial var və biz Yunanıstan-Bolqarıstan İnterkonnektorunun 2022-ci ildə istifadəyə verilməsini gözləyirik ki, bu da enerji bazarlarında gözlənilən nəticələri verəcək və hər iki ölkənin böyük potensialından istifadə etməyə imkan verəcək. “Cənub Qaz Dəhlizi”nin ötürmə qabiliyyətinin mümkün genişləndirilməsi Yunanıstanın və bütün Avropanın enerji təhlükəsizliyini daha da artıracaq. Bununla belə, vurğulamaq istərdim ki, TAP-ın gücünün genişləndirilməsi TAP konsorsiumunun kommersiya qərarıdır və vaxt və investisiya tələb edir”. O, əlavə edib ki, konsorsiumun TAP-ın təbii qaz və hidrogen qarışığının nəqlinə keçməsinə imkan verəcək yeni texnoloji imkanları kəşf etməsi də böyük əhəmiyyət kəsb edir: “Yunanıstan və Azərbaycan enerji təchizatı və bir sıra qaz layihələrində əməkdaşlığı genişləndirə bilər, çünki Yunanıstan TAP üzrə mühüm tərəfdaşdır. Yeni texnologiyalar, bərpa olunan enerji, təbii qaz, tikinti və bir çox başqa sahələrdə investisiya imkanları mövcuddur. Yunanıstan və Azərbaycan biznes icmaları arasında mövcud işgüzar əlaqələri genişləndirməklə və yeni sinerji yaratmaqla investisiyalar cəlb edilə bilər”. O qeyd edib ki, Azərbaycan dövlət neft şirkəti SOCAR TAP konsorsiumunun səhmlərinin 20 faizinə sahib olduğu üçün artıq Yunanıstanın enerji sektorunun inkişafında mühüm rol oynayır: “Hesab edirik ki, bu, Azərbaycanın Yunanıstanın enerji landşaftında iştirakı üçün gələcək imkanların araşdırılması üçün möhkəm əsas təşkil edir. Bu, enerji sahəsində qeyri-müəyyənlik dövrlərdə xüsusilə aktualdır. Biz hər iki tərəf üçün faydalı olacaq səmərəli təklifləri nəzərdən keçirməyə hazırıq”. Yunanıstanal yanaşı, Bolqarıstan, Rumıniya və digər bir sıra ölkələr də Azərbaycan qazından daha çox həcmdə istifadə etmək arzusundadır.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ