Cümə günü, 13 noyabr 2026
     

Aviqdor Liberman: "Biz İsrail investorlarının Azərbaycana real marağını görürük və bunu təşviq edəcəyik"

Image


Biz İsrail investorlarının Azərbaycana real marağını görürük və bunu təşviq edəcəyik. Bunu Trend-ə özəl müsahibəsində Azərbaycanda səfərdə olan İsrailin maliyyə naziri Aviqdor Liberman deyib.

Nazir bildirib ki, onun səfəri İsraillə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə təsadüf edib.

“30 ilə az iş görülməyib. 1997-ci ildə Heydər Əliyevlə görüşü xatırlayıram. Deməliyəm ki, bu günədək onun uzaqgörənliyi və müdrikliyinə heyrətlənirəm. O, sanki bu münasibətləri əvvəlcədən proqnozlaşdıra bilirdi. Heydər Əliyev ikitərəfli münasibətlərin potensialı və qarşılıqlı səmərəsini dəqiq qeyd edən ilk şəxs olub. O zaman bu xəritə cızıldı və mən şadam ki, Prezident İlham Əliyev bu münasibətlərə yeni təkan verərək bu prinsipial kursu davam etdirir. Bu gün bizim ikitərəfli münasibətlərimiz çox dinamik inkişaf edir. Üç həftə əvvəl turizm naziri Azərbaycana gəlmişdi, iki həftə sonra kənd təsərrüfatı naziri və ümid edirəm ki, bir aydan sonra İsrail prezidenti səfər edəcək. İsraildə Azərbaycanın ticarət və turizm nümayəndəliyi açılıb”, - A.Liberman deyib.

Onun sözlərinə görə, iki ölkə arasında enerji daşıyıcıları sahəsində sıx əməkdaşlıq qurulub və energetika, kənd təsərrüfatı sahələrində birgə layihələrin reallaşdırılması imkanı nəzərdən keçirilir.

“Əməkdaşlığımız şübhəsiz ki, həm iqtisadiyyatın, həm də dövlətlər arasında insani və diplomatik əlaqələrin inkişafına xidmət edir. Hansısa nəticəyə gəlmək hələ ki, tezdir, biz müəyyən addımları yeni-yeni müəyyənləşdirmişik. Mən öz həmkarım, maliyyə naziri ilə, həmçinin, iqtisadiyyat naziri və bir sıra yüksək vəzifəli şəxslərlə görüşmüşəm. Biz Maliyyə Nazirliyində kibertəhlükəsizlik, maliyyə təşkilatlarının haker hücumlarından qorunması və digər məsələlər barədə danışmışıq. Çox sayda məhsuldar danışıqlar keçirdik və ümid edirəm ki, bunun nəticələrini görəcəyik. Biz çox perspektivli inkişaf planları müəyyənləşdirmişik, konkret nəticələr əldə olunandan sonra bu barədə danışacağıq”, - deyə nazir bildirib.

A.Liberman qeyd edib ki, İsrail Asiya İnkişaf Bankına (AİB) qoşulma sahəsində Azərbaycanın köməyini qiymətləndirir.

AİB çərçivəsində əməkdaşlıq perspektivlərinə gəldikdə isə nazir bildirib ki, ilk növbədə, birgə layihələrin maliyyələşdirilməsi üçün imkanlar mövcuddur.

“Biz İsrail biznes ictimaiyyətinin Azərbaycana investisiyalara real marağını görürük və bunu təşviq edəcəyik. Lazım gələrsə, dövlət təminatı, kreditlər verəcəyik. Biz, ilk növbədə, İsrail biznesinin Azərbaycana daxil olmasında maraqlıyıq və istənilən bu cür təşəbbüsü tam dəstəkləyirik, bunun üçün imkanlar mövcuddur. İsrailli investorlar üçün Azərbaycan iqtisadiyyatında ən cəlbedici sahələr su təsərrüfatı, kənd təsərrüfatı məhsullarının emalı və bir çox digər sahələrdir. Şübhəsiz ki, turizm də perspektivli əməkdaşlıq sahəsidir. İsrailli turistlərin Azərbaycana axını yenidən başlayıb. Ümid edirəm ki, bu üç sahə - kənd təsərrüfatı, su təsərrüfatı və turizm həqiqətən işləyəcək”, - nazir deyib.

İsrail şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərində layihələrdə fəal iştirakını vurğulayan nazir bildirib ki, Qarabağ ilk növbədə kənd təsərrüfatı, südçülük təsərrüfatının inkişafı və bir sıra digər sahələr baxımından perspektivli bölgədir.

“Biz, əlbəttə ki, fəal iştirak edəcəyik və mənə elə gəlir ki, hazırkı mərhələdə əsas sahələr kənd təsərrüfatı, su təsərrüfatıdır. Ümid edirəm ki, kənd təsərrüfatı nazirinin səfəri zamanı konkret sənədlər imzalanacaq, konkret planlar müəyyənləşdiriləcək”, - A.Liberman deyib.

Cənubi Qafqazda möhkəm sülh perspektivlərinə gəldikdə, nazir Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması yolunda əldə olunan irəliləyişi xüsusi qeyd edib.

“Həmişə müharibə etməkdənsə, danışmaq daha yaxşıdır. Bu, daha perspektivlidir və bütün dövlətlərin xeyrinədir. Biz bu razılaşmaları, bu irəliləyişi alqışlayırıq, ümid edirik ki, sülh müqaviləsi imzalanacaq və bu, təkcə Azərbaycanla Ermənistanın deyil, bütün regionun xeyrinə olacaq. Biz bunda bütün dünya ictimaiyyəti üçün müəyyən müsbət siqnallar görürük ki, razılığa gəlmək, siyasi həll yollar tapmaq və ən əsası müharibə və münaqişələrin deyil, iqtisadiyyatın inkişafına töhfə vermək olar. Bu, indiki qeyri-stabil dünyada çox müsbət siqnaldır. Biz görürük ki, Rusiya və Ukrayna sərhədində, Yaxın Şərqdə, Əfqanıstanda nələr baş verir”, - nazir bildirib.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ