Cümə günü, 13 noyabr 2026
     

Zəngəzur dəhlizi ilə bağlı Kremlin İrəvana təzyiqləri başladı

Image


Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra Ermənistandan istədiyi əsas məqamlardan biri də Zəngəzur dəhlizinin açılmasının tezləşdirilməsidir. Ölkəmiz tərəfindən bu dəhlizlə bağlı mühüm işlər görülür. İndi Azərbaycan analoji addımların Ermənistan tərəfindən atılmasını da vacib hesab edir.

Qeyd edək ki, sözügedən məsələyə Prezident İlham Əliyev ötən həftə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən geniş toxunub. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Ermənistanın baş naziri nikol Paşinyanla Brüsseldə son görüşünü yüksək qiymətləndirən dövlət başçısı qeyd edib: “Ermənistan tərəfi ilə aydınlaşdırılmasına ehtiyac olan məsələlərdən biri də Azərbaycanla və Naxçıvan Muxtar Respublikası ilə kommunikasiyalar məsələsidir. Mən həm dəmir yolunu, həm də avtomobil yolunu nəzərdə tuturam. Çünki dəmir yolu ilə bağlı mən prezident Mişelə məlumat verdim ki, biz dəmir yolunun Azərbaycan ərazisində 100 kilometrdən artıq 60 kilometrlik hissəni tikmişik və tikintini gələn il tamamlayacağıq. Lakin əfsuslar olsun ki, Ermənistanda onlar heç bu işin texniki-iqtisadi əsaslandırılmasına başlamayıblar, bu da prosesin ləngiyə bilməsini göstərir. Avtomobil yoluna gəldikdə, Azərbaycan tərəfindən fəal tikinti işləri gedir və yolun böyük hissəsi artıq inşa olunub. Biz, həmçinin ümid edirik, yəqin ki, növbəti ilin sonuna kimi avtomagistralı Ermənistan sərhədinə çatdıracağıq. Lakin təəssüf ki, Brüssel görüşü zamanı Ermənistanın baş naziri coğrafi koordinatları qeyd etməmişdir. Mən fevralın 4-də videokonfrans vasitəsilə keçirilən görüşdə bu məsələni qaldırdım, lakin cavab olmadı. Aprelin 6-da mən yenidən yolun coğrafi koordinatlarının təqdim edilməsini istədim, lakin cavab olmadı. Ümidvaram ki, tezliklə onu əldə edəcəyik”. Beləliklə, Azərbaycan Zəngəzur dəhlizinin açılmasını istəyir, bu istiqamətdə də əməli addımlar atır. Hesab edilir ki, Ermənistanın buna qarşı çıxması mümkün deyil. Çünki dəhlizi, Azərbaycanla yanaşı, Rusiya da istəyir. Məsələ ilə bağlı Rusiyanın “ura.news” nəşri yazır ki, Paşinyanın son Rusiya səfərində də bu məsələ diqqət mərkəzində olub.  Nəşrin məqaləsində deyilir ki, Rusiya prezidenti Vladimir Putin Qərb sanksiyalarından yan keçmək ssenarilərindən birini Paşinyana təqdim edib. Öncə diqqət ona yönəldilir ki, Qarabağda Ermənistanla Azərbaycan arasında mübahisə onilliklər ərzində davam edib. Hazırda ölkələr tərəfindən hazırlanmaqda olan sülh sazişi müzakirə olunur. Eyni zamanda, qonşu ölkələr bir-biri ilə əməkdaşlıq edərək, 2020-ci il noyabr, 2021-ci il yanvar bəyannaməsində əldə edilmiş razılaşmalara əsaslanırlar. Üçtərəfli sazişlər həm də konseptual olaraq Zəngəzur dəhlizinin yaradılmasını əks etdirir: “Həmin yol Ermənistan, İran sərhədindən keçir, Azərbaycanı onun anklavı Naxçıvanla birləşdirir. Ekspertlər birgə bəyanatın bu məqamına xüsusi diqqət yetirirlər. Onların fikrincə, Rusiyanın Qarabağ münaqişəsinin həllində iştirakı, bunun nəticəsində mümkün nəqliyyat dəhlizinin açılması Rusiyanın Cənubi Qafqazda təsirini artıracaq. Bu dəhliz açılarsa və müvafiq infrastrukturlar yaranarsa, bu təkcə Azərbaycanla Naxçıvan arasında deyil, həm də Rusiya, İran və Türkiyə arasında quru yolu ilə logistik, ticarət və iqtisadi əlaqələrin bərpasına imkan verəcək. Bu, Rusiya üçün geosiyasi baxımdan sərfəlidir. Beynəlxalq Siyasi və İqtisadi Strategiyalar İnstitutunun direktoru Yelena Panina bildirib ki, yolun açılması ilə Rusiyanın regiondakı rolu artacaq. Siyasi Texnologiyalar Mərkəzinin aparıcı iqtisadçısı Nikita Maslennikovun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması Rusiyaya özünün strateji problemlərindən birini qismən həll etmək imkanı verəcək, bununla da ixrac və idxal üçün yeni bazarlar tapılacaq. Zəngəzur dəhlizi fundamental əhəmiyyət kəsb edir, bir çox ölkələri bir-biri ilə bağlayır. Həmin ölkələrin biznesləri iki istiqamətdə - Rusiya və ondan kənarda işləyə biləcəklər. Rusiya üçün Zəngəzur dəhlizi böyük imkanlar pəncərəsidir. Amma dəhlizin işə düşməsi üçün Ermənistanla Azərbaycan arasında sülh sazişini və bütün razılaşmaları yerinə yetirmək lazımdır. Zəngəzur dəhlizi Rusiya üçün Ermənistan, Azərbaycan və Türkiyə vasitəsilə daha uzaqlara, Yaxın Şərqə istiqamətdir. Bu, Rusiyanın maraqlarına uyğundur. Nəzərə alınmalıdır ki, Rusiya bazarı Qərb brendlərindən qurtulduğu üçün burada həm də Türkiyə və İran öz iqtisadi maraqlarını güdür. Bu səbəbdən Zəngəzur dəhlizi Türkiyə və İranın da xüsusi marağındadır. Eyni zamanda, ekspertlərin fikrincə, Zəngəzur dəhlizinin açılmasından sonra ABŞ Rusiya, Türkiyə və İranın iqtisadi yaxınlaşmasına təsir göstərə bilməyəcək. Həm türklərin, həm də iranlıların Rusiya bazarında boşalmış mövqeləri tutmaq istəyi o qədər böyükdür ki, onlar öz iqtisadi maraqlarını ABŞ-ın xeyrinə qurban verməyəcəklər”. Qeyd edilənlər fonunda Azərbaycan-Türkiyə İş Adamları Birliyinin sədri Cemal Yangın istisna etmir ki, gələn ilin ilk yarısında Zəngəzur dəhlizinin açılmasını gözləmək olar: “Lakin bu o demək deyil ki, dəhliz tam olaraq istifadəyə veriləcək. Çünki qarşı bağlantılar hazır deyil”. Onun sözlərinə görə, dəhliz vasitəsilə azad olunmuş ərazilərin bərpası üçün zəruri mal-materialların daşınması təmin oluna bilər, lakin onun tam gücü ilə işləməsi 2024-cü ilə təsadüf edə bilər: “Hamımız Zəngəzur dəhlizinin açılmasını səbrsizliklə gözləyirik. Gördüyünüz kimi, bu gün dünyanın etibarlı loqistika iqtisadiyyatı heç də yaxşı vəziyyətdə deyil. Ukraynada baş verən hadisələr bir daha göstərdi ki, alternativ logistika qurulmalıdır. Azərbaycan prezidenti Zəngəzur dəhlizinin açılmasında çox böyük səy göstərdi. Əlbəttə, ölkəyə bir tərəfdən deyil, bir neçə tərəfdən giriş-çıxış olmalıdır. Strateji olaraq ölkənin gömrük qapıları günlük ehtiyacları qarşılayır. Lakin fövqəladə durumda dəhlizin önəmi bir daha önə çıxır”.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ