Cümə günü, 13 noyabr 2026
     

Postqarabağ münaqişəsi tarixində unikal an...

Image


Azərbaycanın İkinci Qarabağ mühribəsində qazandığı qələbədən sonra ölkəmizlə Ermənistan arasında sülh üçün əlverişli şərait yaranması dünya miqyasında etiraf edilir. Eyni zamanda diqqət ona yönəldilir ki, Rusiyanın Ukraynaya hücumundan sonra Azərbaycan və Ermənistan arasında düşmənçiliyə daha tez son qoyulması olduqca mühümdür. Bunu, belə demək olarsa, bütün dünya istəyir.

Əgər əvvəllər tərəfləri sülh üçün ancaq Moskva bir araya gətirirdisə, indi Avropa İttifaqı da vasitəçi rolunda çıxış edir. Ekspertlər bu vəziyyətin ziddiyyərli olmadığını deyir, çünki Cənubi Qafqaz Qərblə Rusiyanın mövqelərinin üst-üstə düşdüyü azsaylı bölgələrdən biridir, hamı burada münaqişənin bitməsini istəyir. Məlumdur ki, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin təşəbbüsü ilə Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev aprelin əvvəlində Brüsseldə görüşüblər. 4,5 saat davam edən görüşdən sonra onlar öz ölkələrinin xarici işlər nazirlərinə sülh müqaviləsi üzərində işə başlamağı tapşırıb. Bu fonda Ermənistan Azərbaycanın tələbləri ilə razılaşır. Paşinyanın Ermənistan parlamentindəki illik hesabat çıxışı zamanı dedikləri də bunun təsdiqidir: "Əgər əvvəl biz Qarabağın statusu məsələsini, bununla bağlı təhlükəsizlik təminatını və hüquqları əsas götürürdüksə, indi status məsələsini kənara qoymuşuq. İndiki situasiyada status əsas məqsəd yox, Qarabağ ermənilərinin təhlükəsizliyinin və hüquqlarının təminatı üçün vasitədir". Ermənistan hakimiyyətinin qonşularına yeni yanaşmasının manifestinə çevrilmiş bu çıxışda Baş nazir əvvəlki mövqeyinin səhv olduğunu, daha əvvəl güzəştə getməməsinə təəssüfləndiyini bildirib: “İndi bizim üçün sülhün alternativi yoxdur". Burada onu da xatırladaq ki, İkinci Qarabağ müharibəsinə qədər rəsmi bakı  Qarabağ ermənilərinə Azərbaycanın tərkibində ən yüksək muxtariyyət təklif edirdi. Amma müharibə və onun nəticələri vəziyyəti dəyişib. Bu xüsusda Prezident İlham Əliyev qeyd edir: "Heç bir statusdan söhbət gedə bilməz. Çoxmillətli və çoxkonfessiyalı vahid Azərbaycan var”. Bütün bunlar fonunda regiondakı prosesləri ətraflı şəkildə işıqlandıran "Eurasianet" nəşri qeyd edir ki, Bakı Ermənistanın mövqeyindəki dəyişikliyi alqışlayır. Beynəlxalq Böhran Qrupundan Olesya Vartanyan bu xüsusda nəşrə bildirir: "Brüssel görüşünün sıçrayış xarakteri daşımasına və kifayət qədər inqilabi məzmununa baxmayaraq, hələ ki, ondan sonra irəliləyiş olmayıb. Paşinyanın genişmiqyaslı güzəştlər barədə danışmasının səbəbi isə Bakıdan pozitiv siqnallar almasıdır. Düşünürəm ki, Azərbaycan oxşar addımlar atmağa hazır olduğunu hiss etdirməsəydi, Paşinyan buna getməzdi. Amma Qarabağ erməniləri bölgəyə Azərbaycanın nəzarət edəcəyi halda evlərini tərk etmək məcburiyyətində qalacaqlarını və ərazidəki tarixi mövcudluqlarına dair izlərin silinəcəyini deyir. Bakı isə əks mövqe sərgiləyir”. Nəşr diqqəti ona da yönəldir ki, konfliktin həllində məsul olan Minsk Qrupu faktiki olaraq fəaliyyət göstərmir: “Azərbaycan açıq şəkildə bu qurumla hesablaşmaqdan imtina edib, İrəvanın danışıqları bu çərçivədə yeniləmək cəhdləri baş tutmayıb. Üç həmsədr ölkə sözügedən formatı sözdə dəstəkləsə də, Rusiyanın Ukraynaya hücumundan sonra bu da əhəmiyyətini itirib”. Qeyd edək ki, aprel ayında Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ və Fransanı formatdan imtina etməkdə günahlandırıb. Vaşinqton və Paris bu iddianı rədd edib, amma NATO və Rusiya arasındakı münasibətlərin indiki səviyyəsi, çətin ki, Minsk Qrupunun aktuallaşmasına şərait yaratsın. Olesya Vartanyan hesab edir ki, diplomatiyanın uğursuzluqları, Qarabağda yeni atışmalar və Paşinyanın yeni sülh təşəbbüsləri bir-birinə bağlı proseslərdir: "Bu məntiqi ardıcıllıqdır. Danışıqlar prosesini Minsk Qrupu çərçivəsində yeniləmək mümkün olmadı. Yeni eskalasiya hadisəsində Ermənistanın Azərbaycana müqavimət göstərməyə yetəcək hərbi resursları yoxdur". Ekspert deyir ki, indi Paşinyan Ermənistanın əvvəlki liderlərinin danışıqlarla bağlı son 30 ildə yürütdükləri siyasətdən niyə imtina etdiyini xalqa izah etməyə çalışır. Digər eskspertlər vurğulayır ki, Minsk Qrupunun faktiki olaraq fəaliyyət göstərməməsi yaxşı haldır. Çünki 30 ildə ilk dəfədir ki, birbaşa danışıqlar üçün fürsət yaranıb. Belə ki, iki ölkənin XİN rəhbərləri uzun müddətdən sonra ilk dəfə telefon əlaqəsi saxlayıblar, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev görüşüblər. Elə prezident İlham Əliyev də vasitəçilərsiz görüşlər istəyir və bildirir ki, iki ölkə arasındakı münasibətləri bu ölkələr özləri müəyyənləşdirməlidir.

Yuxarıda qeyd olunduğu kimi, Qarabağdakı son müharibədən sonra Bakı və İrəvan arasındakı bütün əlaqələri Rusiya təşkil edib - Əliyev və Paşinyan Putinin iştirakı ilə götüşüblər, baş nazirlərin müavinləri isə konkret istiqamətləri rusiyalı həmkarlarının yanında müzakirə ediblər.

Tərəflər arasında bütün məsələlər üzrə fikir ayrılığı olduğunu görən Moskva iqtisadiyyata və logistikaya fokuslanıb. Amma bu gündəm də fikir ayrılıqları ilə müşayiət olunub: tərəflərdə sərhədlərin sovet dövrünə aid fərqli koordinatlı xəritələri olub, onlar dəmiryolunu fərqli yerlərdə bərpa etmək istəyiblər. Məsələn, Moskvanın iqtisadi layihələrinin yaratdığı mübahisələrdən biri atəşkəs sazişində qeyd olunmuş marşrutla - Azərbaycandan onun eksklavı Naxçıvana yeni nəqliyyat marşrutunun çəkilməsilə bağlıdır. Marşrutun təhlükəsizliyinə Rusiya sərhəd xidmətinin cavabdeh olacağından başqa, sazişdə bununla bağlı heç bir detal yoxdur. Nəhayət, hər iki tərəfdə rusiyalı sülhməramlılardan da narazılıq yaranıb və 2022-ci ilin yazında bu fakt ictimailəşib. Indi isə prosesə Avropa İttifaqının qoşulması sülh prosesində Rusiyanın yarımçıq qalan vasitəçiliyini tamamlayır. Avropa İttifaqının vasitəçiliyi Rusiyanın rolu ilə ziddiyyət təşkil etmir. Kreml də Əliyevlə Paşinyanın Brüsseldə görüşməsini rəsmi şəkildə dəstəkləmişdi. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması məsələlərini Şarl Mişel özü Vladimir Putinlə də müzakirə edib. Avropa ilə yanaşı, ABŞ Dövlət Departamenti də Bakı və İrəvan arasındakı danışıqlara dəstəyini ifadə edib. Hətta Rusiyanın Ukraynaya hücumundan sonra da Qərb və Rusiya Qarabağ münaqişəsinin həllini dəstəkləməkdə davam edir. Olesya Vartanyan bunu belə izah edir: "Bu, ABŞ, Rusiya, Avropa İttifaqı və Fransanın Ukraynada davam edən müharibə fonunda istənilən eskalasiyaya imkan verməmək kimi ortaq marağının olduğu azsaylı məsələlərdən biridir. Qarabağda hərbi əməliyyatların bərpa olunması heç kimə sərf etmir, çünki buna reaksiya vermək lazım gələcək, ortaq mövqe sərgiləməksə mümkün olmayacaq".

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ