Cümə günü, 13 noyabr 2026
     

Kremlin Ukraynadan sonra Moldovanı hədəf seçdiyi təsdiqləndi

Image


Ukraynadan sonra Rusiyanın hədəfində hansı ölkə ola biləcəyi ilə bağlı indidən qızğın müzakirələr getməkdədir. Yayılan məlumatlar, səslənən fikirlər bu fonda diqqəti getdikcə daha çox Moldovanın üzərində cəmləşdirir.

Elə bu günlərdə Rusiyanın yüksək rütbəli komandanlarından biri olan general-mayor Rüstəm Minnekayev bildirib ki, Rusiya Ukraynanın cənubunu və şərqdəki Donbas bölgəsini tam nəzarətə götürmək niyyətindədir. Onun sözlərinə görə, bu, Krıma quru ilə keçid yaratmağa imkan verəcək. General Minnekayev həmçinin əlavə edib ki, bu yolla Moskva Rusiyanın dəstəklədiyi Moldovadakı separatçı Dnestryanı bölgəyə çıxış əldə edə bilər. General Minnekayevin şərhlərinin Kremllə razılaşdırıldığı məlum deyil. Lakin onun dediklərinə Rusiyanın dövlət mediasında, o cümlədən “İnterfaks” və TASS agentliklərinin xəbərlərində geniş istinadlar verilir. Rusiya müdafiə rəsmiləri isə məsələ ilə bağlı BBC-yə bildiriblər ki, generalın şərhlərini təhlil edirlər. Generalın dedikləri təsdiqlənərsə, Rusiyanın qarşıdan gələn həftələr üçün potensial planları haqqında ilk təsəvvür yarana bilər. Bu arada Avropa İttifaqının yüksək rütbəli rəsmisi “Reuters” agentliyinə deyib ki, yaxın günlərdə Ukraynanın şərqində və cənub sahillərində Rusiyanın hücumları arta bilər və qarşıdakı iki həftə həlledici olacaq. Amma indi əsas diqqət Moldova üzərində cəmlənir. Artıq Rüstəm Minnekayevin dedikləri ilə bağlı Rusiyanın səfiri Moldovanın Xarici İşlər Nazirliyinə çağırılıb. Xatırladaq ki, Dnestryanı Ukraynanın qərb hissəsi ilə həmsərhəd olan kiçik bir bölgədir. Kiçik rusdilli separatçı Dnestryanı bölgəsi Sovet İttifaqının süqutundan sonra müstəqilliyini elan edib, lakin beynəlxalq səviyyədə tanınmayıb və rəsmi olaraq Moldovanın tərkibi sayılır. 1995-ci ildən bəri atəşkəs razılaşması çərçivəsində bölgədə təxminən 1500 rus əsgərindən ibarət kontingent yerləşdirilib. Hesab edilir ki, Rusiya Ukraynada istədiyinə çatsa, Moldova üzərində təhlükə artacaq. Rusiya Mərkəzi Hərbi Dairəsi komandanının müavini olan general Minnekayev, yuxarıda qeyd edildiyi kimi, bunun açıq siqnallarını verib. O,  Sverdlovsk vilayətində keçirilən hərbi tədbirdə çıxışı zamanı sözügedən xüsusda qeyd edib: "Ukraynanın cənubuna nəzarət Dnestryanıya başqa çıxış yoludur, burada da rusdilli əhalinin sıxışdırıldığına dair sübutlar var". Xatırladaq ki, Vladimir Putin Ukraynaya qarşı hərbi müdaxilə başlamazdan əvvəl heç bir sübut təqdim etmədən Ukraynadakı rusdillilərin ayrıseçkiliyə məruz qalması barədə bənzər iddialar səsləndirib.

İndi isə Ukrayna Müdafiə Nazirliyi general Minnekayevin sözlərini Rusiya imperializminin nümunəsi adlandırıb. Bu fonda prezident Volodimir Zelenski əhaliyə müraciətində qeyd edib ki, Rusiya həqiqətən də digər ölkələrə hücum etməyi düşünür. İndilikdə isə, onun sözlərinə görə, Kreml Ukraynanın şərqini ələ keçirməyi düşünür: "Rusiyanın Ukraynaya müdaxiləsi yalnız başlanğıc kimi nəzərdə tutulur, sonra onlar başqa ölkələri ələ keçirmək istəyirlər. Rusiya separatçı dövlətlər yaratmaq üçün işğal olunmuş bölgələrdə qurama müstəqillik referendumların təşkilini planlaşdırır. Əgər sizdən müəyyən anketləri doldurmağı, pasport məlumatlarınızı müəyyən yerə ötürməyi xahiş etsələr, bu sizə kömək etmək üçün edilmir. Bu, Moskvadan belə bir tamaşanın təşkili ilə bağlı göstəriş gələrsə, sizin ərazinizlə bağlı qondarma referendumu keçirmək məqsədini daşıyır. Bu reallıqdır. Ehtiyatlı olun". Ukrayna Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, yaxın həftələrdə Xerson və Zaporojye ətrafındakı işğal olunmuş ərazilərdə referendumların keçirilməsi planlaşdırılır. Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bu xüsusda bildirir: “Rusiya Ukraynanın bütün ərazisini tam ələ keçirmək niyyətindən əl çəkməyib. Rusiyanın əsas məqsədi Ukraynanı bütövlükdə ələ keçirmək idi. Kreml bunu tez həyata keçirmək istəyirdi. Lakin Moskva qısamüddətli qələbəyə nail ola bilmədi. Buna baxmayaraq, niyyətindən əl çəkməyib". Malyar vurğulayıb ki, Rusiyanın planları dəyişib: “Onların kəşfiyyatı güclənib. İndi Rusiyanın qısamüddətli hədəfi Donetsk və Luqansk vilayətlərinin coğrafi sərhədləri ilə bağlıdır. Mariupol uğrunda ağır döyüşlər gedir... Bu gün Ukraynanın bütün şərqi təhlükədədir. Çünki növbəti məqsəd budur. İndi Rusiyanın hərbi qüvvələri şərqdə cəmləşib. Təbii ki, yeni hücum əməliyyatlarına hazırlıq gedir.Rusiyanın Ukraynanı qonşu dövlətə təcavüzdə ittiham etməsi üçün Moldovanın Dnestryanı regionunda təxribat törətməsi mümkündür”. Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidməti də bildirir ki, Rusiya Silahlı Qüvvələri qoşunlarının sayını 2012-ci ildən hərbi xidmətdən tərxis edilmiş personalı hesabına artırmağa çalışır. Qeyd edilir ki, Rusiya döyüş gücünü artırmaq səyləri çərçivəsində Moldovanın tanınmamış Dnestryanı regionundan da döyüşçülərin toplanmasına çalışır. Sonradan isə həmin döyüşçülər məhz Moldovada mərkəzi hakimiyyətə qarşı istifadə edilə bilər.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ