Cümə günü, 13 noyabr 2026
     

“Türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçiriləcək Dünya Azərbaycanlılarının V qurultayı bir daha birliyimizi, həmrəyliyimizi nümayiş etdirəcək” - Vüqar Rəhimzadə

Image


“Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra diqqət göstərdiyi əsas məsələlərdən biri Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılması, dünyaya həqiqətlərimizin olduğu kimi çatdırılması oldu.

Ümummilli Lider müstəqillik yolunda ilk addımlarını atan dövlətin qarşısında duran vəzifələri açıqlayarkən ilk olaraq ölkənin beynəlxalq aləmdə özünü təsdiqini və varlığının təqdimatını mühüm amil kimi qarşıya qoydu. Diasporu hər bir dövlətin xaricdəki varlığı kimi dəyərləndirərək dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızı vahid ideya-azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməyə çağıran ulu öndər Heydər Əliyev bu  birliyin, həmrəyliyin möhkəmləndirilməsi  işinə hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olduğu dövrdə nail olmuşdur. Belə ki, 1991-ci il dekabrın 16-da Ümummilli Liderin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərar qəbul olunmuşdur. Həmin sessiyadakı çıxışında ulu öndər Heydər Əliyev qərarın tarixi-siyasi əhəmiyyətini vurğulayaraq bildirmişdi ki, Dünya Azərbaycan Türklərinin Milli Həmrəylik və Birlik Günü haqqında məsələnin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında müzakirə olunması, böyük siyasi əhəmiyyətli qərarın qəbul edilməsi Azərbaycan türklərinin uzun illər ayrılıqdan sonra birləşməsi yolunda ilk addım oldu. Böyük qürur hissi ilə qeyd edə bilərik ki, bu qərar məhz Naxçıvanda, qədim türk diyarında irəli sürülmüşdür.

Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi istiqamətində atılmış ilk addım olan həmin bayram sonrakı dövrlərdə bu sahədə həyata keçirilən tədbirlərin daha da kütləvi xarakter almasında, xalqımızın vahid ideologiya ətrafında birləşməsində mühüm rol oynamışdır. Həmin tarixdən 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunur”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, müstəqilliyimizin ilk illərində Azərbaycanın digər sahələrdə olduğu kimi, diplomatiya sahəsində də uğursuzluqlarının təməlinə ölkəmiz haqqında məlumatsızlıq dayanırdı: “Erməni yalanlarının ayaq tutub yeridiyi zamanlarda ölkəmizə qarşı  qərəzli təbliğatlar geniş vüsət alır, Azərbaycan bütün dünyaya işğala məruz qalan deyil, işğalçı dövlət kimi təqdim edilirdi. Məhz bu yalan təbliğatın nəticəsi olaraq 1992-ci ildə ABŞ Konqresi “Azadlığı Müdafiə Aktı”na ədalətsiz 907-ci düzəlişin  əlavə edilməsi ilə bağlı qərar qəbul etmişdir.  Bu qərar o ölkələrə tətbiq olunurdu ki, onlar işğalçılq siyasəti həyata keçirir, digər dövlətlərə qarşı ərazi iddiaları  ilə çıxış edirdilər. Ermənilərin və erməni diasporunun ölkəmizə qarşı belə bir ədalətsiz  qərarın tətbiqinə nail olmaqda məqsədi Azərbaycanı iqtisadi cəhətdən zəiflətmək və  asılı vəziyyətə salmaq idi. Amma  Azərbaycan bu qərarın tətbiqi şəraitində yaşadığı 10 ilə yaxın dövrdə iqtisadi cəhətdən nəinki zəiflədi, əksinə dayanıqlı inkişafı ilə dünyanın diqqətində oldu. 2001-ci il 11 sentyabr tarixində ABŞ-da baş verən terror aktından sonra Birləşmiş Ştatlar hökumətinin xarici siyasətində dəyişikliklərə yol açıldı. Belə ki,  ABŞ rəhbərliyi  bu qərarın ədalətsiz olduğunu təsdiqləyərək onun fəaliyyətinin bir illik dondurulması barədə qərar qəbul etdi. Həmin vaxtdan bu günədək qərarın dondurulması hər il yenidən təsdiqlənsə də  onun birdəfəlik  ləğvi hələ də həllini gözləyir”.

YAP Xətai rayon təşkilatının sədri bu fakta diqqəti yönəldərək vurğulayıb ki, Azərbaycan haqqında məlumatsızlıq fonunda dünyanın ikili standartlara əsaslanan siyasətinin davamlı şəkildə  uğursuzluqlara, problemlərə yol açdığı məlum olaylardandır: “Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə müstəqil Azərbaycanda hakimiyyətə qayıtdığı ilk günlərdən dünya azərbaycanlılarına  bu çağırışı etdi ki, Azərbaycanın müstəqilliyini, suverenliyini  daimi etmək üçün  harada yaşamasından asılı olmayaraq bütün soydaşlarımızın bir amal ətrafında sıx birləşməsi vacibdir. Bütün dünya azərbaycanlılarının bir Vətəni var-Azərbaycan!” 

“Dünya azərbaycanlılarının təşkilatlanması, diaspor quruculuğu istiqamətində atılan addımlar  davamlılığı ilə diqqət çəkdi” söyləyən Vüqar Rəhimzadə bildirib ki, dünyanın müxtəlif ölkələrində Azərbaycan cəmiyyətlərinin, mərkəzlərinin yaradılmasına nail olan  ulu öndər Heydər Əliyev onların vahid mərkəzdən idarə olunması üçün Dünya Azərbaycanlılarının qurultayının keçirilməsi təşəbbüsü ilə çıxış etdi: “Ümummilli Liderin 23 may 2001-ci il tarixli  Sərəncamına əsasən, 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının birinci qurultayı keçirildi.  Ulu öndər Heydər Əliyevin qurultayda proqram xarakterli nitqi  dünya azərbaycanlılarının  təşkilatlanmasında, onların vahid ideya ətrafında birləşməsində əhəmiyyətli rol  oynadı. Ümummilli Liderin Sərəncamı əsasında Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (indiki Diasporla  İş üzrə Dövlət Komitəsi) yaradılması  da  bu istiqamətdə görüləcək işlərin əsası kimi dəyərləndirildi”.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, sonrakı illərdə hər beş ildən bir dünya azərbaycanlılarının qurultaylarının ənənəvi olaraq  keçirilməsi diaspor quruculuğu sahəsində görülən işlərin təqdimatı və qarşıdakı dövrdə həyata keçiriləcək tədbirlərin  anonsu kimi dəyərləndirildi: “Belə ki, 2006-cı il martın 16-da ll, 2011-ci il iyulun 5-6-da lll, 2016-cı il iyunun 3-4-də lV qurultayların keçirilməsi də deyilənlərin təsdiqidir. Hər bir qurultayda Azərbaycanın keçdiyi inkişaf yolunun uğurlarından, qarşıda duran vəzifələrdən ətraflı söhbət açan, Azərbaycan həqiqətlərinin, o cümlədən bu gün artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasında   diaspor təşkilatlarının rolundan geniş bəhs edən dövlət başçısı İlham Əliyev bu fikri xüsusi qeyd edirdi ki, günbəgün güclənən, qüdrətlənən Azərbaycan hər birimizin qürur mənbəyidir.”

Vüqar Rəhimzadə bu mühüm məqamı da xüsusi qeyd edib ki, dövlətimiz həqiqətlərimizin təbliğində səfirliklərin də üzərinə mühüm vəzifələr düşdüyünü önə çəkərək onların say tərkiblərinin artırılmasına, eyni zamanda, diaspor təşkilatları ilə fəaliyyətlərini əlaqələndirmələrinə xüsusi diqqət göstərir: “Son 4 ildə 31 ölkəni əhatə edən 14 Koordinasiya Şurasının, 12 ölkədə 18 Azərbaycan Evinin yaradılması (Tallin, Varşava, Budapest, Brüssel, Zalsburq, Barselona, Köln, Berlin, Münhen, Kiyev, Odessa, Ankara, İğdır, Qahirə, Saloniki, Tbilisi, Marneuli və Qardabani şəhərləri) təqdirəlayiqdir.”

YAP Xətai rayon təşkilatının sədri Azərbaycan həqiqətlərinin təbliğində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın, Fondun vitse-prezidenti Leyla Əliyevanın xidmətlərindən geniş bəhs edib. Bildirib ki, təkcə bir faktı qeyd etmək kifayətdir ki, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xaricdəki azyaşlı uşaqlar üçün “Qarabağ” Azərbaycan məktəbləri təsis olunub və bu gün həmin məktəblərdə 250-dən artıq azərbaycanlı uşaq ana dilində təhsil alır.

“Azərbaycan diasporunun gücü bu gün  dünyada etiraf edilir. Son illərin hadisələrinə diqqət yetirsək açıq-aydın görərik ki, erməni yalanları ayaq tutsa da dövlətimizin qətiyyətli mövqeyi, düşünülmüş siyasəti, Azərbaycan diasporunun gücü, qüdrəti sayəsində yerimək imkanında deyil. Dünya ermənilərin əsl simasını gördü. Tarixi Zəfərimizdə Azərbaycan Ordusunun misilsiz rəşadət payında möhkəm hüquqi bazanın rolu  böyükdür. Onu da xüsusi vurğulamalıyıq ki, Azərbaycanın beynəlxalq aləmdə tanıdılmasında müstəsna rolu olan diasporumuz həqiqətlərimizin təbliğinə böyük töhfələr verib. Belə ki, diaspor təşkilatlarımızın Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində fəaliyyəti, Vətən müharibəsi dövründə onların dünyanın 30-dan çox ölkəsində 200-dək aksiya keçirmələri, bu aksiyalarda ümumilikdə 25 mindən çox soydaşımızın və dost xalqların nümayəndələrinin iştirakı, 50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatının müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlamentlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər ünvanlamaları təqdirəlayiqdir. Tarixi Zəfərimiz dünyanın bütün ölkələrində yüksək səviyyədə qeyd olunaraq ədalətin zəfər çaldığı bir daha  beynəlxalq ictimaiyyətə bəyan edildi”, - deyə Vüqar Rəhimzadə bildirib.

YAP Xətai rayon təşkilatının sədri  Dünya Azərbaycanlılarının V qurultayının  torpaqlarımızın düşməndən təmizləndiyi dövrə təsadüf etməsini önə çəkərək bu tədbirin Şuşada keçirilməsinin tarixi əhəmiyyəti və rəmzi mənası olduğunu diqqətə çatdırıb: “Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti, liderliyi, milli maraqlarımızı qətiyyətlə müdafiə etməsi, düşünülmüş və qətiyyətli siyasəti artıq hər birimizin qürur mənbəyi olan bu reallığı mümkün etdi. Qarabağın tacı, Türk dünyasının mədəniyyət paytaxtı Şuşada bir araya gələcək  həmvətənlərimiz  bu məkandan birliyimizi, həmrəyliyimizi  dünyaya bəyan edəcək, tarixi Zəfərimizin rəmzi olan dəmir yumruğun gücümüzün təqdimatı olduğunu bir daha nümayiş etdirəcəklər.

Postmünaqişə dövrünün reallıqlarının təbliğində diasporumuzun da üzərinə böyük məsuliyyət düşür. Onlar  bu reallıqların dünyada qəbulu istiqamətində fəaliyyətlərini genişləndirməklə yanaşı, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinə öz töhfələrini verməklə  Böyük Qayıdışa dəstəklərini ifadə edəcəklər. Artıq Dünya Azərbaycanlılarının V qurultayının keçirilməsi ilə bağlı hazırlıq işlərinin yekunlaşmaq üzrə olduğu bildirilir. Tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı gözlənilir. Dünya Azərbaycanlılarının V qurultayı  diasporumuzun Qarabağın işğaldan azad edilməsindən sonra ilk böyük görüşü olacaq. Sözsüz ki, dövlət başçısı İlham Əliyev qarşıdakı qurultayda özünün proqram xarakterli nitqində  dünyanın müxtəlif ölkələrində yaşayan və fəaliyyət göstərən diaspor nümayəndələrinə öz tapşırıqlarını verəcək, hədəfləri açıqlayacaq.

Hər bir  tədbir  mahiyyəti baxımından xüsusi əhəmiyyət kəsb edir. Hazırkı mərhələdə Azərbaycanla bağlı keçirilən hər bir tədbir, həmçinin ölkəmizin iştirak etdiyi beynəlxalq səviyyəli konfranslar  qürurvericidir. Çünki bu tədbirlərə ölkəmiz, dövlət başçısı İlham Əliyev  qalib dövlətin və qalib ölkənin qalib Prezidenti kimi qatılır. Dünya Azərbaycanlılarının V qurultayında Müzəffər Ali Baş Komandan, qalib Sərkərdə kimi çıxış edəcək  cənab İlham Əliyev tarixi Zəfərimizdən böyük qürurla bəhs edəcək.  Bu gün bir daha qeyd edirik ki, güclü, qüdrətli, eyni zamanda, qalib Azərbaycan harada yaşamasından asılı olmayaraq hər birimizin qürur mənbəyidir”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ