Cümə günü, 13 noyabr 2026
     

Çəmbərək-Basarkeçər soyqırımı-1918-1919-cu illərdə...

Image


Tarixi Qarabağ-Göyçə-Qars karvan, ticarət yolu üstündə yerləşən, eləcə də Türk fatehləri Əmir Teymurun, Şah İsmayılın..., el xeyriyyəçisi Səməd ağa Kəsəmənlinin, Mustafa ağa Şəkərbəylinin..., el qəhrəmanları  Cavad Abutalıb oğlunun, İsmayıl Hacı Zeynal oğlunun, Məşədi Hümbətin, Seyid Abuzərin...döyüş-səngər  izlərini yaşadan Çəmbərək və Basarkeçər nahiyələrinin Şahdağ, Soyuqbulaq, Qaraarxac və Çalmalı dağlarının ətəkləri, Əmir Əhməd, Sarı Qaya, Sarıyer, Qatarqaya...yaylaqları, Uzun dərə və Daşlı Güneyin üstü, Gözəldərə, Pəmbək və Dağ çaylarının sahilləri 1918-ci ilin yaz-yay aylarının və 1919-cu ilin əvvəllərinin qanlı-qadalı  günləri ağrısız, sazaqsız, faciəsiz...ötüşməyib...

1914-1918-ci illərdə Osmanlı Türkiyəsinin Qars, İqdır və Ərzurum vilayətlərində-cəbhə xəttində qərarlaşan çar Rusiyasının Qafqaz cəbhəsinin döyüş hissələrini (1-ci Atıcı diviziyası (12 taburdan ibarət) və 8-ci Atıcı alay (6 tabur) əsasında 05 mart 1918-ci ildə yaradılmış Əlahiddə erməni Korpusu tərkibində) təşkil edən nizami-silahlı rus-hay əsgər-zabit heyətinin Gümrü-İrəvan şəhərləri istiqamətində hərəkət edərək Göyçə gölü hövzəsində, Dilican vadisində, eləcə də Çəmbərək-Basarkeşər nahiyələrinin əski Türk-Müsəlman əhalsinin minilliklərlə yaşadıqları (bölgənin bu hissəsində də təbii-coğrafi mənşəli bütün toponimlər milli-etnik tərkiblidir)-Toğluca, Böyük Qarakilsə, Şişqaya, Ərdəniş, Dərəkənd, Babacan, Pəmbək, Hüseynquluuşağı, Ağkilsə, Qaraqoyunlu, Sarıyaqub, Qoşabulaq, Qayabaşı...kəndlərində amansız qətliamlar, etnik-dini soyqırım təcavüzlərini törədiblər. 

XIX əsrin son çərəyi və XX əsrin ilk onilliklərində Təbrizdə, Ərdəbildə, Xoyda (Cənubi Azərbaycanın Marğanlar, Məlikli, Siyahçeşmə, Bəzirgan, Sarısu, Kamalabad, İlanlı...yaşayış məntəqələırində), Qərbi Azərbaycan və Naxçıvanda, Qarabağ və Şirvanda, Lənkəranda... Bütöv Azərbaycanda güclənən, açıq müharibə meydanına çevrilən faciəvi soyqırım yaşantılarına imza atan hay kilsəsi, hay daşnak quldurları, kazak-rus caniləri (Qərbi Azərbaycanda Əlahiddə erməni Korpusunun komandanı, general T.İ.Nazarbekyan (1855-1931), Qərargah rəisi, çar Ordusunun genral-mayoru Y.Y.Vışinski (1873-1920, o, həm də 07 aprel 1917-ci ildən Qafqaz Cəbhəsinin Qərargah rəisi, 1918-ci ildən sonra “Ermənistan” Respublikası Müdafiə nazirliyinin Qərargah rəisi olub), Qərargahın Operativ şöbəsinin rəisi, poruçik M.Nerşov, ştabs-kapitan N.Şumov, podporuçik M.Medvedev, M.Dvernitski, 5-ci erməni alayının Qərargah rəisi, polkovnik A.K.Şneur (1884-1977), Partizan atıcı dəstəsinin başçısı, kazak-polkovnik A.Prekrestov, 1-ci Rusiya Qvardiya alayının komandanı, kazak-podpolkovnik P.Zolotaryev....) Dövlətimizə və Xalqımıza qarşı amansız hərbi-soyqırım yürüşü edənlərin az bir hissəsidir.

Türk dünyasında tarixi-coğrafi mövqeyinə görə strateji əhəmiyyət daşıyan Qərbi Azərbaycan XVIII əsrdən etibarən çar Rusiyasının siyasi-hərbi hədəfində olduğundan bölgəyə 1918-ci ilin mart-aprel aylayında birləşmiş düşmən qüvvələri tərfindən üç istiqamətdən (Alagöz dağı-Gümrü-Dilican boyunca, Dərələyəz-Vedi çayı-Gəyən dağı-Bərgüşad çayı hövzəsi üzrə və Cənubi Azərbaycan-Naxçıvan-Ordubad-Mehri-Gorus  məntələrinı əhatə edən cəbhə xətti ilə) davamlı hücumlar edilib.

Qafqaz cəbhəsinin nizamı rus-hay ordusunun əsas cəbhə xəttindən biri, Dilican şəhərində qərargahı, cəbbəxanası və hərbi düşərgəsi yerləşən qüvvələrin hücumuna məruz qalan Göyçə gölünün şərq, cənub və cənub-şərq ərazilərini əhatə edən Şahdağ silsiləsinin qərb hissəsi, Basarkeçər dağlıq silsiləsinin şərq hissəsində və Çəmbərək-Basarkeçər nahiyələrinin Dəlidağ, Soyuqbulaq, Çalmalı dağları ətəklərində yerləşən, yuxarıda adları çəkilən kəndləri də  olub.

Hücumun bu istiqamətə yönəldilməsi həm də Qarabağ bölgəsindən yerli özünümüdafiə qüvvələrinin düşməni təqib edən Osmanlı Türkiyəsinin 5-ci və 36-cı Qafqaz Orduları ilə birləşmə təhlükəsinin qarşısının alınması məqsədi daşıdığı üçün İrəvan Hərbi alayının komandiri, general M.Silikyan, A.Ozanyan və Dronun quldur dəstələri hücumlarını uğurla başa çatdırmaq üçün əvvəlcə hiyləyə əl atmışlar, barışıq təklifləri irəli sürmüş, sonra isə yerli sakinlərə, 5 min nəfər əhaliyə qarşı amansız qətllər törədiblər.

Yeni Bəyazid qəzası, Çəmbərək nahiyəsində XIX əsrin 40-50-ci illərində Cənubi Azərbaycandan köçürülən haylar və Volqaboyundan (Tambov, Saratov quberniyalarından) gətirilən ruslar birləşərək düşmən qüvvələrini kəşfiyyat, təxribat səciyyəli məlumatlarla təmin etmiş, onların tərkibində vuruşublar.    

Ağbulaq kəndində (1918-ci ildə 80-ə qədər ev olub) A.Ozanyanın, D.Kanayanın (Dronun) dəstələrinə qarşı yerli müdafiə dəstələri güclü müqavimət göstəriblər, dəstə üzvlərindən Kərbəlayi Məcid, Səməd, Hüseyn, Kaloğlan...düşmənə ağır itkilər verib.

Qəfil və gecələr edilən hücumlardan qorunmaq üçün dinc sakinlər kənddən şərqə 1-2 km aralı Böyük Yalın (2631 m), cənub-şərqdə 7-8 km məsafədə olan Soyuqbulaq dağının (2672 m) ətəklərinə, qayaslarına, zağalarına, meşə-kol sahələrinə  sığınıblar.  

1920-ci ildə el qəhrəmanı Səmədi haylar qətlə yetirib, meyidini gətiriblər kəndə, əvvəlcədən verilən məlumata görə, onu göstəriblər bacısı Sehran xanıma və deyiblər:

- Sənin qardaşındır? Yox cavabını verib. Onda deyiblər ki, əyər elədirsə, tüpür üzünə.

Bu sözdən sonra Sehran xanım “erməni”cə söyərək hay quldurunun üzünə tüpürüb....Ona ağır işkəncələr versələr də Şəhid bacısı 80-ci illərədək kənddə yaşamışdır (1899-1979).

Yaşlıların dediyinə görə kəndin əsası 1578-1590-cı illər ərzində Osmanlı Türkiyəsindən köçüb gələn ailələr tərəfindən qoyulub.

1960-cı illərin ortalarında da hay-daşnak ünsürləri Çəmbərək nahiyəsinin kəndlərinə (Ağbulaq, Tutcür, Toğluca, Çaykənd, Gölkənd, Qaraqaya...) hücum etməyi gözaltı ediblərmiş, rayon Partiya Komitəsinin I katibi Əli Həsənovun Azərbaycan rəhbərliyinə müraciətindən sonra qırğının qarşısı alınıb (o vaxtlar DTK-nin generalı H.Ə.Əliyev bu məsələ ilə bağlı Çəmbərək rayonunda olub.

Soyqırım-qətliam faciələrinin şahidləri olmuş Basarkeçər nahiyəsinin Pəmbək kənd sakinlərindən Püstə Kərbəlayı Kazım qızının (1837-1957), Abdulla Bayraməli oğlunun (1871-1986), Məhəmməd Allahverən oğlunun (1835-1965), Allahverdi Məhəmməd oğlunun (1862-1982)...söyləmələrinə görə rus-hay quldurları 1905-1906-cı illərdə törətdikləri qırğınları, eyni ilə 1918-1919-cu illərdə də günahsız insanlara yaşadıblar, canını qurtara bilənlər kəndə yaxın “Arıqlığın meşəsi”ndə, meşənin kənarındakı zağalarda gizlənə biliblər.

Nahiyənin bütün kəndlərində bu faciələr yaşanıb.

Şişqaya kəndində 300 “tüstü” olub, 1918-ci ildə, bu kənddən cənuba 15 km aralıda yerləşən Zağa kəndindəki yerli hay quldurları M.Silikyanın rəhbərliyi ilə həmin ilin aprel ayının 19-da Şişqaya kəndinə basqın edib, amansız qətliamlar törətmişlər. Əvvəlcə bütün sılahları yığdıqdan sonra camaatı (yüz nəfərə qədər) barışıq adı ilə Əziz Didarlının qazmasına yığıblar, sonra isə aparıb bir-iki kənarda onları qətlə yetiriblər. Qapıda gözətçi duran quldurlardan tügəngi ələ keçirərək atəş açıblar, quldurlar duyuq düşüb, damda qalanları (50-60 nəfəri) isə diri-diri yandırıblar.

Meyidlərin içində salamat qalan Kamal Nəzər oğlu (1866-1939) sonradan deyib ki, haylar içəri girib meyidləri süngün ilə vurublar ki, kimsə sağ qala bilər...

Kəndin malı-mülkü də qarət edilib yağmalanıb. Sağ qalan K.Nəzər oğlu 18-20 km məsafədə olan Pəmbək kəndinə gəlib.

Həmin qırğınlar barədə sonralar kəndin yüzbaşısı Kor Tanrıverdi (1843-1928), molla İbrahim İbrahim oğlu (1852-1932), el döyüşçüsü Seyid Abuzər (1862-1924)...də məlumat veriblər.

Daha sonra, o da bildirilir ki, rus-hay quldurları ilə əlbəyaxa döyüşə girən yerli müqvimət dəstəsinin üzvləri qənimət kimi ələ keçirdikləri topdan istifadə edə bilməyiblər...

Şahdağ silsiləsinin Xatabala dağının (2652 m) qərb ətəklərində, Qaraarxac dağından (3063 m) başlayan (bu dağın gündoğan yamacı Şəmkir çayının mənbəyidir) Pəmbək çayının sahilində, Göyçə gölündən 2 km aralıda yerləşən Pəmbək kəndində (əski adı-Quşçu dərəsi) törədilən amansız qətliamların faciəsini özündə yaşadan faciəvi olayı quldurlar nahiyənin Ağkilsə kəndindən olan Ustad aşıq Ələsgər Alməmməd oğlunun (1821-1926) şəyirdi əslən Daşkənd kəndindən olan aşıq Nəcəf Allahverdi oğluna (1876-1918), onun dörd oğluna-Şəmistan, Mikayıl, Asdan və İsmayıla yaşadıblar. 

Çaxırlı kəndi yaxınlığındakı Güllütəpəyə (buradan Daşkənd kəndi aydın görünür) qolubağlı gətirdikləri cavan və igid oğulları gözü önündə amansızlıqla qətlə yetirilən Atanın kürəyinə qaynar samovar bağlayıb...doğma kəndinə yola salırlar...

Qismət YUNUSOĞLU
Bakı Dövlət Universitetinin müəllimi

R.S. Qanlı-qadalı tarixi olayların şahidlərinin söyləmələrinə görə 1918-1920-ci illərdə düşmən qüvvələrinin hücumları nəticəsində Qərbi Azərbaycanın yalnız Çəmbərək-Basarkeçər nahiyəsinin kökənli Türk-Müsəlman əhalisi yaşayan 35 kəndi (210-220 ev) qarət edilərək dağıdılmış, yandırılmış, 10 kənd tamamilə yer üzündən silinmiş 1000 nəfərə qədər dinc sakin amansızlıqla qətlə yetirilmiş, 70-75 tarixi maddi-sakral abidə, dini-ibadət ocağı yerlə-yeksan edilmiş, əski Alban mədəniyyətinin epiqrafik  nümunələri aparılıb.

R.S.S. Basarkeçər rayon Mərkəzi xəstəxanasının “Travmatologiya şöbəsi”nin (müdir Tatul Xaçaturyan idi) 50 yaşlı həkimi Ağvan Nersesyan 1979-cu ildə öz dindaşlarına-dildaşlarına (şöbə müdirinin qardaşıç, 26-cı Səyyar-Mexanikləşdirilmiş dəstənin Su idarəsinin müdiri Vahaq Xaçaturyana) fəxrlə bildirirdi ki, işlədiyi 25 il ərzində Böyük və Kiçik Məzrə, Kəsəmən, Zod, Böyük və Kişik Qaraqoyunlu... kəndlərindən 80 nəfər Türk-Müsəlman öldürmüşəm, haqqımı və qisasımı almışam.  

(Yazının hazırlanmasında həm də Qərbi Azərbaycanın Basarkeçər nahiyəsinin Hüseynquluuşağı (Nərimanlı)  kənd sakini Hacı Novruz İsmayılovun (1932), Pəmbək kənd sakini Bəymalı Gülmalı oğlunun (1950), Cəmbərək nahiyəsi, Ağbulaq kənd sakini Vahid Əhməd oğlu Abbasovun (1956) məlumatlarından istifadə olunub)



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ