Ermənistan öz döyüş təyyarələrini və pilotlarını rus ordusunun tərəfində döyüşmək üçün Ukraynaya göndərib.
“Haber Global”in əldə etdiyi kəşfiyyat məlumatlarına görə, martın 25-də Ermənistandan havaya qalxan 4 ədəd Su-30 tipli 4 döyüş təyyarəsi Ukraynada istifadə olunmaq üçün Rusiyaya gedib. Üstəlik, Rusiya istehsalı olan qırıcıları xüsusi təlim keçmiş erməni pilotlar istifadə edirlər. Ermənistan bu addımı ilə Ukraynadakı işğala ortaq oldu və müharibənin tərəfinə çevrildi.
Indi Qərbin İrəvana reaksiyası maraq doğurur. Çünki Rusiya Ukraynanı işğal etdiyi üçün görünməmiş iqtisadi sanksiyalara məruz qaldı, Qərb ölkələri tərəfindən təcrid olundu.
Çinə Rusiya ordusuna silah tədarük edərsə, “bədəlini ödəyərsən” xəbərdarlığı edilib.
İndi Rusiyaya hərbi dəstək verən Ermənistana da sanksiyalar tətbiq edilib-edilməyəcəyi, ya da xəbərdarlıq gəlib-gəlməyəcəyi maraq doğurur?
Tahir TAĞIYEV