Rusiya Laçın dəhlizi vasitəsilə Qarabağ bölgəsindəki sülhməramlıların müvəqqəti məsuliyyət zonasından hərbi texnikasını çıxarır.
Bu barədə məlumat yayan “Caliber” rus hərbi texnikasının çıxarılmasının görüntülərini yayıb.
Martın 26-da qeydə alınan görüntülərdə rusların 4 ədəd "UAZ Patriot”, 1 ədəd "Tiqr”, 3 ədəd "KamAZ” (kunq, təmir maşını və yanacaq daşıyan maşın), bir "Ural” və bir QAZ-66 çıxardıqları əks olunub.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın Abxaziya və Gürcüstanın Sxinvali bölgəsindən qoşunlarının bir hissəsini çıxararaq Ukraynaya göndərməsi barədə xəbərlər yayılmışdı.