Cümə günü, 13 noyabr 2026
     

Nə Qərbin, nə də Şimalın məramı sülh deyil – Ən ədalətli sülhməramlı... - Tural Səfərov yazır

Image


Son günlər Qarabağdakı qanunsuz erməni silahlı dəstəsi üzvlərinin “yuxarıdan” gələn tapşırıqla aktivləşməsi Azərbaycan Ordusunu radikal addımlar atmağa vadar edib. Təxribatların qarşısını almaq məqsədilə bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb, qanunsuz erməni silahlı dəstələrinin mövqelərinə dəqiq zərbələr endirilib.

Martın 26-sı səhər saatlarında dumanlı hava və məhdudgörmə şəraitindən istifadə edən qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərib. Dərhal görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur edilib.

Qarabağda məhz buna görə, zamanı gələndə təxribat törətmək üçün saxlanılan qanunsuz erməni silahlı dəstələrinin cəzalandırılması onların havadarlarına Azərbaycana təzyiq göstərmək üçün növbəti şans verib. Üçtərəfli bəyanatlara zidd olaraq erməni silahlılarının Qarabağdan çıxarılmaması Rusiyanın maraqlarına cavab verir və buna görə də “sülhməramlılar” tərəfindən onların ərazilərdən təmizlənməsi istiqamətində indiyədək heç bir tədbir görülməyib. Bu azmış kimi, Rusiya Müdafiə Nazirliyi dünən həqiqəti əks etdirməyən, birtərəfli açıqlama ilə Azərbaycanı üçtərəfli bəyanatların şərtlərini pozmaqda ittiham edib. Rusiya Müdafiə Nazirliyinin açıqlamasında “Dağlıq Qarabağ", "Dağlıq Qarabağ silahlı birləşmələri" kimi ifadələrin işlədilməsi bir daha göstərdi ki, Rusiya kimin yanındadır və bu ölkədən bizə müttəfiq olmayıb, olmayacaq. Doğrudur, Azərbaycan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyinin cavabını verib. Nazirliyin açıqlamasında bildirilib ki, Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur. Rusiya tərəfinin açıqlamasında qeyd edilən kəndin adı Furux deyil, Fərruxdur.

Rusiyadan birinci dəfə deyil ki, belə açıqlamalar verilir. Azərbaycan öz milli maraqları naminə Rusiyanın tələblərini yerinə yetirməyəndə hər dəfə belə ziddiyyətli və təxribatçı bəyanatların verildiyinin şahidi olmuşuq. Ancaq bu il fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanmasından sonra düşündük ki, yəqin, şimal qonşumuz bundan sonra müttəfiq olduğumuzu nəzərə alıb erməni sevgisi naminə bizə qarşı təxribatlarından əl çəkər. Amma sən saydığını say, gör Putinin ermənipərəst məmurları nə sayır. Son hadisələr göstərdi ki, Rusiya üçün heç bir müttəfiqlik anlayışı yoxdur, imzalanan Bəyyannamə onların gözündə kağız parçasından başqa bir şey deyildir. Rusiyanın hərəkətləri həm Azərbaycan Prezidentinin, Ermənistan Baş nazirinin və Rusiya Prezidentinin imzaladıqları 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanata, həm də iki ölkə arasında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə ziddir. Rusiya Müdafiə Nazirliyinin dünənki açıqlaması müttəfiqlik fəaliyyəti haqqında Bəyyanamənin elə birinci maddəsinin kobud şəkildə pozulmasıdır. Bəyyannamənin birinci maddəsidə yazılıb: “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”.

Ölkənin ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına bu necə hörmətdir? Bu necə bir-birinin daxili işlərinə qarışmamaqdır?

Bəyyanəmənin 11-ci bəndində göstərilir ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası öz ərazilərində təşkilatların və şəxslərin digər Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar. İndi bu Bəyyanaməyə uyğun olaraq, Rusiya Prezidenti öz imzasına hörmət edərək Müdafiə Nazirliyinin səhvini düzəltməli, Azərbaycana qarşı təxribatın qarşısını almalıdır. Rusiya tərəfi unutmamalıdır ki, Müttəfiqlik Bəyannaməsi hələ Azərbaycan Respublikasının Milli Məclisində ratifikasiya olunmayıb. Belə davam edərəsə, xalqın tələbi ilə heç ratifikasiya edilməyəcək.

Rusiyanın indiki çətin vaxtında ona hava-su kimi lazım olan Azərbaycanı özündən bu şəkildə uzaqlaşdırması, hesab edirik ki, bu dövlətin özünün milli maraqlarına uyğun deyil. Ancaq görünən odur ki, Rusiyda ermənilərin maraqlarını öz milli maraqlarından daha üstün tutan qüvvələr var. Bütün bunlar ikitərəfli əlaqələrin gələcəyi baxımından yaxşı heç nə vəd etmir.

İndi sual olunur. Üçtərfli bəyanatların tələblərini yerinə yetirməyən, Qarabağdakı qanunsuz erməni silahlı dəstlərini bəsləyən, silahlandıran, təlimlərlə ruhlandırıb təxribata sövq edən, sülhə heç bir töhfə verməyən Rusiya sülhməramlıları bizə lazımdırmı? Bu sualın cavabını yaxın vaxtlarda xaqın tələbi ilə Azərbaycan dövləti ən yüksək səviyyədə verəcəkdir. Fikrimizcə, Rusiya sülhməramlılarının davranışı, eləcə də Rusiya mediasının hələ də terrorçuları "respublika" kimi təqdim etməsi, rəsmi medianın terrorçu Araikin "sərəncamlarını" tirajlaması kimi təxribatçı hərəkətlər “sülhməramlıların” tezliklə bölgədən çıxarılması məsələsini hər gün daha da aktuallaşdırır.

Nə hikmətdirsə, son günlər təkcə Rusiyanın deyil, Qərbin də erməni sevgisi qabarıb.  ABŞ Dövlət Departamentinin, Fransa Xarici İşlər Nazirliyinin son bəyanatları təəssüf doğurur. ABŞ Dövlət Departamenti rəsmisinin Qarabağla əlaqədar səsləndirdiyi fikirlər Prezident Co Baydenin Azərbaycanın dövlət başçısına göndərdiyi Novruz təbrikindəki fikirlərlə ziddiyyət təşkil edir. Baydenin Prezident İlham Əliyevə göndərdiyi məktubundan: “Bu il Birləşmiş Ştatlarla Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyidir. Bu ildönümünü qeyd etdiyimiz bir zamanda Administrasiyam Cənubi Qafqazda demokratiya, sülh və tərəqqini dəstəkləməyə davam edəcəkdir. Biz, həmçinin ortaq təhlükəsizlik narahatlıqlarını həll etmək, regional barışığa təşviq etmək və iqtisadi əməkdaşlıq üçün yeni imkanları araşdırmaq məqsədilə Azərbaycanla birgə işləyəcəyik”.

Təəssüf ki, ABŞ rəsmisinin açıqlaması Baydenin məktubunda vurğuladığı sülhü dəstəkləməyə xidmət etmir. Bizim ölkəmizə belə yanaşma ilə nə ortaq təhlükəsizlik narahatlıqlarını aradan qaldırmaq, nə regional barışığa təşviq etmək, nə də iqtisadi əməkdaşlıq üçün yeni imkanları araşdırmaq olar. Belə erməni sevgisi və havadarlığı ilə Azərbaycanla birgə işləmək mümkünsüz görünür.

Maraqlıdır ki, həm Rusiyanın, həm də ABŞ-ın dövlət başçılarının mövqeyi bu ölkələrin rəsmi qurumlarının açıqlamaları ilə üst-üstə düşmür. Prezidentlər Azərbaycanın ərazi bütövlüyünə dəstəklərini ifadə etdikləri halda, Rusiyanın Xarici İşlər və Müdafiə nazirlikləri, ABŞ-ın isə Dövlət Departamenti Azərbaycan əleyhinə, ermənipərəst açıqlamalar verirlər. Hər halda ABŞ və Rusiya kimi dövlətlərin xarici siyasətində ölkə rəhbərləri ilə məmurların eyni mövqedə olmadığına inanmaq sadəlöhvlük olar. Bu, hər iki ölkənin imperialist düşüncəsindən irəli gələn riyakarlıqdır. İmperialistlərin isə heç vaxt məramı sülh olmayıb. Nə Qərbin, nə də Şimal qonşumuzun məramı sülh deyil. Ən ədalətli sülhməramlı elə Azərbaycan əsgərinin özüdür. Gec-tez bunu Qarabağda yaşayan ermənilər də anlayacaqdır.

Ermənistanda isə başa düşməlidirlər ki, nə okeanın o tayından, nə də bu tayından bölgədə sülh olmasına marağı olan yoxdur. Bölgədə sülhün təmin edilməsi üçün Azərbaycanla Ermənistan vasitəsiz masaya əyləşməli və öz problemlərini özləri həll etməlidirlər. Regiondakı qeyri-sabit vəziyyətdən Qərb ölkələri və Rusiya öz maraqları naminə faydalanır. Bunun əziyyətini isə daha çox erməni xalqı çəkir. Ermənistanın bir dövlət kimi mövcudluğunu qoruyub saxlaya bilməsi Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmasından asılıdır. Əks təqdirdə bunun acı nəticələri olacaqdır. Heç Azərbaycanı demirik. Günün birində Türkiyə Ermənistanda ona təhdid ola biləcək terror təşkilatlarının gücləndiyini əlində əsas tutaraq xüsusi əməliyyat keçirə bilər. Necə ki Rusiya özünə təhdid yaradacağını bəhanə edərək Ukraynanın silahsızlaşdırılması üçün “xüsusi əməliyyata” başlayıb. Nə qədər gec deyil, Ermənistan bu barədə dərindən düşünməli, bölgəyə sülhün gəlməsinə öz töhfəsini verməli, regionda reallaşdırılan iqtisadi layihələrə qoşularaq öz etibarlı gələcəyini təmin etməlidir. Bunun əksi fəlakətdir. Rusiyanın getdikcə zəiflədiyi, Azərbaycanın və Türkiyənin dünyada sürətlə gücləndiyi bir vaxtda sülh prosesinə mane olan radikal addımların atılması, sadəcə, ağılsızlıqdır. Bu addımların bədəlini ermənilər uzun illər ərzində çox ağır şəkildə ödəyəcəklər.

Tural Səfərov



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ