Putinin qazı yalnız rublla satmaq qərarından sonra Avropa Birliyi Rusiya qazından asılılığın aradan qaldırılması üçün intensiv yollar axtarır. Məsələ Birliyin son zirvəsində də müzakirə olunub.
Serbiya prezidenti Aleksandr Vuçiç RTS-2 TV-yə müsahibəsində deyib ki, qaz çatışmır, biz ruslarla danışmalıyıq .
Vuçiç deyib ki, dəfələrlə Azərbaycan Prezidenti Əliyevlə də danışmışam, məsələ belədir ki, qaz yoxdur.
Vuçiçin sözləri burada bitdi. Maraqlı görünən Əliyevin adından "qaz yoxdur" bəyanatı verməkdir. Axı Azərbaycan Prezidenti hər vaxt real olaraq deyib ki, böyük qaz ehtiyatlarımız var. Onu da əlavə edib ki, qaz bazarında əvvəlcə alıcı tapılmalı, sonra qaz hasil edilməlidir. Bu sözlər "qaz yoxdur" bəyanatından kordinal fərqlidir.
O başqa məsələdir ki, Azərbaycan illik istehlakı 500 milyard kub olan Avropanı tam təchiz edə bilməz və heç bu iddiada deyil də...
Cənab Vuçiçin sözləri mübahisəli görünür...
Tahir TAĞIYEV