Cümə günü, 13 noyabr 2026
     

Gələcəyə köklənmiş baxışlar - Bayden və Əliyevin dərin dövlətçiliyi, Sekuta "qara yellədə"... - Aydın QULİYEV yazır...

Image


Bəhs etmək istədiyim mətləb uşaq oyunları və zarafatlardan tam fərqli məna daşısa, da uşaqlığımızın ən maraqlı "çiling-ağac" oyununu yerinə düşdüyü üçün xatırlamaq istəyirəm.

Təxminən bir metr uzunluqda əl tutan ağacla bir qarıc ölçüsü olan nazik çiliyi "əbə" adlandırdığımız kiçik çaladan azı 10 dəfə var gücü ilə aşağıdakı oyunçuların üstünə havadan qüsursuz vura bilənlər "qara yelləyə" çıxmış sayılır, oyunun qalibi elan edilirdi. Bir növ müasir "qara kəmər" kimi… Maraqlıdır, deyilmi?... "Qara yellə" hara, Bayden, Əliyev və səfir Sekuta hara…

Bu günlərdə Bakı ilə Vaşinqton arasında bəzi açıq diplomatik ritorikalara diqqət yetirmək kifayətdir ki, bölgəmizdə ən dramatik proseslərin əsasən dərin siyasət qatlarında getdiyinə bir daha əmin olaq.

Baydenin İlham Əliyevə kiçik məktubu, Əliyevin həmkarına nisbətən iri həcmli cavabı və ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekutanın ilginc mesajlarla dolu müsahibəsi… Bayden və Əliyev özlərinin dərin dövlətçiliklərinə möhkəm bağlılıq göstərdikləri halda, səfir Sekuta nisbətən sərbəst mövqedən danışır, o "dərin dövlətçilik" məsuliyyətindən vizual olaraq asılı deyil, az əvvəl dediyim "qara yellə" vəziyyətindədir… Sekuta deyir ki, Rusiya ilə İranın arasında Azərbaycanın geosiyasi mövqeyinin kritik rolunu qiymətləndiririk. "Yüz ilin diplomatının "çoxbaşlı danışmaq qabiliyyətinə sahib bir ustad olması onun bu fikirlərində haqlı olduğunu göstərməklə bərabər, bütün sətiraltı mənalarını görməyi də tələb edir. Həqiqətən Azərbaycan iqtisadi, siyasi, hərbi, təhlükəsizlik sahəsində Qərb ölkələri ilə əlaqələrini Rusiya və İranın arasında olmaqla çox mürəkkəb şəraitdə aparır. Sekuta da bunu əla görür, açıq danışır, ancaq özünün sərbəst "sabiq diplomat" statusuna söykənərək Azərbaycandan daha kritik siyasət aparmağını ummur, gözləmir.

Bəs prezident Bayden? Sabiq diplomatın Azərbaycana aid etdiyi kritik rolu o görmürmü? Təbii ki, görür… Ancaq Co Bayden öz dövlətinin dərin maraqlarına istisnasız bağlılığı əldən qoymur, "kimin üçün necə olursa olsun, təki onun dərin dövlətinin maraq və mənafelərinə uyğun planlar işləsin" prinsipi ilə hərəkət edir. Zatən hər kəs belə edərdi, o, Amerikanın prezidentidir, bu mətləbi kənara qoyub Türkiyənin, Azərbaycanın, ya Qırğızıstanın maraqlarını önə çəkəsi deyil ki… Baydenin Əliyevə "Novruz və 30 illik" təbrik məktubunda mənim dediyim mətləbləri deşifrə edən üç şedevr fikrini yada salıram. Baydenin yazdıqlarından - bölgədə ortaq təhlükəsizlik narahatlıqlarını həll etmək, regional barışığı təşviq etmək və iqtisadi əməkdaşlığın yeni formalarını tapmaq üçün  Azərbaycanla birgə işləyəcəyik. ABŞ prezidentinin "Azərbaycanla birgə işləyəcəyik" fikrini nisbətən idealizə etməyə meylli ekspert və politoloqlar "birgə işin" istiqamətlərinin nələrdən ibarət olduğuna çox diqqətli yanaşmalıdırlar. Bəlkə də onun dediyi həmin üç fikrin hər birinə ayrılıqda baxsaydıq, təəccüblü bir şey görünməzdi. Ancaq üç fikir bir-biri ilə sıx vəhdət halında Azərbaycan üçün çox ibrətamiz görünən mənzərəni açıqca ifadə edir. Bayden deyir ki, gəlin bölgədə ortaq təhlükəsizlik maraqlarımızı görək, bunu görəndən sonra regional barışığı təşviq edək, daha sonra isə iqtisadi əməkdaşlığımızın yeni imkanlarını araşdıraq. ABŞ prezidenti aydın və net mesajlar verir. Birlikdə onu edəcəyik, bunu edəcəyik və sonda iqtisadi faydalar görəcəyik. Çox cəlbedicidir, dahiyanə düşünülüb, öz dövlətinin dərin maraqlarına sərrast tuşlanıb. Bölgədə ABŞ və Azərbaycan üçün ortaq təhlükəsizlik narahatlıqları deyəndə nəyə işarə vurulur? Aydındır ki, bu gün bölgənin təhlükəsizlik baxımından ən böyük narahatlığı Ukrayna müharibəsi sarıdandır. Bayden Azərbaycandan mövqe dəqiqləşməsi gözləyir, eynilə Çindən gözlədiyi kimi. Təbii ki, Azərbaycanın Ukrayna müharibəsi kontekstində təhlükəsizlik narahatlıqları var. Lakin bu narahatlıqlar nə Rusiyanın, nə də ABŞ-ın təhlükəsizlik narahatlığı ilə eynidir. Amerikanın təhlükəsizlik narahatlıqları Azərbaycanı onun yanında, Rusiyanın maraqları isə Azərbaycanı onun yanında görməyə hesablanıb. Halbuki Azərbaycanın təhlükəsizlik narahatlıqlarının həlli nə Rusiyanın, nə də Amerikanın yanında saf tutmağa bağlı deyil. Nəyə bağlı olduğunu dəqiq təhlil etmək üçün Əliyevin Baydenə cavab məktubunun 4 nüansını önə çəkmək lazımdır.

1. Azərbaycan öz xalqının mənafe və iradəsinə uyğun müstəqil siyasət aparan dövlətdir...

2. Azərbaycan torpaqlarını azad edərək BMT TŞ qətnamələrini təkbaşına icra etdi...

3. Ermənistana suverenlik, ərazi bütövlüyü və sərhədlərin dəyişməzliyi prinsipləri əsasında sülh sazişi imzalamağı təklif etmişik...

4. Əminəm ki, gələcəyə köklənmiş baxışlar əsasında Amerika bizim sülh gündəliyimizi müdafiə edəcək…

Göründüyü kimi, Baydenin öz dövlətinin dərin maraqlarına bağlılığının eynisini İlham Əliyev Azərbaycan dövlətçiliyi naminə nümayiş etdirir. Əliyevlə Bayden diplomatik ritorikada bir-birini necə də dəqiq anlayırlar?! Həqiqətən də, Azərbaycan müstəqil ölkə olaraq regionda ortaq təhlükəsizlik narahatlıqlarını Rusiya və Amerika ilə necə bölüşə bilər?! Onlar hazırda qlobal müharibənin bir addımına çatıblar. Təhlükəsizlik məsələsində Azərbaycanın onlarla ortaq nəyi ola bilər ki?!... Əksinə, Prezident Əliyevin dediyi kimi, tərəfsiz siyasətə daha üstün bağlılıq indi ən düzgün seçimdir.

Digər tərəfdən, Əliyevin "TŞ qətnamələrini təkbaşına icra etdik" fikri həm də ona işarədir ki, Azərbaycan təhlükəsizlik təhdidlərinə təkbaşına cavab verməyə qadirdir.

Ermənistana sülh sazişi təklifinə gəldikdə isə Baydenin müşavirlərinin buradakı mətləbə xüsusi diqqət yetirəcəkləri şübhəsizdir. Çünki müharibədən sonra Ermənistan ABŞ da daxil hamını inandırmağa çalışır ki, onun sülh sazişi təklifi daha perspektivlidir. Əliyevin mesajının mahiyyəti budur ki, qətnamələri təkbaşına icra etmiş dövlət olaraq sülh sazişi məsələsində kənardan kiminsə vasitəçiliyini asan qəbul etməyəcək.

Nəhayət, Azərbaycanın dövlət başçısı Ermənistanla sülh sazişinə gələcəyə köklənmiş baxışlar əsasında yanaşmanı əsas istinad nöqtəsi kimi önə çəkir. Gələcəyə köklənmiş baxışlar isə Ermənistan üçün yox, Azərbaycan üçün daha geniş və uzun yol saxlayır…

Aydın QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ