Rusiya prezidentinin dayanıqlı inkişaf üzrə xüsusi nümayəndəsi Anatoli Çubays tutduğu vəzifədən istefa verib. Çubaysın Rusiyaının Ukraynada başlatdığı hərbi əməliyyatlara etiraz edərək istefa verdiyi bildirilir.
Çubaysın istefası ilə bağlı rəsmi açıqlama verilməsə də, Kremlin mətbuat katibi Dmitri Peskov məsələyə münasibət bildirməkdən imtina edib.
Hazırda Anatoli Çubaysın İstanbulda olduğu bildirilir.
Qeyd edək ki, ötən həftə Dmitri Medvedevin prezidentliyi dövründə baş iqtisadi məsləhətçi olmuş və 2018-ci ilə qədər baş nazirin müavini olmuş Arkadi Dvorkoviç işğalı pislədikdən sonra dövlət tərəfindən dəstəklənən Skolkovo texnologiya fondunun rəhbəri vəzifəsindən istefa verib. Eyni zamanda Beynəlxalq Şahmat Federasiyasının prezidenti olan Dvorkoviç müharibə əleyhinə çıxış edən bir neçə keçmiş yüksək vəzifəli məmurlardan biri idi.
Tahir TAĞIYEV