Füzulidə mülki şəxs minaya düşüb. Trend-in məlumatına görə, Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində 1996-cı il təvəllüdlü Vüqar Zülfüqarlı minaya düşüb, nəticədə o, ağır bədən xəsarətləri alıb.
Baş Prokurorluğun mətbuat xidmətindən faktı təsdiqləyiblər.
Bildirilib ki, hazırda həmin faktla bağlı Füzuli rayon Prokurorluğunda araşdırma aparılır.
Trend xəbər veri ki, partlayış rayonun işğaldan azad olmuş Seyid Əhmədli kəndində baş verib. 1996-cı il təvəllüdlü Vüqar Zülfüqarlı idarə etdiyi “SHACMAN” markalı 77 CB 134 dövlət nömrəli yük maşını ilə dönmə əməliyyatı edərkən minaya düşüb.
Nəticədə sürücü V.Zülfüqarlı ağır bədən xəsarəti alaraq xəstəxanaya çatdırılıb.