Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadə İran parlamentindəki erməni deputatların Şuşada azan səsindən narahat olmasına münasibət bildirib.
Əlizadə özünün Tvitter hesabında yazıb: “İran parlamentində erməni əsilli iki deputat Şuşa məscidində və təmas xəttində oxunan azanın Xankəndidə eşidilməsindən narahat olublar və bunu “psixoloji təzyiq” kimi qiymətləndiriblər. Ümid edirəm ki, din xadimləri onlara azanın ləyaqətini, Xankəndinin kimə aid olduğunu öyrədəcəklər”.
Səfir paylaşımda Şuşada oxunan azan səsini də yayımlayıb.
Qeyd edək ki, İran parlamentindəki erməni deputatlar Robert Bagleryan və Ara Şaverdian martın 16-da İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyana yazdıqları məktubda Azərbaycanın Şuşa şəhərində səsgücləndiricilərdən gələn azan səsini “psixoloji müharibə” kimi qiymətləndiriblər”.
Tahir TAĞIYEV