Cümə günü, 13 noyabr 2026
     

Aydın Quliyev: “Bu, ən kiçik korrupsioner məmurun il ərzində taladığının bir hissəsi də deyil” - MÜSAHİBƏ

Image


“Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevin TNS-ə müsahibəsi.

-Aydın müəllim, xoş gördük. İşləriniz necə gedir?

-Zamanınız xoş keçsin... Hər halda yaxşı ki, bundan da pis deyilik ...

-Müasir dövrdə qəzet çıxarmaq çox çətin bir prosesdir. İnsanların internetə əlçatanlığının asanlaşdırılması, onlayn media orqanlarının bolluğu, açıq etiraf edək ki, qəzetə marağı azaldıb. Yəni hər dəqiqə əlindəki smartfon vasitəsilə informasiya alan oxucunun qəzet köşkü heç yadına da düşmür. Belə bir dövrdə qəzet çıxarmaq nə qədər effektlidir və nəyə lazımdır?

-Qəzet çıxarmaq tək indi çətin deyil ki. Bu hər vaxt çətin olub. Bir planşeti və ya noutbuku ələ götürüb "mən də media orqanıyam" deməyə nə var ki... Qəzetin qədir- qiymətini müasir mətbuat arxivinə ehtiyac duyanlar, populyar yazı dilimizin gözəlliyindən zövq alanlar, gündəlik dəqiq xronikamızı təqib etmək istəyənlər daha yaxşı bilir. Gəl onların əlindən bunu al, görüm...

Qəzetlər məlumat bazarında idarəedici qüvvələrdən biri olanda cəmiyyətin böyük hissəsinin tələbini ödəyirdik, bundan zövq alırdıq. İndi tək qəzet olaraq az bir hissənin tələbini ödəyirik, indi də bundan zövq alırıq. Yekunda nə yaxşı ki, kiməsə, kimlərəsə lazımıq və gərəksiz, ziyanlı deyilik. Müstəqil qəzetlərin dövlətdən aldığı maliyyə ən kiçik  korrupsioner məmurun il ərzində taladığının bir hissəsi ola olmaya. Ancaq nə faydasız, nə də ziyanlıyıq.

Üstəlik qəzetlərin saytı, hətta bəzilərinin internet televiziyası da var. O cümlədən “Bakı-xəbər”in də. Demək, qəzetlər  yeni-yeni formalar alır, inkişaf edir. İnkişaf edə bilən şeydən imtina etmək? Doğrudur, inkişaf edə bilməyən qəzetlər sıradan çıxa bilər. Ancaq bütünlüklə qəzetlər bir institut kimi inkişaf edirsə, sayt formasında, televiziya formasında öz varlığını təsdiqləyirsə, bunun nəyi pisdi?

O ki qaldı onlayn medianın qəzeti üstələməsinə, bununla razıyam. Ancaq üstələsə də, onlayn media qəzeti tam əvəz edə bilməz. Bunu ağıllı adamların hamısı bilir. Qəzet informasiya bazarında həlledici güclərdən birinə çevrilmək imkanını itirməyib.

Müasir Rusiyaya baxın. Tanışlarınz vasitəsilə dəqiqləşdirin. Rusiyada qəzetlərin tirajında hiss olunan artım başlayıb. Rusiyanın dünya internet sistemindən qoparılması bir az da dərinləşsə, inanın ki, qəzetlər yenidən gücə çevriləcək. İndi ölkələrin heç biri belə vəziyyətdən sığortalanmayıb.

-Sizin qəzetinizin kifayər qədər oxunaqlı saytı var. Bildiyim qədər, saytınıza gündəlik daxil olan oxucuların sayı 20 mindən çoxdur. Qəzetdə dərc olunacaq materialları da saytda yerləşdirirsiniz. Belə olan halda, “Bakı xəbər”in kağız variantını, yəni qəzetin özünü oxuyan varmı?

-Özünün tarixi olan hər bir qəzetin öz ənənəvi oxucu auditoriyası var. Təbii ki, hər qəzetin tarixi olmur. Var tarixçəsi olan qəzetlər, yəni "yarandı, çıxdı və dayandı" kimi. Bir də var tarixi olan qəzet. Belə qəzetlər dövrün proseslərinin içində olmaqdan əlavə ona yön verə bilir, buna çalışır, nəyəsə mane olmağa, ya dəstək olmağa güc tapır, prosesin içində özü də tarix yazır. Məhz belə qəzetin özünün ənənəvi oxucu auditoriyası olur. Bu auditoriya öz qəzetinə sadiqdir, qəzetin saytı oldu olmadı, fərqinə varmır, o, əsasən qəzeti axtarır. “Bakı-xəbər” qəzetinin öz auditoriyası var.

-Mən özüm də qəzetçi olduğumdan qəzetin nə qədər əhəmiyyətli olduğunu bilirəm. Heç bir onlayn media qəzetin funksiyasını yerinə yetirə və onu əvəz edə bilməz. Qəzet tarixdir, canlı salnamədir. Fikrinizcə, çap mediasını “diriltmək”, qəzetə marağı artırmaq mümkündürmü? Bunun üçün nə etməliyik?

-Qəzetlərdə analitik və praktik araşdırma materiallarının, cəmiyyət həyatına aid şəkilli xəbərlərin sayı həmişə artırılmalıdır.

-Mətbuat orqanı obyektiv, qərəzsiz olmalı, cəmiyyətin uğurlarını da, problemlərini də olduğu kimi təqdim etməlidir. Bu gün müstəqil fəaliyyətinizə hansısa maneə yoxdur ki?

-Maneə yoxdur. Lakin peşəkarlıq və təcrübə artdıqca, informasiya məkanında bir məlum çərçivə və daha dərin məsuliyyət meyarından qaça bilməzsən ...

-Siz həm Sovet dövründə, həm də müstəqilliyin ilk illərində üzdə olan ziyalılardan biri olmusunuz. Bu gün də elədir. Yəni siz həmişə ictimai-siyasi proseslərin içində olmusunuz, ictimai rəyə təsir etmisiniz. Müqayisə aparanda, media ötən əsrin 90-cı illərinin əvvəllərində daha azad və demokratik idi, yoxsa bu gün?

-90-cı illərdə vahid milli və dövlətçi media yox idi. Ən müxtəlif xətlərə bağlı sistemsiz media aləmi var idi. Belə media mühitində fəaliyyət sərbəstliyi daha çox, məsuliyyət az idi. Düşünürəm ki, indi bizə o cür media mühitinə yenidən qayıtmaq lazımdırmı?!...Yəqin ki, yox...

-Həm Sovet dövründə, həm də müstəqilliyin ilk illərində qəzet redaktorları çox hörmətli, nüfuzlu adamlar olublar. Onların dövlət orqanlarından şəxsi xahişləri həmişə nəzərə alınıb. Bu günlərdə sizin cənab Prezidentə bir müraciətinizi oxudum. Belə başa düşdüm ki, sizin Təhsil Nazirliyindən övladınızın təhsili ilə bağlı şəxsi xahişiniz yox, haqlı tələbiniz olub. Amma nəzərə alınmayıb. Öz problemini belə həll edə bilməyən bir media qrupun rəhbəri oxucularının, cəmiyyətin problemlərinin həllinə necə nail ola bilər? Fikrinizcə, bu, müasir Azərbaycanda məmurların güclənməsinin, yoxsa medianın zəifləməsinin nəticəsidir?

-Ölkə Prezidentinə müraciətimin sədasını hələ gözləyirəm...

Ancaq onu deyim ki, 2008-2009-cu illərə qədər məmurların mediaya, jurnalistlərə münasibətində bir cür neqativliklər var idi, indi başqa cür neqativliklər özünü göstərməyə başlayır. Əfsuslar olsun...

-Siz “Bakı xəbər”in televiziyasını da yaratmısınız. Həm saytınızın, həm də televiziyanızın geniş oxucu və tamaşaçı auditoriyası var. Bunun gələcəkdə qəzeti sıradan çıxarmaq ehtimalı varmı? Yəni nə vaxtsa qəzetin nəşri dayandırıla bilərmi?

-Qəzet bir dayaq  idi, sayt ikinci dayaq oldu, televiziyamız mühərrik oldu. Bunlar hamısı birlikdə güclüdür. Gücümüzü dövlətçiliyimizin daha da güclü olmasına yönəldirik. “Bakı-xəbər” qəzeti özündən sonrakı doğuluşlar üçün beşikdi. Beşiyi atmazlar.

-Yeni media qanunu qəbul olunub. Media sahəsində bir sıra islahatlar aparılır. Bu qanundan və aparılan islahatlardan gözləntiləriniz nədir?

-Yeni qanunun yenilikləri və üstünlükləri çoxdu. Hər şey qanunun praktikada necə tətbiq olunmasından asılı olacaq. Tək bu sahənin məmurlarından asılı olmayacaq. Eyni zamanda ölkənin bütün məmur və jurnalist ordusu yeni qanunun necə işləyəcəyinə məsuliyyət daşıyacaq.

-Biz sizinlə Novruz bayramı ərəfəsində görüşdük. Fürsətdən istifadə edib sizi və kollektivizinizi bu əziz bayram münasibıətilə təbrik edirəm.

-Təşəkkür edirəm. Bayramınız mübarək olsun!

-Müsahibə üçün sağ olun.

Tural Səfərov



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ