Cümə günü, 13 noyabr 2026
     

"Azərbaycanın enerji diplomatiyasının uğurları ölkəmizin malik olduğu potensialdan səmərəli istifadəsinə əsaslanır" - Vüqar Rəhimzadə

Image


“Azərbaycan malik olduğu təbii resurslara görə daim dünyanın diqqətində və marağında  olub.  Amma reallıq budur ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizdə yaradılan sabitlik, əlverişli iqtisadi mühit ölkəmizlə əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin sayının artmasında əhəmiyyətli rol oynadı.

Ümummilli Liderin  müəllifi olduğu “Əsrin müqaviləsi” ölkəmizin  iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsində stimulverici amil rolunu oynadı. Bu müqavilədən sonra imzalanan onlarla saziş, Anlaşma memorandumları da deyilənlərin təsdiqidir. “Əsrin müqaviləsi”nin  imzalanmasından ötən 28 ilə yaxın dövrdə  ölkəmizin enerji sektorunda  qazandığı uğurların miqyasına diqqət yetirməklə Azərbaycanın regional inkişafa və dünyanın enerji təhlükəsizliyinin təmin olunmasına töhfələrinin aydın mənzərəsini  yarada bilərik. Qədim dövrlərdən  neft ölkəsi kimi tanınan Azərbaycan bu gün, eyni zamanda, beynəlxalq arenada qaz ixracatçısı kimi nüfuz qazanmaqdadır. Çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istifadəyə verilməsi ilə əməkdaşlığın regional çərçivədə inkişafının təməli qoyuldu.  Bu layihələr nəinki iştirakçı ölkələrin, həmçinin dünya dövlətlərinin  dayanıqlı iqtisadi inkişafına geniş imkanlar açdı. Təsadüfi deyil ki, artıq bu gün beynəlxalq səviyyədə çoxtərəfli əməkdaşlığın  başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin perspektivlərindən, Azərbaycanın  etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyindən geniş bəhs olunur. 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməlinin qoyulması mərasimində dövlət başçısı İlham Əliyev bu mühüm addımı görülən işlərin zirvəsi kimi dəyərləndirmişdir. Enerji layihələrinin  coğrafiyasının genişləndirilməsi, yeni-yeni layihələrin  gündəmə gətirilərək onların siyasi və iqtisadi əhəmiyyətinin beynəlxalq müzakirəyə çıxarılması  bölgədə,  dünya birliyində sabitlik və əmin-amanlığın möhkəmlənməsinə öz müsbət təsirini göstərir. İqtisadi müstəqilliyin siyasi müstəqillik üçün əsas olduğunu nəzərə alsaq, bu gün Azərbaycanın digər sahələrdə olduğu kimi, enerji  sektorunda da liderliyinin özünü qabarıq şəkildə büruzə verdiyini inamla söyləyə bilərik. Dövlət başçısı İlham Əliyevin Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü barədə səsləndirdiyi fikirlər də bugünümüzün reallıqlarına söykənir.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bu günlərdə təməlqoyma mərasimi keçirilən Qaradağ Günəş Elektrik Stansiyasının perspektivləri ilə bağlı  KİV-ə açıqlamasında bildirib.

 “Əsrin müqaviləsi” 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanmasına yol açdı, 2018-ci ildə çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin rəsmi açılışı, onun əsas seqmentlərindən olan TANAP və TAP-ın istifadəyə verilməsi kimi mühüm qlobal hadisələr enerji tariximizi daha da zənginləşdirdi” söyləyən Vüqar Rəhimzadə qeyd edib ki,  bu gün Azərbaycan neft, təbii qaz, neft məhsulları və elektrik enerjisi ixrac  edən ölkədir: “Azərbaycanda  elektrik  enerjisinin ixracı baxımından böyük potensial var. Hər bir yeni stansiyanın inşa olunması ixrac imkanlarımızı daha da genişləndirir. Atılan hər bir addım, eyni zamanda, şirkətlərin məxsus olduğu  ölkələr arasında əlaqələrin inkişafının  təqdimatıdır. Qaradağ Günəş Elektrik Stansiyasının inşasını həyata keçirəcək “Masdar” şirkəti Birləşmiş Ərəb Əmirliklərini təmsil edir. Bu ölkə ilə Azərbaycan arasında iqtisadi, siyasi və digər sahələrdə əməkdaşlıq yüksək səviyyədədir. Dövlət başçısı İlham Əliyev Bakının “Gülüstan” sarayında keçirilən təməlqoyma mərasimində ölkələrimizin bərpaolunan  enerji istehsalı  sahəsində də  əməkdaşlığa start vermələrindən məmnunluğunu bildirərək bu əminliyi ifadə etmişdir ki, yaxın gələcəkdə Qaradağda bu stansiyanın açılışını birlikdə qeyd edəcəyik. Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur  naziri Suhail  Al Mazrouel Azərbaycanın  bərpaolunan enerji planlarını  enerji siyasətinin mühüm hissəsinə çevirmək istəyini alqışlayaraq  ölkəmizin 2030-cu ilə qədər  bu sahədə quraşdırılmış güclərin  30 faizə qədər artırılması kimi mühüm məqsədləri qarşıya qoymasından məmnunluğunu ifadə etmişdir. Təbii ki, bu əməkdaşlıqda əhəmiyyətli rol oynayan amillərdən biri də ölkəmizin  investisiya cəlbediciliyini qorumasından irəli gəlir. Azərbaycan investisiya cəlb etməklə yanaşı, eyni zamanda, investisiya yatıran ölkədir. Son  18 ildən artıq dövrdə  ölkə iqtisadiyyatına 280 milyard dollara yaxın  vəsait yatırılıb. Bu rəqəm, təbii ki, Azərbaycanın bugününə və gələcəyinə inamdan irəli gəlir.”

    YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, ötən hər bir il enerji sektorunda qazanılan uğurların zənginliyi ilə diqqət çəkir: “Baxmayaraq ki, cari ilin iki ayını arxada qoymuşuq artıq indidən inamla söyləyə bilərik ki,  energetika  sahəsində  çox önəmli addımlar atılıb.  Belə ki, ötən yanvar ayında  Səudiyyə Ərəbistanını təmsil edən “ACWA Power” şirkəti ilə birlikdə  240 meqavat gücündə  Külək Elektrik Stansiyasının təməli qoyuldu. Fevral ayında  “Azərenerji” ASC tərəfindən inşa edilmiş  385 meqavat gücündə  elektrik  stansiyasının açılışı oldu. Ümumilikdə  bərpaolunan enerji  növlərinin  inkişafı hazırda ölkəmiz üçün prioritet məsələdir. Dünyanın aparıcı enerji şirkətləri  Azərbaycanla bu sahədə  əməkdaşlıq etməkdə maraqlıdırlar. Böyük potensial işğaldan azad edilmiş ərazilərdədir.”

“Rəqabət qabiliyyəti baxımından   MDB məkanında  birinci olan Azərbaycanın  iqtisadi uğurlarını təmin edən, regionda sülhün təminatı üçün səylərini artıran neft-qaz amilinin əhəmiyyəti bütün səviyyələrdə  xüsusilə vurğulanır” söyləyən Vüqar Rəhimzadə bildirib ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu  neft strategiyası Azərbaycanın  davamlı inkişafının əsasına çevrilib: “Bu fikir hər zaman önə çəkilir ki, dünyada neftlə zəngin çox ölkələr var. Amma o sərvətlər həmin ölkələrə heç də uğur gətirmir. Lakin Azərbaycanda neft strategiyasının dünya ölkələrinin təcrübəsinə əsasən işlənib hazırlanması uğurlarımızın davamlılığına stimuldur.  Neft gəlirlərinin düzgün idarə olunması əhalinin sosial müdafiəsinin təminatında əhəmiyyətli rol oynayır. Hazırda paytaxt və bölgələrdə, artıq azadlığına qovuşmuş torpaqlarımızda mühüm sosial-iqtisadi layihələr həyata keçirilir. Geniş miqyas alan bərpa və quruculuq işləri ölkəmizin öz maliyyə vəsaitləri hesabına aparılır. Dövlət başçısı İlham Əliyev qeyd olunan təməlqoyma mərasimində Azərbaycanın hazırkı dayanıqlı iqtisadi inkişafını sosial-iqtisadi göstəricilər əsasında diqqətə çatdırmışdır. Təkcə bu ilin iki ayının göstəricilərinə diqqət yetirməklə  qarşıdakı dövrün aydın mənzərəsini təqdim edə bilərik. Ümumi daxili məhsul 6,7 faiz, qeyri-neft sektoru 10,1 faiz, qeyri-neft sənaye istehsalı təxminən 21 faiz artıb. Bu rəqəmlər göstərir ki, ölkəmizdə  aparılan islahatlar, sənayeləşmə siyasəti, biznes mühitinin yaxşılaşdırılması və xarici sərmayənin cəlb edilməsi istiqamətində doğrudan da təqdirəlayiq addımlar atılır. Dövlət başçısı bu məqamı da xüsusi qeyd edir ki,  Azərbaycan dünya miqyasında xarici dövlət borcu çox aşağı səviyyədə olan  ölkələr sırasındadır.”

 YAP Xətai rayon təşkilatının sədri günümüzün uğurları sırasında yer alan bu mühüm məqamı da xüsusi qeyd edib ki, Azərbaycan hazırda dünya miqyasında   yalnız investisiya yatırılan deyil, eyni zamanda, investisiya yatıran ölkə kimi tanınır və nüfuz qazanır: “Hazırkı dövrdə prioritet məsələ  azad edilmiş torpaqlarda bərpa və quruculuq işlərini uğurla başa çatdırmaq və Böyük Qayıdışı reallaşdırmaqdır. Sonrakı mərhələdə bu ərazilərimizin malik olduğu potensialdan  səmərəli istifadə etməklə Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın dayanıqlı inkişafı üçün geniş imkanlar yaradılacaq. Qarabağımız böyük investisiyalar məkanına çevriləcək”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ