Cümə günü, 13 noyabr 2026
     

Tural Səfərov dövlət qəzetinə rəhbərlikdən sonra müstəqil media qurmaq yolu seçdi... - MÜSAHİBƏ

Image


“Çalışacağıq ki, bizim informasiya agentliyimiz Azərbaycanın dünyada səsi ola bilsin”

Azərbaycan mediasında kifayət qədər tanınmış imza sahibi, "Şərq qapısı" qəzetinin keçmiş baş redaktoru Tural Səfərov TNS adlı İnformasiya Agentliyi yaradıb. Tural Səfərovla görüşüb onlayn mediamızda yeni-yeni addımlayan TNS İnformasiya Agentliyinin qarşıya qoyduğu hədəfləri barədə danışdıq.

- Tural bəy, xoş gördük. Aktiv jurnalistikaya qayıtmısız. Əslində,  jurnalistikadan heç  getməmişdiniz də, media ilə mütəmadi əlaqəniz vardı. Amma daşıdığınız vəzifə bəlkə də Sizin tam olaraq jurnalistikanın içində olmağınıza imkan vermirdi. Bu gün Sizinlə yeni yaratdığınız TNS İnformasiya Agentliyinin rəhbəri kimi görüşürük. Siz uzun müddət qəzetçilik sahəsində çalışmısınız, "Şərq qapısı" qəzetinin baş redaktoru olmusunuz, televiziya sahəsində çalışmısız.

Sizə sayt yaratmaq, onlayn mediaya keçmək çətin olmadı ki? Bu baxımdan ki, bu sahədə həddən artıq sıxlıq var, çətinliklər az deyil, bütün bunlar Sizə hansısa bir əngəl yaratmadı ki?

- Ali məktəbdə təhsil aldığım dövrdən peşəkar jurnalistika ilə məşğul olmağa başlamışam. Sizin də qeyd etdiyiniz kimi, həm televiziya, həm də qəzetçilik sahəsində təcrübəm var. Uzun müddət Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışmışam. Komitənin Proqram-Buraxılış və Əlaqələndirmə Direksiyasının rəhbəri vəzifəsinə qədər yüksəlmişəm. Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsində işləmişəm və 6 ilə yaxın müddət ərzində də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və Nazirlər Kabinetinin rəsmi orqanı olan "Şərq qapısı" qəzetinə rəhbərlik etmişəm. Son iş yerim isə “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti olub. Cəmiyyətin mətbuat xidmətinin rəhbəri və sədrin müşaviri vəzifələrində çalışmışam.

Siz qəzetçilik fəaliyyətimi xatırlatdınız. Bildirmək istəyirəm ki, mənim onlayn media sahəsində də təcrübəm var. 2017-ci ildən 2022-ci ilə qədər müxtəlif fasilələrlə “Moderator.az” İnformasiya Agentliyinin baş redaktoru və baş redaktorun birinci müavini kimi çalışmışam. Yəni demək istəyirəm ki, onlayn media mənim üçün yad sahə deyil.

- Maraqlıdır, həyatınızın xeyli hissəsi məmurluq fəaliyyəti ilə bağlı olsa da, amma siz heç zaman jurnalistikadan qopmadınız.

- Bəli, həyatımın böyük bir dövrünü daha çox məmur kimi fəaliyyət göstərmişəm. Amma mənin həyatım həmişə jurnalistika, media ilə bağlı olub. Müstəqil media orqanı yaradıb ona rəhbərlik etmək arzularımdan biri idi.

-Niyə məhz qəzet yox, informasiya agentliyi, onlayn media?

- Düşünürəm ki, indi qəzet çıxarmaq o qədər də effektli deyil.

-Amma qəzet tarixdi, yazılanlar qalır...

-Razıyam. Qəzet tarixdir, qəzet həmişə aktualdır. Mən keçmişdə qəzet rəhbəri olduğum üçün açıq şəkildə deyə bilirəm ki, qəzet işi çətindir. Yəni indiki dövrdə, media orqanlarının bol olduğu bir vaxtda qəzet çıxarmaq və onun yayımını təşkil etmək çox çətin prosesdir. Ona görə də qəzetçilikdən daha çox onlayn mediaya üstünlük verməyi məqsədəuyğun hesab etdik.

- TNS İnformasiya Agentliyini nə vaxtdan yaratmısınız?

- Bu ilin əvvəlində yaratmışıq.

- Tanışam, maraqlı informasiyalar, araşdırma yazıları təqdim edirsiniz.

- Yeni fəaliyyətə başlamasına baxmayaraq, bizim informasiya agentliyimiz artıq informasiya mənbəyinə çevrilib. Ciddi oxunur, cəmiyyət arasında tanınır. Əlbəttə, etibar qazanmağa çalışırıq. İnformasiya agentliyini yaradanda qarşımıza konkret məqsədlər, hədəflər qoymuşuq.

- Məqsədiniz nə olub?

- Bizim informasiya agentliyimiz heç bir halda şou-biznes xəbərlərinə, bayağı, zorakılığı təbliğ edən mövzulara üstünlük verməyəcək.

- Bu gün saytlar bazara girmək və İP toplamaq üçün daha çox şou-biznes xəbərlərinə üstünlük verir, düşünürlər ki, oxucunu bu maqazin xəbərləri ilə daha çox cəlb etmək olar. Doğrudan da, maqazin xəbərlərinə tələbat var...

- Sizin fikrinizlə tamamilə razıyam. Bu gün çox təəssüflər olsun ki, bizim cəmiyyətimizin böyük bir hissəsi şou xəbərləri oxumağa daha çox üstünlük verir. Bunun bizim üçün oxucuların kütləviliyi baxımından nə qədər çətinliklər yaradacağını bilirəm. Bu kifayət qədər çətin prosesdir. Burda oxucu toplamaq, tanınmaq, bu formatda fəaliyyət göstərmək çox çətindir. Düşünürəm ki, əksər media orqanlarında təqdim olunan şou xəbərlər, eyni zamanda zorakılığı, qəddarlığı təbliğ edən informasiyalar Azərbaycan cəmiyyətini uçuruma aparır, bizim gələcəyimiz üçün çox böyük təhdiddir. Bizim informasiya agentliyi bu tipli yazıları təqdim etməməklə nəyisə dəyişməyəcək. Kifayət qədər tanınmış media orqanları belə informasiyalardan geninə-boluna istifadə edirlər. Amma bunun bir mənəvi tərəfi də var. Mənəvi cəhətdən özümüzü rahat hiss edəcəyik ki, ən azından biz bu dəyirmana su tökmürük, bu işə qoşulmuruq.

Hədəfimiz agentliyi daha ciddi media orqanı kimi təsdiq etməkdir. Ciddi xəbərlərə, analitik materiallara, müsahibələrə üstünlük veririk. Dediyim kimi, oxucu cəlb etmək baxımından bu bizim üçün o qədər də asan olmayacaq. Cəmiyyət bunu qəbul etmir, bu reallıqdır. Açıq danışaq, şou xəbərlərə daha çox baxış sayı var, nəinki ölkənin gələcəyi, taleyi ilə bağlı təqdim etdiyimiz hansısa ciddi analitik araşdırmaya.

- Tural bəy, hər bir media orqanının ortaya çıxmasında, özünü peşəkar olaraq təsdiqlənməsində kollektivin də çox böyük rolu var. İstərdim kollektiviniz haqda da danışasınız.

- Biz hələ yeni fəaliyyətə başlamışıq, say barədə hər hansı bir açıqlama vermək istəmirəm. Onu deyə bilərəm ki, kollektivimiz artıq formalaşır. Peşəkar müxbirlərimiz də, redaktorlarımız  da, texniki heyətimiz də var. Gələcəkdə bu işlərimizi daha da genişləndirmək niyyətindəyik. Dediyim kimi, hədəflərimizə çatmaq üçün çox çətinliklərdən keçməli olacağıq, amma qarşımıza qoyduğumuz hədəfə nail olacağımıza şübhəm yoxdur, buna inanıram. Qarşımıza məqsəd qoymuşuq ki, TNS İnformasiya Agentliyini Azərbaycanın sayılıb-seçilən informasiya orqanlarından birinə çevirək. Çalışacağıq ki, bizim informasiya agentliyimiz Azərbaycanın dünyada səsi ola bilsin.

- Neçə dildə informasiya yayımlayırsınız?

- Hələlik Azərbaycan dilində materiallar yayımlanır. Sizin verdiyiniz fürsətdən istifadə edib oxucularımıza demək istəyirəm ki, yaxın zamanlarda biz rus dilində də yayıma başlayacağıq. İlin sonuna qədər isə ingilis dilində də yayım həyata keçirməyi hədəfləmişik.

-Belə başa düşdüm ki, əsas hədəfiniz beynəlxalq axına qoşulmaqdır.

- Bəli, məqsədimiz Azərbaycanı beynəlxalq səviyyədə doğru-düzgün təbliğ etməkdir.

- İnformasiya agentliyinin adını niyə TNS qoymusunuz? Bunun xüsusi mənası var, yoxsa yox?

- Tru Nyus Servis-Doğru Xəbər Xidməti.

- Adı ingiliscədi?

- Bəli. Bizim hədəfimiz Azərbaycanın beynəlxalq aləmdə təbliğinə yönəldiyi üçün bu cür ad seçdik. Amma onun başqa açıqlamaları da var. Hazırda o barədə danışmaq istəmirəm. İnformasiya agentliyimiz tam özünü doğruldandan, hədəflərimizə çatandan sonra biz TNS sözünün digər alt mənalarını da oxucularımıza çatdıracağıq.

- Sizin televiziya sahəsindəki təcrübənizi nəzərə alaraq soruşmaq istəyirəm ki, nə üçün internet televiziyası açmağa meyl etmədiniz? TNS sözü daha çox televiziya adına uyğun gəlir.

- Gələcək hədəflərimiz sırasında, əlbəttə ki, internet televiziyası yaratmaq da var. Amma ilkin olaraq biz informasiya agentliyi kimi fəaliyyətə başlamağı məqsədəuyğun hesab etdik. Əgər bu layihəmiz özünü doğrultsa, biz cəmiyyətdə etibar olunan informasiya orqanına çevrilə bilsək, o zaman internet televiziyası məsələsinə də baxılacaq.

- Bir də qayıdaq o məsələyə ki, cəmiyyətin hansı hissəsinin informasiya tələbatını ödəməyi hədəfləmisiniz.

- Bunu yenə də qeyd etmək istəyirəm, biz İP dalınca qaçmayacağıq. Məqsədimiz çox oxucu toplamaq deyil, sanballı oxucuya sahib olmaqdır. Yəni bizi 100 min oxucu deyil, 20 min oxusun, amma biz bilək ki, hədəfə istiqamətlənmişik, hədəfə xitab edə bilmişik. Sözün əsl mənasında bizi  bu ölkənin, cəmiyyətin gələcəyini düşünən adamlar oxuyurlar. Bunun daha çox effekti ola biləcəyi qənaətindəyik.

- TNS barədə ilkin rəylər necədir?

- Qısa zaman ərzində fəaliyyət göstərməyimizə baxmayaraq, informasiya orqanımız artıq tanınır, istinad mənbəyinə çevirilib, ölkənin tanınmış simaları, millət vəkilləri, partiya sədrləri bizimlə əməkdaşlıq etməyə başlayıblar. Adətən, yeni yaranmış informasiya orqanlarına nüfuzlu adamlar müsahibə, açıqlama verməkdə o qədər də maraqlı deyillər. Hətta adını çəkmək istəmirəm, bir millət vəkilimiz mənə şəxsən söhbətimiz zamanı dedi ki, mən yenicə fəaliyyətə başlayan, çoxlarının tanımadığı TNS İnformasiya Agentliyinə deyil, Tural Səfərova müsahibə verirəm. Yəni bizim bu saytı yaradıb başında dayanmağımız dostlarımızın da bizimlə əməkdaşlıq etməsinə stimul verir. Ona görə də, düşünürəm ki, yaxın gələcəkdə biz daha geniş, maraqlı layihələrlə çıxış edə biləcəyik. Bizim yeni layihələrimiz var. Düzdür, bunlar ciddi layihələrdir. Bəlkə də bir o qədər oxucu cəlb etməyən layihələrdir. Hədəfimiz cəmiyyətimizi maarifləndirməkdir. Əsas işimiz maarifçilikdir, bu ölkənin gələcəyi naminə xidmətdir. Biz bu informasiya agentliyi vasitəsilə milli dəyərlərimizin qorunmasına çalışırıq, istəyirik ki, Azərbaycanın milli dəyərlərini, tarixini, mədəniyyətini, folklorunu təbliğ edək, unudulmuş dəyərlərimizin təbliğatçısına çevirilək.

- Yəni keçmişlə gələcəyin arasında bir körpü rolunu oynamaq istəyirsiniz...

- Bəli.

- Sizin hədəflərinizdən biri milli kökə, gələnəklərə, tariximizə, milli məfkurəmizə bağlı insanlara xitab etmək, başqa bir istiqamətdə isə beynəlxalq aləmdə Azərbaycanın səsinə çevrilməkdir. 44 günlük müharibədə Azərbaycan mediasının, informasiya agentliklərinin, saytların beynəlxalq aləmdə ermənilərə qarşı apardığı informasiya savaşının səviyyəsi sizi qane etdimi? Bu sualı niyə verdim. Çünki əksər mütəxəssislərə görə, Vətən müharibəsində beynəlxalq informasiya savaşında Prezident İlham Əliyev təkbaşına mübarizə apardı. Bu fikrə münasibətiniz necədi?

-  Düşünürəm ki, 44 günlük müharibədə bizim informasiya orqanlarımız Azərbaycan həqiqətlərini olduğu kimi dünya ictimaiyyətinə çatdıra bilmədi. Bu mənim şəxsi qənaətimdir.

- Buna nə mane olurdu?

- Təəssüf ki, bizim hələ də xarici dillərdə yayımlanan informasiya orqanlarımız çox azdır. Bizim bir neçə ciddi informasiya orqanımızı çıxmaq şərtilə ölkəmizdə üzdə olduğu deyilən informasiya agentliklərinin, xəbər saytlarının heç birinin beynəlxalq aləmdə fəaliyyət göstərən informasiya qurumları ilə əməkdaşlığı yoxdur. Bu da, əlbəttə ki, proseslərə mənfi təsirini göstərir. Beynəlxalq media platformaları ilə əməkdaşlıq əlaqələrinin qurulması üçün isə gərək müxtəlif xarici dillərdə yayımlamaq imkanımız ola.

Düşünürəm ki, dövlətimiz informasiya agentliklərinə beynəxalq aləmə çıxış üçün, müxtəlif dillərdə xəbər yayımaq məqsədilə dəstək olmalıdır. Bu dəstək olmasa, müxtəlif xarici dillərdə yayımlamaq mümkün deyil. Buradan bir çağırış etmək istəyirəm ki, mütləq bizim ciddi informasiya orqanlarımız dəstəklənməlidir.

Əgər cənab Prezidentin beynəlxaq media orqanlarına, dünyanın nüfuzlu televiziyalarına, qəzetlərinə, informasiya agentliklərinə müsahibələri olmasaydı, biz informasiya müharibəsində və mübarizəsində erməni təbliğatına uduzacaqdıq. Bizim 44 günlük Vətən müharibəsində Qələbəmizi təmin edən hərbi uğurlarımızla yanaşı, informasiya savaşındakı nailiyyətlərimiz idi. Bunun tək müəllifi Azərbaycan Respublikasın Prezidenti cənab İlham Əliyevdir.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ