Cümə günü, 13 noyabr 2026
     

Azərbaycanla sülh Ermənistanın dalandan yeganə çıxış yolu kimi...

Image


Postmünaqişə dövründə Azərbaycanın sülh planlarını qəbul etməyən Ermənistan elə bu fonda sosial-iqtisadi tənəzzülünün yeni mərhələsini yaşayır. Bunu şərtləndirən səbəb Ermənistanın xaricdən, o cümlədən Rusiyadan asılılıq səviyyəsinin yüksək olmasıdır. Getdikcə şiddətlənən Rusiya-Ukrayna savaşı bu mənada Ermənistan üçün də ciddi problem yaradıb.

Bununla bağlı Ermənistanın “Hayeli” nəşri yazır ki, Rusiyadan Ermənistana həm ixrac, həm də pul köçürmələri azalmağa başlayıb. Bu da ölkə üçün ciddi problemdir: “2018, 2019, 2020 və 2021-ci illərdə fiziki şəxslərin Rusiyadan Ermənistana göndərdiyi pul köçürmələrinin orta illik məbləği 850 milyon dollar təşkil edib. Amma Ukraynadakı müharibə səbəbindən bu il Rusiyadan Ermənistana pul köçürmələri 50% azala bilər. Ermənistanın Rusiya ilə iqtisadi əlaqələri həm idxal, həm də ixrac baxımından çox yaxın və müxtəlifdir. 2021-ci ildə Ermənistandan Rusiyaya ixracın həcmi 800 milyon dollar təşkil edib. Ukrayna müharibəsi başlayandan sonra bu qısa müddət ərzində bir çox erməni ixracatçıları Rusiya rublunun dəyərdən düşməsinə görə itki veriblər. Hazırda Ermənistanda Rusiyaya idxal üçün ciddi logistik problemlər mövcuddur”. Bu vəziyyətdən çıxış yolu kimi isə Ermənistanın Azərbaycan və Türkiyə kimi qonşuları ilə münasibətlərini normallaşdırması vacib hesab edilir. Elə Ankara Hacı Bayram Vəli Universitetinin professoru Kürşad Zorlu da məsələyə bu prizmadan yanaşır: “Xarici işlər naziri Ararat Mirzoyanın Antalya Diplomatiya Forumunda iştirakı 2008-ci ildən bəri Ermənistandan Türkiyəyə edilən ilk yüksək səviyyəli səfər idi. Mirzoyan Türkiyə ilə münasibətlərin normallaşmasını, sərhədlərin açılmasını və diplomatik münasibətlərin yenidən qurulmasını istədiklərini qeyd etdi. O, eyni zamanda, aparılan araşdırmaların, sorğuların nəticələrinin də bu istiqamətdə olduğunu bildirdi. Lakin Türkiyənin Ermənistanla münasibətlərinin normallaşması həm də İrəvan və Bakı arasında yekun sülh müqaviləsinin imzalanmasına gedən proseslərin inkişaf istiqamətindən asılıdır. Yalnız Qarabağdakı separatçı ünsürlərin tamamilə çıxarılması və Zəngəzur dəhlizinin açılması bölgədə dayanıqlı sülh və sabitlik mühitinin formalaşmasına imkan yarada bilər”. Ekspert “axar.az”a açıqlamasında Rusiyaya qarşı sanksiyaların Ermənistana da öz təsirini göstərməyə başladığını bildirib: “Qərbin Rusiyaya qarşı sanksiyaları onun iqtisadiyyatı ilə bağlı olan digər ölkələrə də öz təsirini göstərəcək. Bunlardan biri də Ermənistandır. Ermənistan eyni zamanda Rusiyanın lider olduğu Avrasiya İqtisadi İttifaqının üzvüdür. Erməni dramı son günlərdə ABŞ dolları qarşısında 10 faizə yaxın dəyər itirib. Ölkə qida təminatı məsələsində Rusiyaya bağlıdır. Belə ki, Ermənistan ölkədə istehlak olunan taxılın 70 faizini xaricdən idxal edir ki, bunun da 99 faizi Rusiyadan alınır. Rusiya bir neçə gün əvvəl Avrasiya İqtisadi İttifaqı ölkələrinə taxılın ixracını dayandırdı. Sözügedən şərtlər və Xankəndidəki separatçıların vəziyyəti də Ermənistanı daha çətin problemlərlə üzləşdirəcək. Artıq oradakı erməni əhalisinin sayı azalır. Üstəlik, beş illik müddət bitdikdən sonra Laçın dəhlizi ancaq Zəngəzur dəhlizi açıq olarsa yaşamaq hüququ qazanacaq. Digər tərəfdən, Ukrayna müharibəsinin başlaması və Rusiyanın enerji sektoruna sanksiyalar Azərbaycanın imkanlarını genişləndirə bilər. Burada rəsmi İrəvan iki əsas məqamı diqqətdən qaçırmamalıdır: Birincisi iqtisadi problemlərin dərinləşməsi, ikincisi də yeni enerji və nəqliyyat xətlərinin önə çıxmasıdır. Hər iki halda da bölgənin bütün imkanlarından istifadə məsələsi kritik şəkildə gündəmə gələcək. Dolayısı ilə Ermənistan hökuməti Türkiyə və Azərbaycanla münasibətlərin normallaşması prosesini baltalamaqdan və sərhəddə, həm də Qarabağda təxribat törətməkdən əl çəkməsə, iqtisadi baxımdan ağır sınaqla üzləşəcək”.

Rusiyanın “Nezavisimaya qazeta” mətbu orqanı isə yazır ki, əslində, Kremlin bundan sonra da Moskvaya münasibəti sərt olacaq, iqtisadi bağlar daha da zəifləyəcək. Çünki Ermənistan indiki çətin durumda Rusiyaya xəyanət edir: “Rusiyanın Qərb ölkələrinin sanksiya zərbələrinə müqavimət göstərdiyi bir vaxtda onun ənənəvi tərəfdaşlarından biri olan Ermənistan Qərblə münasibətlər qurmağa can atır. KTMT üzvü olan Ermənistan lideri bu strukturun aparıcı qüvvəsi olan Rusiyaya zərbə endirmək üçün Ukraynaya silah ötürən Fransaya gedib. Fransada Paşinyanı xarici işlər naziri Ararat Mirzoyan, səhiyyə naziri Anahit Avanesyan, ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyandan ibarət heyranedici nümayəndə heyəti müşayiət edib. İki ölkə hökumətlərinin nümayəndələri müxtəlif sahələrdə əməkdaşlığın inkişafı və genişləndirilməsi məsələlərini müzakirə ediblər. Yəni Ermənistanla Fransa arasında yaxınlaşma istəyi var, bu da təəccüblü deyil, çünki həmin Qərbi Avropa ölkəsində kifayət qədər böyük, 500 minə yaxın erməni diasporu var. Paşinyanın Rusiyaya münasibəti əvvəldən Kremldə narahatlıq doğurmuşdu, o lap əvvəldən qərbyönlü siyasətçi hesab olunurdu, geosiyasi nəticələrdən qorxaraq Rusiya ilə münasibətləri saxlamalı idi. Paşinyan indiki vəzifəsinə gələnə qədər özünə çoxlu “azadlıqlar” verib. Məsələn, 2013-cü ildə deputat kimi o, Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyünün əleyhinə səs verib və bəyan edib ki, həmin təşkilata üzvlük Ermənistanın suverenliyini poza bilər, milli təhlükəsizlik maraqlarına uyğun deyil. 2016-cı ildə o, Qafqazda birgə regional hava hücumundan müdafiə sisteminin yaradılmasına dair Rusiya-Ermənistan sazişinin əleyhinə səs verib. O deyirdi ki, Ermənistan öz sistemini yaratmalıdır: “Rusiya Ermənistanın təhlükəsizliyinin real təminatçısı sayıla bilməz. Rusiya ilə belə bir razılaşma yalnız təhlükəsizliyin gücləndirilməsi illüziyası yaradır”. Paşinyanın 2018-ci il inqilabının Moskvaya qarşı yönəlmədiyi, Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxmasına çalışmadığı barədə sonrakı açıqlamaları Moskvanı heç bir şəkildə sakitləşdirməyib. Paşinyan qeyd edib ki, Ermənistan hökuməti Fransa biznesinin Ermənistan bazarında təmsilçiliyinin genişləndirilməsində maraqlıdır. Makron, öz növbəsində, Fransanın Ermənistanla iqtisadi və humanitar sahədə əlaqələrin dərinləşdirilməsinə hazır olduğunu və maraqlı olduğunu vurğulayıb. Rusiyanın diplomatik-iqtisadi qüvvələrinin sanksiyalara qarşı durmağa yönəldiyi bir vaxtda Paşinyan növbəti dəfə Kremllə Qərb arasında manevr etməyə çalışır. Üstəlik, iki kresloda oturmaq istəyi artıq Ermənistana mənfi təsir göstərib və indiki əsəbi geosiyasi vəziyyətdə bu, Ermənistanın xarici siyasəti üçün fəlakətli ola bilər, çünki Kreml müttəfiqinin Qərb nümayəndələri ilə ayrı-ayrılıqda təmaslarına imkan verməyəcək”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ