Cümə günü, 13 noyabr 2026
     

Putin müharibə canisi kimi tribunala verilir, bəs öz zamanında köçəryanlar, sarkisyanlar niyə verilmədi...

Image


Beynəlxalq aləmdə Azərbaycana qarşı davam edən ayrıseçkilik bizim həqiqətimizin dünyaya yayılmasına ciddi əngəllər törədib. Beynəlxalq təşkilatlar, lap elə beynəlxalq statuslu məhkəmələr Azərbaycanın şikayətləri ilə bağlı ədalətli qərarlar verməyə qətiyyən tələsmirlər.

Ermənistanın Azərbaycana təcavüzünə, bu ölkənin keçmiş və indiki rəhbərliyinin insanlıq əleyhinə müharibə  cinayətləri törətməsinə baxmayaraq, hələ də müharibə canilərini cəzalandırmayıb. Amma həmin beynəlxalq təşkilatlar, beynəlxalq məhkəmə Ukrayna-Rusiya müharibəsinə dərhal reaksiya verdilər. Artıq BMT-nin Beynəlxalq Məhkəməsi - Haaqa Məhkəməsi Rusiya ilə bağlı tədqiqat aparır, eyni zamanda Rusiya qarşısına konkret tələblər qoyur və sair. Hətta Putinin özünə qarşı da bu məhkəmədə hökm veriləcəyi deyilir. Artıq bu barədə fikirlər də söylənilir. ABŞ prezidenti Co Baydenin və İngiltərənin baş naziri Boris Consonun səsləndirdiyi fikirlər bunu düşünməyə imkan verir.

Bəs Azərbaycana qarşı müharibə cinayətləri törətmiş Köçəryan, Sarkisyan və başqaları nə üçün Haaqa Tribunalında məhşər ayağına çəkilmir? Biz Sarkisyana, Köçəryana və başqa müharibə canilərinə Haaqa tribunalı tərəfindən hərbi cani kimi yanaşılmasını nə zaman görəcəyik? Gerçək canilər göz qabağındadır, onların cəzalandırılması vacibdən vacibdir. Biz onda görərik ki, Haaqa məhkəməsi ədalət naminə fəaliyyət göstərir.

  • “Haaqa məhkəməsi, nəhayət ki, Azərbaycan xalqına qarşı müharibə cinayətləri törədənləri məşhər ayağına çəkməlidir”

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağının  “Bakı-Xəbər”ə  şərhində bildirdiyinə görə, bu yanaşma bir daha göstərir ki, dünyada haqq-ədalət yoxdur. “Bu qərarlar siyasi motivlərlə qəbul olunur. Rusiyaya qarşı Qərbin xüsusi planları var. Bu planları həyata keçirməyə çalışırlar. Təbii, Rusiya Ukraynaya qarşı işğal faktı törədib, dəhşətli hadisələr baş verib. Yüz minlərlə insan bu işğal  faktının qurbanı olub. Şübhəsiz, Rusiya ittiham olunmalıdır. Beynəlxalq məhkəmədə də, digər səviyyələrdə də Rusiya cəzalandırılmalıdır. Bu öz yerində. Amma bizə gələndə, biz dəfələrlə ədalətsizliyin şahidi olmuşuq. Hətta Rusiyanın Gürcüstana qarşı təcavüzü zamanı, Abxaziya və Osetiya məsələsinə görə dünya Rusiyanı qınadı, müəyyən sanksiyalar tətbiq etdilər. Eyni zamanda digər istiqamətlərdə biz bunu görmüşük. Amma Ermənistana qarşı bu mövqenin şahidi olmamışıq. Birinci növbədə Ermənistana, Köçəryana, Sarkisyana və digərilərinə qarşı Haaqa Məhkəməsində qərarlar qəbul olunmalı idi. Beynəlxalq məhkəmələrdə, insan haqları məhkəməsində onların insanlıq əleyhinə törətdikləri cinayətlərlə bağlı məsələ qaldırılmalı idi. Azərbaycan tərəfi dəfələrlə bu istiqamətdə təşəbbüslər edib. Fakt ortadadır ki, Azərbaycana qarşı törədilən həm işğal faktına, həm Xocalı cinayətlərinə, həm də dinc azərbaycanlıların kütləvi qətliamına görə Köçəryan da, Sərkisyan da, başqaları da birbaşa məsuliyyət daşıyır. Bu, göz qabağında baş verən cinayətdir. Beynəlxalq məhkəmələr  müharibə caniləri Köçəryanın, Sarkisyanın hərbi cinayətlərinə göz yumurlar. Çox təəssüflər olsun ki, Ermənistana fərqli yanaşırlar. Bu ilk növbədə xristianlıq amili, həmrəyliyi ilə bağlıdır. Eyni zamanda onlar Ermənistan üzərindən regiondakı maraqlarını təmin edə bilirlər. Bu səbəbə görə də Ermənistanın cinayətlərinin üstündən sükutla keçirlər”.

A.Nağının sözlərinə görə, ona görə də onlar Ermənistana qarşı mövqe sərgiləmir. Məsələnin kökündə bu amilin dayandığını deyən QAT sədri qeyd etdi ki, onlar Ermənistanı bölgədə onların maraqlarına xidmət edən qüvvə kimi saxlayırlar. “Buna başqa cür yanaşmaq olmaz. Ona görə də bizim şikayətlərimizə bu şəkildə yanaşırlar. Hesab edirəm ki, Köçəryanın, Sarkisyanın, Ohanyanın cinayət məsuliyyətinə cəlb edilməsi, onlara Haaqa tribunalının qurulmasına nail olmalıyıq. Yorulmadan müraciətlər edilməli, faktlar, sübutlar göndərilməlidir. Azərbaycanın bu məsələdə mövqeyi reallığı qiymətləndirən bir mövqe olmalııdr. Bugünkü mövqe də ondan ibarətdir ki, nə qədər imkan var, onların cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı beynəlxalq məhkəmədə cinayət işi qaldırılmalıdır. Bütün bunlar davamlı şəkildə beynəlxalq birliyin diqqətinə çatdırılmalıdır.

Fikrimcə, Haaqa Məhkəməsi, nəhayət ki, Azərbaycan xalqına qarşı müharibə cinayətləri törədənləri məhşər ayağına çəkməlidir. Biz bu istiqamətdə işlərimizi gücləndirməliyik”- deyə A.Nağı qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ