Cümə günü, 13 noyabr 2026
     

Azərbaycan səfiri İtaliya mətbuatına: Ermənistan konstruktiv mövqe tutmalıdır

Image


İtaliyanın aparıcı mətbuat orqanlarından olan L’Opinione qəzetində Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin jurnalist Domeniko Letiziaya müsahibəsi dərc olunub.

“Azərbaycan səfiri: Gələcək yaxşı qonşuluqdadır” başlığı ilə dərc olunmuş müsahibənin əvvəlində italyan jurnalist Azərbaycanın son günlər yenidən İtaliya media məkanının xüsusi diqqətində olduğunu, bunun da əsas etibarilə ölkəmizin zəngin karbohidrogen ehtiyatlarına malik olmasından, Avropa, xüsusilə də İtaliya üçün etibarlı neft və qaz təchizatçısı olmasından, Azərbaycanı İtaliya və Avropa institularına hər zaman yaxın edən geosiyasi dinamikalardan qaynaqlandığını deyib və əlavə edib ki, 2021-ci ildə Azərbaycan İtaliyanın xam neft təchizatında birinci, habelə TAP boru kəməri sayəsində isə təbii qaz təchizatında üçüncü yeri tutub. Ermənistanla Azərbaycan arasında münaqişənin bitməsinə baxmayaraq, son günlər iki ölkə arasında yeni insidentlərin müşahidə olunduğunu deyən jurnalist Qafqaz regionundakı hazırkı reallıqların düzgün şəkildə qiymətləndirilməsinin, bu bölgədə davamlı sülh və sabitliyin təmin edilməsi üçün göstərilən səylərə xələl gətirə biləcək hər hansı hərəkətlərdən çəkinməyin vacibliyini bildirib və bunun Aralıq dənizi bölgəsi üçün də əhəmiyyətini anlamağın və İtaliyanın iqtisadi dinamikası üçün də son dərəcə vacib olduğunu vurğulayıb. D.Letizia bölgədəki son proseslər, xüsusən də Azərbaycan və Ermənistan arasında baş verənlərə aydınlıq gətirmək üçün Azərbaycanın İtaliyadakı səfirindən müsahibə götürdüyünü qeyd edib.

Jurnalisitin son günlər Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında insidentlərin hansı səbəbdən baş verdiyi sualına cavab olaraq M.Əhmədzadə bildirib ki, baş verənlər Ermənistan tərəfinin törətdiyi təxribatlardan qaynaqlanır və belə təxribatlar həm Ermənistanla Azərbaycan dövlət sərhədində, həm də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində müşahidə olunur. Ermənistan tərəfinin dövlət sərhəddəki təxribatlardan delimitasiya məsələsində irəli sürmək istədiyi ilkin şərtləri əsaslandırmaq üçün istifadə etdiyini deyən diplomat iki dövlət arasında sərhədlərin delimitasiyası prosesində Azərbaycanın mövqeyinin aydın olduğunu söyləyib. “Delimitasiya və demarkasiya məsələsi Ermənistan-Azərbaycan komissiyası çərçivəsində həll edilməlidir və bu komissiyanın işə başlaması üçün ilkin şərtlər qəbuledilməzdir. Bu proses beynəlxalq hüquqa və beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət əsasında aparılmalıdır. Ermənistan bu məsələdə ciddi irəliləyiş əldə etmək istəyirsə, heç bir ilkin şərt qoymamalı, beynəlxalq hüquqa əsaslanan konstruktiv mövqe tutmalıdır”, deyə diplomat vurğulayıb.

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində baş vermiş insidentlərə gəldikdə isə M.Əhmədzadə bunun Ermənistan tərəfindən üçtərəfli bəyanatın şərtlərinin davamlı şəkildə pozulması ilə əlaqəli olduğunu deyib. “9/10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanata əsasən, Rusiya sülhməramlılarının yerləşdirilməsinə paralel olaraq Ermənistan ordusu Azərbaycanın həmin ərazilərindən çıxarılmalıdır. Əslində isə baş verən odur ki, Ermənistan ordusu nəinki əraziləri tam tərk etməyib, hətta həmin ərazilərdə Ermənistan ordusunun mövqelərini möhkəmləndirmək üçün vaxtaşırı olaraq istehkamların tikintisinin aparıldığı da müşahidə olunur. Bunun Azərbaycan ərazisində baş verməsi yolverilməzdir və biz dəfələrlə erməni tərəfinə xəbərdarlıq etmişik. Lakin buna cavab olaraq Ermənistan ordusu tərəfindən təxribatlar törədilir və belə olan təqdirdə Azərbaycan silahlı qüvvələri tərəfindən də adekvat cavab verilir. Dəfələrlə qeyd olunduğu kimi, Azərbaycan ordusu ölkəmizin ərazi bütövlüyünə və əhalinin təhlükəsizliyinə hər hansı mümkün təhlükəni dərhal dəf edəcək”, deyə diplomat vurğulayıb.

Avropa Parlamentinin 10 mart 2022-ci il tarixli məlum qətnaməsi ilə əlaqədar jurnalistin sualına münasibətdə diplomat Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sözügedən qərəzli qətnaməyə dair bəyanat qəbul etdiyini bildirib və fikirlərində geniş şəkildə həmin bəyanatdakı məqamlara istinad edib.

Jurnalistin Azərbaycanın Ermənistanla necə bir gələcək təsəvvür etdiyi sualına cavab olaraq M.Əhmədzadə bunun Azərbaycanın digər qonşularına münasibətdə yürütdüyü və hamının faydalandığı dinc yanaşı yaşama və mehriban qonşuluq siyasəti olduğunu qeyd edib. M.Əhmədzadə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində ölkəmiz tərəfindən atılan addımlara, Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olmağımıza dair ən yüksək səviyyədə edilən bəyanatlara baxmayaraq, ötən müddət ərzində Ermənistan tərəfindən buna heç bir cavab verilmədiyini bildirib. Növbəti addım kimi bir neçə gün öncə iki dövlət arasında münasibətlərin yaradılması üçün baza prinsiplərinə dair Azərbaycanın təkliflərinin vasitəçilər tərəfindən Ermənistana təqdim edildiyini, həmin təkliflərin iki dövlət arasında münasibətlərin normallaşması üçün beş baza prinsiplərini əks etdirdiyini vurğulayıb və həmin prinsipləri sadalayıb. İki dövlətin məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra biləcəyini deyən diplomat münasibətlərin normallaşması prosesinə başlanması üçün bu təklifə Ermənistan tərəfindən konkret cavab verməsini gözlədiyimizi, bu prosesdən Ermənistanın faydalanacağını bildirib.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ