Cümə günü, 13 noyabr 2026
     

Azərbaycan-Ermənistan sülh müqaviləsi üçün Qərb də aktiv fəaliyyətə keçdi

Image


Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması, Cənubi Qafqazda sülhün bərqərar olması indi Qərbin də xüsusi maraq dairəsində yer alır. Hər halda bunu Qərb ölkələrinin Azərbaycan rəhbəri ilə son telefon danışıqları da sübut edir.

Qeyd edək ki, bu günlərdə Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Söhbət zamanı Cənubi Qafqaz regionunda postmünaqişə dövrünə aid məsələlər, o cümlədən Ermənistanla Azərbaycan arasında normallaşma prosesi barədə fikir mübadiləsi aparılıb. Bundan əvvəl isə martın 14-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan dövlət başçısına zəng edib. Yenə də söhbət zamanı Cənubi Qafqazda postmünaqişə dövrü, Ermənistanla Azərbaycan arasında təmaslar və normallaşma prosesi, o cümlədən kommunikasiyaların açılması və sərhədlərin delimitasiyası məsələləri müzakirə edilib. Şarl Mişel qeyd edib ki, Avropa İttifaqı Cənubi Qafqazda sabitliyi, sülhü və çiçəklənməni dəstəkləməkdə davam edəcək. Maraqlıdır ki, Bakıdan İrəvana göndərilən beş bəndlik sülh danışıqları təklifi müzakirə edilərkən Qərb Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasının tezləşməsini istəyir. Bu mənada istisna deyil ki, Cənubi Qafqazda sülh istəyən Qərb, xüsusən də Avropa İttifaqı sözügedən təkliflərin qəbulu yönündə Ermənistana təsir edəcək. Məhz bu halda regionda davamlı sülhün mövcudluğu üçün lazımı şərtlər daha tez formalaşa bilər. Avropa İttifaqı “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində sabit, təhlükəsiz və çiçəklənən Cənubi Qafqazın olmasında maraqlı olduğunu hər zaman bəyan edir. Azərbaycan Avropa İttifaqının bu yanaşmasını təqdir edir, bu qurumun ölkəmizlə Ermənistan arasında vasitəçilik niyyətini alqışlayır. Avropa İttifaqı hesab edir ki, sərhədlərin müəyyən edilməsi, kommunikasiya xətlərinin bərpası, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 2020-ci il noyabrın 10-da, 2021-ci il yanvarın 11-də və noyabrın 26-da imzalanmış üçtərəfli bəyanatlardan irəli gələn şərtlərin icrası regionda təhlükəsizlik və sabitliyin təmin olunmasında böyük önəm kəsb edir. Bu, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının tezləşməsi baxımından da olduqca mühümdür. Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması, sülh müqaviləsinin imzalanmasının tezləşməsi istiqamətində Avropa İttifaqının qarşıdakı dövr ərzində daha fəal siyasət yürüdəcəyi şübhə doğurmur. Bu, Avropa İttifaqının regional maraqları baxımından da zəruri əhəmiyyət kəsb edir. Avropa İttifaqı sabit, dinamik inkişaf tempinə malik Cənubi Qafqaz regionunun olmasında maraqlıdır və bu istiqamətdə fəaliyyətini Azərbaycanla uzlaşdırır. Avropa İttifaqı ilə yanaşı, üçtərəfli bəyanatların icrasında indi Rusiya da maraqlıdır. Bu məsələ Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığında da xüsusi diqqət mərkəzində olub. Məlumata əsasən, söhbət zamanı Qarabağdakı vəziyyət müzakirə edilib, 9 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların icrasına toxunulub.

Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Aqnessa Xamoyan iddia edir ki, əslində Ermənistanın yaranmış vəziyyətdə üçtərəfli bəyanatların şərtlərini yerinə yetirməkdən başqa çıxış yolu yoxdur: “Ermənistanın hazırkı hakimiyyəti Qarabağ məsələsindən çoxdan, yəqin ki, hələ 2020-ci il noyabrın 10-dan əvvəl imtina edib”. Onun sözlərinə görə, Ermənistan xarici işlər naziri elə buna müvafiq olaraq Azərbaycanın təqdim etdiyi bəndləri və onların məzmununu təsdiqləyib: “Ermənistan hakimiyyəti bizim üçün vacib, əsas təməl prinsip olan “öz müqəddəratını təyinetmə hüququ”ndan danışmır. Bundan başqa, məlum olur ki, hakimiyyət müvafiq prosesə başlamaq təklifi ilə ATƏT-in Minsk Qrupuna müraciət edib. Bu, ən azından o deməkdir ki, hazırkı hakimiyyət üçün bu beş bəndin məzmunu danışıqlarda müzakirə oluna bilər”. Erməni deputat vurğulayıb ki, Ermənistan hakimiyyəti Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq Qarabağdan imtina edir. Ermənistanın “Alternativ Layihələr Qrupu”nun üzvü Vahe Hovhannisyan isə qeyd edir ki, Bakı ağıllı gedişlər edir: “İndi dünyanın kəskin müharibə mərhələsində olduğu bir vaxtda Azərbaycan və Türkiyə Ermənistana sülh təklif edir. Bu, ciddi həyəcan üçün səbəbdir. Qarabağdakı gərginlik fonunda Azərbaycan Ermənistanla sülh sazişinin 5 prinsipini açıqlayıb. Türkiyə Ərdoğanın, Çavuşoğlunun dili ilə Ermənistanı intensiv şəkildə Azərbaycandakı şərtləri qəbul etməyə çağırır. Çağırış o qədər güclüdür ki, bu, artıq sülhə məcburetmə məsələsidir. Azərbaycanın tərtib etdiyi 5 bənd kifayət qədər savadlı, başadüşülən və beynəlxalq hüquq və ictimaiyyət baxımından məqbuldur. Bu isə bizim əks tədbirlərimizi daha da çətinləşdirəcək. Azərbaycan deyir ki, mən sülh əli uzadıram, Ermənistan qəbul etsə, bizim bölgəmizdə sülh olar. Eyni zamanda Türkiyə xəbərdarlıq edir ki, Ermənistan-Azərbaycan sülh danışıqlarında üçüncü tərəfə, yəni Rusiya və Minsk Qrupuna ehtiyac yoxdur. Bu arada Azərbaycan İranla ciddi sazişlər bağlayır, açıq-aydın ciddi kölgə razılaşmaları əldə edib. Ermənistan XİN bildirir ki, Ermənistan Azərbaycanın şərtlərinə cavab verib və danışıqların təşkili xahişi ilə Minsk Qrupuna müraciət edib. Minsk Qrupunun belə mandatı yoxdur, bizim Xarici İşlər Nazirliyi bunu çox gözəl bilir. Bu, kiçik bir addımdır, Azərbaycan və Türkiyədən hansı cavabı alacağı isə hələ bəlli deyil”.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ