Cümə günü, 13 noyabr 2026
     

Ermənistanın Qarabağda növbəti fiaskosu – bölgədən yeni köç dalğası başlayır...

Image


Son günlər Qarabağda vəziyyətin gərginləşməsi haqda xəbərlər yenidən xüsusi diqqət mərkəzində yer alır. Bu arada bəlli olub ki, Ermənistan baş naziri Nikol Paşinyan ABŞ dövlət katibi Entoni Blinken və Kanada hökumət başçısı Castin Trüdoya zəng edərək bu məsələni müzakirə edib.

Bunlar o vaxta təsadüf edir ki, Azərbaycan Ermənistana beş maddəlik sülh təklifi verib. İrəvan isə Bakıya cavabında sülh danışıqları üçün Minsk Qrupuna müraciət etdiyini bildirdi. Buna paralel olaraq da erməni tərəfi Rusiya sülhməramlılarının nəzarət etdiyi Azərbaycan ərazilərində atəşkəsi pozmaqda davam edir.

Erməni mediası isə bildirir ki, hadisələrin bu səpkidə inkişafı Qarabağ ermənilərinin özünün sonunu gətirə bilər. Ermənistanın “Hayeli.am” nəşri bu xüsusda yazır: “Azərbaycanlı hakerlər bu günlərdə Qarabağdakı qurumun “parlament”inin “Facebook” səhifəsini sındıraraq orada Azərbaycan bayrağını yerləşdiriblər. Azərbaycanlı hakerlər yazı yerləşdirib, Əsgəranda yaşayan bütün erməniləri 168 saat ərzində Əsgəranı tərk etməyə çağırıblar. Ümumiyyətlə, Qarabağdan gələn xəbərlər çox narahatedicidir. Son günlər Pirlər, Fərrux və Xanabad kəndləri istiqamətində atəşkəs rejimi pozulmaqda davam edir. Qarabağ ətrafında gedən proseslər getdikcə daha təhlükəli həddə çatır. Bu gedişlə Azərbaycanın fəaliyyətləri daha təhlükəli xarakter ala, hərbi əməliyyatlara çevrilə bilər. Baş Qərargahın keçmiş rəisi, general-polkovnik Movses Hakopyan belə bir təhlükə barədə xəbərdarlıq edib: “Yaxın vaxtlarda Ermənistan və Qarabağdakı təmas xətlərində hərbi əməliyyatlar gözlənilir. İstiqamətlər Zəngəzur, Basarkeçər, Tavus olacaq, başqa istiqamətdə olması da istisna edilmir”. Ermənistan hakimiyyəti hələlik bu olduqca təhlükəli gedişlərə impotentlik həddində neytrallıqla reaksiya verir. Hökumətin son iclasında Nikol Paşinyan Qarabağda narahatlıq doğuran hadisələrin başladığını açıqlayıb, lakin qiymət vermək istəməyib. Görünür, İlham Əliyevi qəzəbləndirmək istəmir”. Erməni hərbi ekspert Karen Vrtanesyan isə iddia edir ki, Ukraynada bu qeyri-müəyyənlik nə qədər uzun sürərsə, Azərbaycanın addımları bir o qədər gözlənilməz və qətiyyətli olacaq. Onun sözlərinə görə, Azərbaycanda, hətta sadə vətəndaşlar arasında belə, Ukraynanın hərəkətləri ilə bağlı böyük həyəcanın olduğu açıq-aşkar görünür: “Azərbaycan ordusunun Qarabağda yeni cəmləşmələrinin nə olduğunu deyə bilmərəm, öz gözlərimlə görməmişəm, amma o cəmləşmə varsa, bir gün bu, döyüşə çevrilə bilər”. Vrtanesyan 44 günlük müharibədən sonra Ermənistan və Azərbaycanın hərəkətlərinin tamamilə fərqli olduğunu vurğulayıb.

Erməni politoloq Alen Gevondyan isə vurğulayır ki, Azərbaycanın başlatdığı proses çox məntiqlidir. Məsələ ilə bağlı Alen Gevondyan onu da qeyd edib ki, nə Qərb ölkələri, nə də Türkiyə Azərbaycanın yürütdüyü siyasətin əleyhinədir: “İndiki Ermənistan hakimiyyəti anti-Qarabağ hakimiyyətidir. Əvvəlcə populizm və psixoloji manipulyasiyalarla özlərini Qarabağın mərkəzi kimi göstərməyə çalışdılar. Halbuki, dövlətin institusional olaraq parçalanması, köhnəlməsi, mümkün müharibəyə hazırlaşmaması, eləcə də müqavimət potensialının məhv edilməsi istiqamətində atılan addımlar tamam başqa reallığı sübut etdi”. Erməni politoloq vurğulayıb ki, bütün proses Ermənistan hakimiyyətinin anti-Qarabağ, ümumiyyətlə antierməni dəyərlərinə uyğundur. Ekspertlər isə qeyd edir ki, Ermənistanın pozuculuq fəaliyyətinə son verməsi, region dövlətləri ilə dinc yanaşı yaşama prinsiplərinə əsasən davranması sülh üçün mühüm şərtlərdən sayılır. Yuxarıda qeyd olunduğu kimi, Azərbaycan tərəfi rəsmi İrəvanı düşdüyü qeyri-müəyyənlikdən xilas etmək üçün ona 5 maddədən ibarət təklif təqdim edib. Azərbaycan tərəfi bu addımı ilə xoş niyyətlərini Ermənistan və beynəlxalq ictimaiyyətə açıqlayır. Rəsmi Bakı bununla həm də beynəlxalq hüquqa hörmətini bir daha sərgiləyir. İrəli sürülən təkliflər də dövlətlərarası münasibətlərin normallaşması üçün atılan vacib addımlardan sayıla bilər. Bunun əksinə getməklə Ermənistan özünü və Qarabağda qalan erməniləri təhdid altına atır. Elə bundan irəli gəlir ki, Qarabağda qalan azsaylı ermənilər son günlərdə Azərbaycanın antiterror əməliyyatlarına başlaya biləcəyinə dair yayılan xəbərlər fonunda bu yerləri tərk etməyə daha çox can atırlar. Hətta məlumatlara əsasən, Qarabağdan ermənilərin yeni köç dalğası da başlayıb. Revanşist mövqedən çıxış edən ermənilərin yanaşmaları da bu prosesi tətikləyir. Ermənistan parlamentinin insan hüquqlarının müdafiəsi və ictimai məsələlər komissiyasının sədri Taquhi Tovmasyanın dedikləri bunun təsdiqidir: “Əlbəttə, sülhə doğru addımların atılması ümumən müsbət qarşılanır, lakin Ermənistan hökuməti hakimiyyətin sahibi olan xalq üçün aşağıdakı məsələlərə aydınlıq gətirməlidir: 1.Ermənistan hökuməti suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və bir-birinin siyasi müstəqilliyinin tanınması prinsipinin Qarabağla və ya Qarabağ olmadan həyata keçirilməsini necə və hansı sərhədlər daxilində nəzərdə tutur? 2.Bir-birinin ərazi bütövlüyünün tanınması halında Rusiyanın Qarabağdakı sülhməramlı missiyasından nə gözlənilir? 3.Son zamanlar haqqında çox danışılan sərhəd yaşayış məntəqələrini və ümumiyyətlə (o cümlədən Tavus bölgəsi da daxil olmaqla) anklavları hansı aqibət gözləyir? 4.Hansı sənədlə, hansı xəritələr əsasında demarkasiya və delimitasiya aparılması nəzərdə tutulur? 5.Kommunikasiya yollarının açılması o deməkdir ki, Ermənistan sərhədləri daxilində hər hansı yola nəzarət Ermənistandan olmayan qüvvələr tərəfindən həyata keçiriləcək? P.S.Sualları Nikol Paşinyana yazılı şəkildə də göndərmişəm”.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ