Cümə günü, 13 noyabr 2026
     

2500 il əvvəl Fransanın Marsel şəhərini də ermənilər salıbmış...

Image


Misir piramidalarından tutmuş Tac Mahala, Krıma qədər iddialar irəli sürən ermənilər elə zənn edirlər ki, bütün dünyanı bunlar “qurublar”. Dünyanın hər yerində “erməni irsinin izlərini” axtarırlar.

Təbii, bu da onların bir toplum kimi xəstə təfəkkürə malik olduğunu göstərir. Son zamanlar yeni erməni iddialası gündəmə gəlib. Bəzi erməni “alimləri” iddia edirlər ki, eramızdan əvvəl 523-cü ildə ermənilər guya Fransanın Marsel şəhərini inşa ediblər, Fransızlar üçün “böyük mədəniyyət” nümunəsi göstərməyə başlayıblar. Bəzi müasir erməni alimləri Marseldə də “Erməni irsinin” olduğu güman edirlər. Dünyanın hər yerindən əl çəkib indi də “böyük bacılarının” şəhərinə iddia irəli sürürlər. Nəzərə alsaq ki, hazırda Marseldə çox erməni yaşayır və orda kilsələri və sair var. Onlarda da bir  genetik xəstəlik var ki, harada yaşayırlarsa oranın tarixinə aid uydurmalar quraşdırıb, “erməni izləri” axtarmağa başlayırlar.

  • “İndi Fransa görsün ki, kimi dəstəkləyir, hansı topluma arxa-dayaq olur”

AMEA-nın Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ermənilərin Marselə qarşı irəli sürdüyü iddia təəccüblü deyil. “Erməni tədqiqatçılarının yazdıqlarına baxanda adamı gülmək tutur. Bunlar hər şeyi ehtimal edir, sonra isə “həqiqət” kimi qələmə verməyə çalışırlar. Dünyanın hansı nöqtəsində qədim bir abidə, qədim bir şəhər varsa erməni alimləri dərhal orada “erməni izlərinin” axtarışına çıxırlar. Erməni alimləri hər şeyə qarşı bir iddia irəli sürürlər. Onlar yazanda ehtimal edirlər ki, guya Misir ehramlarını ermənilər “tikib”, Romadan əvvəl “erməni şəhəri” “yaradıblar”, romalılardan da əvvəl xristianlığı “qəbul ediblər”. Bütün bunlar hamısı illüziyadır, xəyaldır. Erməni alimləri öz xülyalarını “həqiqət” kimi yazırlar. Təsəvvür edin, onlar elə şeylər yazırlar, adam onların hərəkətlərinə məəttəl qalır. Əvvəl də demişəm, indi də demək istəyirəm, bu toplum özünü qədim dünyaya yamaq etməkdən ötrü bütün sivilizasiyalara iddia edir. Bir zamanlar Albaniyanı öz “dövlətləri”, Gürcüstan ərazisini öz “torpaqları” kimi qələmə verməklə kifayətlənməyib indi də Avropaya keçiblər. Ermənilər elə həvəsləniblər ki, indi də Romaya, Fransaya meyl edirlər. Bu erməni xəstəliyidir. Xəstəlik necə olur? Bu toplum xəstədir. Ermənilərin bu əsassız və çürük iddialarını eşidəndə yadıma bir lətifə düşür. Bir oğlanın atası xəstələnir, oğlan da vecsizin, fərsizin biri olub, heç nəyi yox imiş. Atasının yanına gəlir başlayır bir-bir saymağa ki, ata, filan şey olsa yeyərsən və sair. Ata da deyir “hə bala, gətir”. Oğlan deyir yoxdur, amma deyirəm görüm ürəyindən keçirmi, istəyirsənmi? Ermənilərin son dövrlərdəki bütün fəaliyyəti bu lətifəyə bənzəyir. Dünyada nə qaldı ki, ermənilər onu öz adlarına çıxmasınlar? Odessa, Soçi, Krım, Rostov şəhərlərinə iddia etdilər. Rusiyanın, Ukraynanın, Türkiyənin, İranın, Azərbaycanın, Gürcüstanın qədim şəhərlərinin hamısı “ermənilərin imiş”. Təsəvvür edin ki, nə qədər gülünc səslənir. Xəstə belə olur. Bu baxımdan da, ermənilərin Fransanın Marsel şəhəri ilə bağlı ortaya atdıqları uydurmalar da gözlənilməz deyil. Əvvəlcədən də deyilmişdi ki, ermənilər hər yerə iddia edib qurtardıqdan sonra Fransanın şəhərlərinə qarşı iddia irəli sürəcəklər. Hara ki ermənilərin ayağı dəyib, erməni alimləri oranı “qədim erməni şəhəri” kimi qələmə verirlər. Ermənilər yalnız fransızlara deyil, farslara və başqa xalqlara da “mədəniyyət gətirdiklərini” iddia edirlər”.

Q.Hacıyevin sözlərinə görə, biz ermənilərin ərazilərimizə iddia etdiyini deyəndə avropalılar buna laqeyd yanaşırdılar, amma indi ermənilər iddia edirlər ki, guya 2500 il bundan əvvəl Fransanın Marsel şəhərinin əsasını qoyublar. “İndi Fransa görsün ki, kimi dəstəkləyir, hansı topluma arxa-dayaq olur. Biz deyəndə ki, ermənilərin Mesrop Maştoçu da, nə bilim başqa “dahiləri” də uydurma və cəfəngiyyatdır, Albaniyanın onlara heç bir aidiyyəti yoxdur, bizə qəribə baxırdılar. Bizim sözümüzə şübhə edirdilər ki, yalan olsa bu qədər yazmazdılar. Amma görün yalanlarının sayını nə qədər artırıblarsa artıq gedib düz Fransaya çıxıblar. Qoy, fransızlar görsün ki, ermənilər kimdir, hansı yola qulluq edir. Yer üzündə ilk nə varsa hamısını ermənilərə bağlayırlar, hətta peyğəmbərləri də, onların yaratdıqları dinləri də, qədim şəhərləri də, mədəniyyətləri də saxtalaşdırırlar. Ermənilərin indiyə qədər etdikləri saxtakarlıqları yan-yana düzsən neçə kitab alınır. Erməni cəfəngiyyatları qırxayaq kimi dünyanı bürüyür. Ermənilərin Marseli “erməni əyaləti, şəhəri” kimi təqdim etməsi, bu şəhərin əsasının ermənilər tərəfindən qoyulmasını iddia etməsi təəccüblü deyil. Hələ bu barədə çox yazacaqlar”.

Q.Hacıyev deyir ki, erməni alimləri yazanda, bir iddia irəli sürəndə heç bir gerçək mənbəyə əsaslanmırlar, onlar uydurma mənbələr əsasında yazırlar. Bunun isə onların özlərinin ifşasına xidmət etdiyini deyən Q.Hacıyevin sözlərinə görə, erməni tarixini yazanların çoxu qeyri-peşəkarlar olub. O qeyd edir ki, Xanzadyan soyadlı “erməni arxeoloqu” əslində ixtisasca aqronom olub, amma gedib Azıxdan yazıb. Q.Hacıyevin qeyd etdiyinə görə, belələri də daha çox saxtalakarlıq edir və iddialar irəli sürürlər.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ