Cümə günü, 13 noyabr 2026
     

Azərbaycanın Zəngəzurdakı mövqeləri Ermənistanı çalxaladı

Image


Azərbaycan-Ermənistan sərhədində baş verən son proseslər yenidən erməni cəmiyyətində böyük çaxnaşma yaradıb. Buna səbəb Azərbaycan hərbçilərinin sərhəddə bəzi mövqelərinə qayıtmasıdır. Amma nədənsə, bu məsələ erməni mediasında başqa cür qələmə verilir.

Erməni mediası iddia edir ki, Azərbaycan hərbçiləri 10 gün bundan əvvəl Zəngəzur vilayətində Nerkin Hand kəndinin inzibati ərazisində 5 yeni çadır qurublar. Kəndin icra nümayəndəsi Xaçatur Bağdasaryan  “Azatutyun” radiosuna bu xüsusda bildirib: “Onlar kəndin inzibati ərazisinə daxil oldular, 800-900 metrə qədər bizim əraziyə endilər. Beş çadır qurdular. İndi səngər qazırlar”.

Kənd nümayəndəsinin sözlərinə görə, Rusiya tərəfinə bu barədə məlumat verilib və indi onlardan reaksiya gözləyirlər: “Bizim müdafiə xətti üzrə müvafiq rəisimiz onlarla əlaqə saxlayıb, danışıb, amma hələ ki, bir şey yoxdur”. Bununla belə, Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan parlamentdə jurnalistin bu barədə sualına cavab verərkən deyib ki, azərbaycanlılar Ermənistanın suveren ərazisinə girməyiblər: “Hazırda vəziyyət stabildir, amma demək olmaz ki, problem yoxdur. Yox, onlar Ermənistanın suveren ərazisinə daxil olmayıblar”. Ermənistan Müdafiə Nazirliyindən də rəsmi olaraq Azərbaycan hərbçilərinin Ermənistan ərazisinə daxil olduqlarına dair xəbərləri təsdiqləməyiblər. Nazirliyin mətbuat xidməti bildirib ki, sözügedən ərazi Azərbaycanın nəzarətindədir və azərbaycanlılar sadəcə olaraq öz mövqelərinə qayıdıblar: “Azərbaycanın nəzarətində olan bu ərazidə azərbaycanlıların bir neçə mövqeyi var. Bu mövqelərdən qış aylarında təchizata görə istifadə etmək mümkün deyil. İndi isə hava şəraitinin dəyişməsi ilə əlaqədar Azərbaycan hərbçiləri, sadəcə olaraq, bu mövqelərə qayıdırlar. Heç bir irəliləmədən söhbət gedə bilməz. Sərhədin həm bu, həm də qalan hissəsində Ermənistan silahlı qüvvələri, Azərbaycan silahlı qüvvələrinin istənilən hərəkətinin müşahidəsi də daxil, qarşısına qoyulmuş bütün vəzifələri yerinə yetirir və vəziyyəti nəzarət altında saxlayır”. Amma Nerkin Hand kəndinin sakinləri israr edirlər ki, söhbət azərbaycanlıların qayıtmasından getmir, bu yerlərdə azərbaycanlılar olmayıb. Onlar bildirirlər ki, Qafan rayonu ərazisində olan bu kənd 44 günlük müharibədən sonra üç tərəfdən Azərbaycanın dayaq məntəqələri ilə əhatələnmişdi. Kənd sakini Mels Bağdasaryan bildirir ki, heç sovet vaxtı da sərhədin hardan keçdiyi bilinmirdi: “O vaxtlar, sovet vaxtında heç kim sərhəd bilmirdi. Təxminən bilirdilər ki, bu meşədir. Amma kimin ərazisi olduğu bilinmirdi. Biz ordan odun yığıb gətirirdik. Amma ərazinin kimin olduğu bilinmirdi”.

Bağdasaryan sual edir ki, beş çadırın Azərbaycan torpağında qurulduğunu hardan bilirlər. Axı hələ sərhəd delimitasiya və demarkasiya olunmayıb: “O vaxt xəritə yox idi, sərhəd yox idi. Biz sərbəst olaraq onların çöllərinə gedirdik. Onlarla birlikdə futbol oynayırdıq”. “Azatutyun” yazır ki, indi ermənilər onların kəndinə yaxınlaşan azərbaycanlıları həyəcanla izləyirlər. Erməni politoloq Edqar Elbakyan da iddia edir ki, Azərbaycan irəliləməni davam etdirərək daha 2 kilometr dərinliyə gəlib. Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri Nerkin Hand kəndində yerləşən bir ərazidə, həmin kəndin qəbiristanlığının ətrafındakı ərazilərdə irəliləyib və kəndən cəmi 1 kilometr məsafəsində mövqe tutub: “Məqsəd siyasi üstünlükdən, yəni Ermənistandakı öz itaətkar hakimiyyətlərinin mövcudluğundan istifadə etmək, yəni Tsav çayının axını ilə irəliləmək və Sraşan-Tsav, yəni Qafan-Şıxovuz-Şvanidzor-Mehri yolunu kəsməkdir”. Ermənistanın “Qraparak” nəşri isə yazır ki, Azərbaycan tərəfi sərhədlə yanaşı, Qarabağda da irəliləyir: “Son günlər Qarabağda olan gərginlik adi bir gərginlik deyil, xüsusi əməliyyatdır. Azərbaycan Silahlı Qüvvələri bir neçə gündür mövqe tutub, xüsusi əməliyyatlarla Pirlər və Xanabad kəndləri arasındakı təpəyə doğru irəliləməyə çalışır. Söhbət Qaraqulax yüksəkliyindən gedir. Rəqib bu yüksəkliyə nəzarəti əldə edərək Əsgəranı öz nişangahı altına götürəcək və Xankəndini ələ keçirmək asanlaşacaq. Rəqibin planı çox sadədir - kəndləri boşaltmaq, sonra daxil olmaq və bu yüksəkliyi ələ keçirmək”. Ermənistan parlamentinin deputatı Tiqran Abrahamyan “Facebook” səhifəsində yazıb ki, “təmas xətti”nin Azərbaycan tərəfində baş verən fəaliyyətlərlə bağlı ziddiyyətli məlumatlar dolaşır. Ermənistan parlamentinin “Şərəf duyuram” fraksiyasının deputatı Taquhi Tovmasyan deyib ki, Qarabağdakı böhran dərinləşir. Onun sözlərinə görə, Qarabağda nəqliyyatla bağlı problemlər var və bir sıra istehsal müəssisələrində də problemlər yaranıb: “Arayik Arutyunyan Qarabağ ermənilərinin üzləşdiyi problemlərə qətiyyən məhəl qoymur. Onun İrəvanda nə işi var? Artıq neçə gündür Qarabağda qaz yoxdur, işıq kəsilib, “təmas xətti”ndə vəziyyət son dərəcə gərgindir. Arutyunyan ermənilərin üzləşdiyi problemlərə qətiyyən məhəl qoymadan xoşbəxtlik içində dolanır, bəzi andiçmələrdə iştirak edir”.
Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyanın sözlərinə görə, Qarabağdakı vəziyyət təcili həll tələb edir:  “Bu problemin yerli səviyyədə həlli artıq görünmür. Ermənistan isə Qarabağ sakinlərini tamamilə məğlub edib, onu azərbaycanlıların öz istəklərinə buraxıb. Elektrik enerjisi vaxtaşırı söndürülür. Soyuqdur. Ermənistan xarici işlər naziri Türkiyədə türklərlə yaxşı vaxt keçirir. Vətəndaş Müqaviləsi Partiyasından olan deputat Qaqik Melkonyan açıq-aydın deyir ki, Qarabağda erməni qalıb-qalmamasına əhəmiyyət vermir. Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib ki, Ermənistan Azərbaycanla danışıqların təşkili üçün ATƏT-ə müraciət edib. Rus agenturasının Azərbaycanın gözlənilən hücumu ilə bağlı panika yaymasının səbəbi də budur. Qaz borusunun partlamasına səbəb də budur. Əgər indiyə qədər danışıqlar Ermənistan-Rusiya-Azərbaycan formatında gedirdisə, bundan sonra Moskva prosesdən kənara çıxır. Qarabağda baş verənlər Ermənistana təzyiqdir və Ermənistan cavab addımları atmır. Moskvanın prioritetləri var. Bugünkü kontekstdə Qarabağ məsələsi ikinci plandadır. Hər yerdə - Basarkeçər, Arazdəyən, Zəngəzur, Tavus və Qarabağda vəziyyət kifayət qədər gərgindir, atışma yoxdur, lakin bütün istiqamətlərdə Azərbaycan texnikasının cəmləşməsi və hərəkəti müşahidə olunur. Hər kəsə əməliyyatların hər an başlaya biləcəyinə hazır olmaq tapşırılıb. Azərbaycan zərbə endirməyə tam hazırdır, çox güman ki, Naxçıvandan Zəngəzur, Arazdəyən istiqamətində əməliyyatlar olacaq, Qarabağda əməliyyat ehtimalı yüksəkdir”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ