Cümə günü, 13 noyabr 2026
     

Vüqar Rəhimzadə: "Novruz xalqımızın milli varlıq və mənəviyyat xəzinəsidir"

Image


“Artıq iki ildir xalqımız birlik, həmrəylik, bolluq, bərəkət rəmzi olan Novruz bayramını fərqli ovqatda, xoş əhval-ruhiyyə ilə qeyd edir.  2020-ci il Azərbaycan tarixinə Qələbə ili kimi yazıldı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində  30 ilə yaxın davam edən erməni işğalına son qoyuldu, ərazi bütövlüyümüz bərpa olundu.

Ötən il  dövlət  başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın Cıdır düzündə Novruz tonqalını alovlandırmaları qalib xalqın öz tarixi torpaqlarına qayıdışının təsdiqi oldu. Ölkə Prezidenti Cıdır düzündən müraciətində bu torpaqlarda əbədi yaşayacağımızı böyük əminliklə qeyd etməklə işğalçı dövlətə və ona havadarlıq edənlərə mesajlarını çatdırdı. Xalqımız bu anı səbirsizliklə gözləyirdi. Cıdır düzündən alovlanan tonqallar  xalqımıza 30 illik torpaq həsrətini unutdurub Qələbə sevinci yaşatdı. Bu günlər işğaldan azad edilmiş torpaqlarımızda alovlanan  bayram tonqallarının böyük rəmzi və tarixi əhəmiyyəti var. Biz öz tarixi torpaqlarımızdayıq.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Ulu öndər Heydər Əliyevin “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm» fikirlərini xatırladan YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Ümummilli Lider torpaqlarımızın işğaldan azad ediləcəyinə tam əmin idi. Bu əminliyə əsas verən Azərbaycanın düşünülmüş siyasəti, ən əsası tarixi faktlara, real məsələlərə əsaslanan təbliğatı və onların uğurlu nəticələri idi. Ölkə  Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından xalqımıza çatdırarkən ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini xüsusi qeyd etdi.

Vüqar Rəhimzadə Novruz bayramının özəlliklərindən, ənənələrindən bəhs edərək bildirib ki,  hər bir dövləti, xalqı dünyada tanıdan onun siyasəti ilə yanaşı, milli-mənəvi dəyərləri, adət-ənənələri, mədəniyyəti və elmi potensialıdır: “Zəngin tarixə, adət-ənənələrə malik olan Azərbaycan xalqı  daim öz tarixi kökləri, milli-mənəvi dəyərləri, zəngin  tarixi ilə fəxr etmişdir. Tarixi çox qədim olan Novruz bayramının xalqımız tərəfindən hər il  böyük təntənə ilə qeyd olunması da bu bağlılıqdan qaynaqlanır. Dövlət başçısı İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriklərində də daim bu məqam xüsusi qeyd edilir ki,  milli varlıq və mənəviyyat xəzinəsi olan Bahar bayramı  müdrik əcdadlarımızın bugünkü nəsillərə misilsiz yadigarıdır.  Kainatın dəyişməz ahəngi  və  əbədi qanunları ilə bağlı bu el bayramı zamanın sınaqlarından çıxmış çoxəsrlik mədəniyyətimizin  parlaq təcəssümüdür.”

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə milli-mənəvi dəyərlərimizin qorunması, inkişafı  əsas istiqamətlərdən biri olub: “Novruzun qədim köklərə malik olduğunu bəyan edən ümummilli lider  Heydər Əliyev  bu bayramın  imperiyanın sərt rejimi dövründə respublika miqyasında  yüksək səviyyədə keçirilməsinə nail olmuşdur.  Azərbaycan müstəqilliyini yenidən   bərpa edəndən sonra xalqımız bu bayramı daha böyük təntənə ilə qeyd etməyə başladı.  Novruza ümumxalq  mahiyyəti verən ulu öndər  Heydər Əliyev  bayram şənliklərində hər zaman xalqla bir yerdə  olmuş, milli birliyin və həmrəyliyin vacib amil olduğunu önə çəkərək onları bu prinsipləri yüksək səviyyədə qorumağa çağırmışdır. Novruzun ölkəmizdə bu gün də yüksək səviyyədə qeyd olunması ulu öndər  Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin atdığı addımların məntiqi nəticəsidir.  Hər il olduğu kimi, bu il də Novruz bayramını minlərlə soydaşımız ölkəmizin hüdudlarından uzaqlarda azərbaycançılıq düşüncəsinin işığında, qalibiyyət ruhunda qeyd edir.  Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və  İCESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramının  UNESCO-nun Qeyri-Maddi-Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi hər bir azərbaycanlının qəlbini iftixar hissi ilə doldurur.” 

Vüqar Rəhimzadə qeyd edib ki, Novruz bayramı təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. Kökləri İslamdan əvvəlki tarixi dövrə gedib çıxan Novruz bayramı Azərbaycanla yanaşı, bütün Şərqdə qeyd olunur. Məhz buna görə də 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i Beynəlxalq Novruz Günü elan olunub.   

Azərbaycanın  müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovşağında yerləşdiyini önə çəkən YAP Xətai rayon təşkilatının sədri bildirib ki, milli-mənəvi dəyərlərimizin  qorunması, təbliği istiqamətində biri-birindən əhəmiyyətli addımlar atılır: “Ölkəmizin beynəlxalq əhəmiyyətli humanitar forumlara ev sahibliyi etməsi də  müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında körpü rolunu oynamasından və bu mövqeyini günbəgün möhkəmləndirməsindən irəli gəlir. Məhz bu uğurlara söykənərək, dövlət  başçısı İlham Əliyevin Sərəncamı əsasında 2016-cı il ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci il “İslam Həmrəyliyi İli” elan edilmişdir. Bu addımların atılmasında məqsəd ölkəmizin multikultural cəmiyyətlərin formalaşmasına və inkişafına töhfələrini daha da artırmaq idi. Azərbaycanın 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi etməsi də ölkəmizin milli-mənəvi dəyərlərinin qorunması, təbliği istiqamətində atdığı addımlardan qaynaqlanmışdır.”

Vüqar Rəhimzadə Novruz ənənələrindən bəhs edərək  bildirib ki, bu ənənələr yazılan mahnıların, çəkilən filmlərin vasitəsilə təbliğ olunur, indiki və gələcək nəsillərə çatdırılır. Dövlət başçısı İlham Əliyev daim bu çağırışı edir ki, gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunmalı, milli-mənəvi dəyərlərimizi qorumalı və inkişaf etdirməli, onları yad ünsürlərdən qorumalıdır.

“Tarixi Zəfərimiz xalqımızın milli-mənəvi dəyərlərinə bağlılığının, torpaq, Vətən sevgisinin bir daha təqdimatı oldu” söyləyən Vüqar Rəhimzadə qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev  Zəfərimizi şərtləndirən amillərdən bəhs edərkən bu məqamı xüsusi qeyd edir ki,  mənim prezidentliyim illərində Azərbaycanda torpaq uğrunda canını fəda etməyə daim hazır olan gənc nəsil yetişdi. Bu gənclik  öz qanı-canı bahasına torpaqlarımızı düşmənin əlindən aldı. Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Ölkə Prezidenti bu çağırışı edir ki, amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. Tarixi Qələbəmizin qazanılmasında ilk növbədə,  onlara,  bütün Azərbaycan xalqına borcluyuq.

YAP Xətai rayon təşkilatının sədri birlik, həmrəylik, bolluq, bərəkət rəmzi olan Novruz bayramı münasibətilə xalqımızı təbrik edib, tarixi Zəfərimizin qəhrəmanları olan şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyərək onlara Allahdan rəhmət, qazilərimizə şəfa diləyib.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ