Cümə günü, 13 noyabr 2026
     

Ermənistanın qazanc perspektivi Azərbaycandan asılı vəziyyətə düşdü

Image


Azərbaycanla İran arasında ötən həftə imzalanan yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu siyasi, iqtisadi gündəmin əsas mövzuları sırasında yer almaqda davam edir. Yeni bağlantı Zəngəzur dəhlizinə alternativ kimi qiymətləndirilsə də, reallıq tamam fərqli mənzərəni üzə çıxarır, Azərbaycanın növbəti dəfə Ermənistan üzərində mühüm diplomatik, iqtisadi qələbəyə imza atdığını göstərir.

Bu barədə danışmazdan öncə xatırladaq ki, Bakıda keçirilən Azərbaycanla İran arasında İqtisadi, Ticarət və Humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 15-ci iclasında yeni razılıqlar əldə edilib. İclasın yekununda iki ölkə arasında yeni sənədlər imzalanıb. Onlardan biri də İran ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantısının yaradılması haqqında Anlaşma Memorandumudur. Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında yeni kommunikasiya bağlantısının yaradılması haqqında Anlaşma Memorandumunun məqsədi muxtar respublika ilə yeni dəmir və avtomobil yolu əlaqələrinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasıdır. Bu məqsədə nail olmaq üçün Araz çayı üzərində iki avtomobil və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur. Bu layihənin həyata keçməsi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinin daha rahat şəkildə qurulmasına imkan verəcək, muxtar respublikaya yolun qısalmasına səbəb olacaq. Eyni zamanda bu, Naxçıvanın blokada vəziyyətindən çıxmasına da müsbət təsirini göstərəcək. Daha bir önəmli nüans odur ki, sözügedən layihənin həyata keçirilməsi ilə regionun nəqliyyat-kommunikasiya mənzərəsi əhəmiyyətli dərəcədə dəyişəcək. Layihənin əsas iştirakçısı Azərbaycan və İran olsa da, perspektivdə qardaş Türkiyə də bura qoşulacaq. Nəticə etibarı ilə  bu üç ölkənin birgə iştirakçılığı ilə  Avrasiyada avtomobil, dəmir yolu, elektrik enerjisi xətti və rəqəmsal bağlantıların daxil olduğu çoxtəyinatlı yeni dəhliz ərsəyə gələcək. Bu, hər bir iştirakçı ölkə, o cümlədən Azərbaycan üçün böyük dividendlər deməkdir. Azərbaycanın nəqliyyat sektorunda həyata keçirdiyi irimiqyaslı infrastruktur layihələri ölkəmizin tranzit imkanlarından istifadə edən dövlətlərin sayını əhəmiyyətli dərəcədə artırıb. Yeni dəhliz bu müstəvidə Azərbaycanla müxtəlif dövlətlərin tranzit-logistika üzrə əməkdaşlığını daha da dərinləşdirəcək. “Şərq-Qərb”, “Şimal-Cənub”, “Şimal-Qərb” nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə verən Azərbaycanın İranla birlikdə reallaşdırdığı yeni nəqliyyat layihəsi tranzit ölkə kimi ölkəmizin əhəmiyyətini daha da artıracaq.

Beləliklə, Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında yeni kommunikasiya xətlərinin yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması uzaq hədəflərə hesablanıb. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan İranla həm də “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi kimi meqa-layihənin formalaşması istiqamətində tərəfdaşlıq edir. Asiya ilə Avropanı birləşdirən bu dəhlizə daxil olan avtomobil, dəmir yolları Azərbaycan və İran ərazisindən keçir. Bu isə İranla Azərbaycanın beynəlxalq yükdaşımalarda tranzit potensialını və rolunu artırır. İranın Oman dənizindəki Çabahar, Fars körfəzindəki Bəndər Abbas limanlarına Cənub-Şərqi Asiya və Körfəz ölkələrindən daxil olan yüklər Azərbaycan ərazisindən daşınacaq. Araz çayı üzərində salınacaq körpülərdən regionun bütün ölkələri istifadə edə bilər. Gürcüstan, Ermənistan, Rusiya, Türkiyə kimi dövlətlər İranla nəqliyyat əlaqələri qurmaqla yanaşı, Cənub-Şərqi Asiya və Körfəz dövlətləri ilə idxal-ixrac əməliyyatlarını həyata keçirə bilər. “Şimal-Cənub” dəhlizi 800 milyona yaxın əhalisi olan 40-dan çox dövləti - Avropa ilə 2 milyarddan çox əhalisi olan Cənub Şərqi Asiya ölkələrini birləşdirir. Bu böyük bazarlar arasındakı nəqliyyat əlaqəsinin Azərbaycan üzərindən qurulması ölkənin iqtisadi inkişafının yeni mərhələsidir. Beynəlxalq ekspertlərin hesablamalarına görə, yaxın 10 il ərzində Asiya ilə Avropa arasındakı ticarət dövriyyəsinin həcmi 200 milyard dolları aşacaq. Bu böyük məbləğ dəyərindəki yüklər də milyardlarla ton həcmində ölçüləcək. İki qitə arasında daşınacaq yüklərin 15 faizi Araz çayı üzərində salınacaq yeni dəmir yolundan keçsə, Azərbaycanla İran ildə 2,5 və ya 3 milyard dollar tranzit gəlir əldə edəcək. Regionun digər ölkələrinin nəqliyyat kommunikasiya sistemlərinin inkişafına və iqtisadiyyatın dirçəlməsinə böyük zəmin yaranacaq. Azərbaycanla İran arasındakı iqtisadi əlaqələrin inkişafa doğru irəliləməsi və regionun başqa dövlətlərinin bundan faydalanması Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbənin yaratdığı yeni reallıqlardır. Azərbaycanın tarixi, əzəli torpaqlarını işğaldan azad etməsi ölkəmizin İranla dövlət sərhədinin tam şəkildə bərpasına imkan verməklə yanaşı, müxtəlif sahələrdəki mövcud potensialdan daha geniş miqyasda yararlanmağa, yeni nəqliyyat-kommunikasiya dəhlizlərinin reallaşmasında birgə iştiraka əlverişli şərait yaradıb. Yeni layihə Qərbi Zəngəzurdan keçəcək dəhlizə etibarlı alternativ olsa da, Azərbaycanın Zəngəzur dəhlizindən vaz keçəcəyi demək deyil. Bu mənada, İran ərazisindən keçəcək alternativ kommunikasiya bağlantılarına Azərbaycanın yeni seçimi yox, nəqliyyat-kommunikasiya imkanlarımızı genişləndirən alternativlərdən biridir. Digər tərəfdən bəllidir ki, Zəngəzur dəhlizi gündəmə gələrkən Qafqazın Şərqlə Qərb arasında tranzit habına çevriləcəyi artıq bəlli idi. Artıq İran ərazisindən dəhliz ideyası gündəmə gəlməklə isə Azərbaycan bu perspektivi daha da genişləndirmiş oldu. Daha dəqiq desək, Azərbaycanın Avrasiya məkanının enerji və nəqliyyat xəritəsini dəyişdirərək, nəqliyyat-kommunikasiya infrastrukturunun vacib həlqəsinə çevrilmiş oldu. Ən əsası, Ermənistanın 44 günlük müharibədə hərbi məğlubiyyətindən, Soçi, Brüssel proseslərindəki diplomatik fiaskosundan sonra rəsmi Bakı bu Anlaşma Memorandumu ilə İrəvanı daha bir müstəvidə dalana dirədi. Ermənistan Zəngəzur dəhlizi üzərində mövcud olan kiçik təsir imkanından məhrum oldu, ciddi tranzit və gömrük gəlirləri əldə etməsi perspektivi Azərbaycanın iradəsindən asılı vəziyyətə düşdü. Yeni nəqliyyat layihəsinin həyata keçirilməsi postmünaqişə dövründə Ermənistanın öhdəliklərindən yayınmasının bu ölkəyə olduqca baha başa gəlməsinin də daha bir faktiki təzahürüdür. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycan Ermənistan üçün də həyati önəmə malik olan, bu ölkənin blokadadan çıxmasına xidmət edən Zəngəzur dəhlizinin reallşdırılması üçün müvafiq təkliflər irəli sürüb. Lakin ötən dövr ərzində Ermənistan Zəngəzur dəhlizinin həyata keçirilməsinə əngəl yaradıb. Elə bu fonda  Azərbaycan  Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında yeni kommunikasiya bağlantısının yaradılmasına imkan verən alternativ layihəni reallaşdırır. Azərbaycan yeni layihənin həyata keçirilməsi  ilə Zəngəzur dəhlizindən imtina etmir. Ölkəmizin diqtə etdiyi şərtlərə razılıq verəcəyi təqdirdə Azərbaycan Zəngəzur dəhlizinin həyata keçirilməsi istiqamətində də işlərə davam edəcək. Hazırda Ermənistanın Azərbaycanın şərtləri əsasında Zəngəzur dəhlizinin açılmasına razılıq verməkdən başqa çıxış yolu yoxdur. Əks halda bu ölkə blokada şəraitində qalıb tənəzzül dövrünü yaşamağa məcburdur.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ