Cümə günü, 13 noyabr 2026
     

Ukrayna və Rusiyadakı diasporumuz üçün tarixdə ən çətin an - fəaliyyət kursu necə seçilməlidir...

Image


Rusiya ilə Ukrayna arasında aparılan müharibə həm də hər iki ölkədə yaşayan azərbaycanlıların vəziyyətini pisləşdirib. Qeyd edək ki, hər iki ölkədə çoxlu sayda azərbaycanlı yaşayır. Keçmiş SSRİ məkanında bizim ən böyük diasporumuz məhz bu iki ölkədədir. Qeyri-rəsmi rəqəmlərlə Ukraynada təxminən 500 min nəfər azərbaycanlı yaşayır. Krımın ilhaqı, Donetsk və Luqanskda baş verən proseslərdən sonra vətəndaşların əksəriyyəti Odessa, Xarkov, Dneprə köçdü. Bir qisim isə ümumiyyətlə ölkəni tərk etdi. Hazırda isə ümumi vəziyyət acınacaqlıdır. Daimi yaşayış yerini tərk edənlərin sırasında kifayət qədər azərbaycanlılar da var.

Rusiyada yaşayan soydaşlarımızın da vəziyyəti ürəkaçan deyil. Sayı milyonlarla ölçülən diaspor nümayəndələrimizin Rusiyada gəlirləri çox azalıb. Çünki müharibənin fonunda rus rublu kifayət qədər dəyər itirib. 

Hər  iki  ölkədə olan diasporumuz belə məqamda hansı mövqeyi tutmalıdır ki, ümumi maraqlarımıza ziyan gəlməsin?

  • Soydaşımız Ukrayna ordusuna yardım fonduna 3 milyon qriven köçürüb

Azərbaycan güc yolu ilə ölkələrin ərazilərinin bölünməsinə, sərhədlərin dəyişməsinə qarşıdır  və həm də Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycanın Rusiya və Ukrayna ilə çox yaxşı və strateji tərəfdaşlıq əlaqələri mövcuddur.

Bildirilir ki, Ukraynanın ərazi bütövlüyü uğrunda vuruşan azərbaycanlılar var.

Qeyd edilir ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun fəxri sədri Oktay Əfəndiyevin nümunəvi addımını hazırda müharibə vəziyyətində olan bu ölkədə yüksək qiymətləndirirlər.

Bu barədə Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu təşkilatının sədri Hikmət Cavadov öz “Facebook” səhifəsində məlumat verib.

O qeyd edib ki, COVID-19-un yayılmasından bəri iki ilə yaxın müddətdə Ukraynada yaşayan azərbaycanlıların aztəminatlı ailələrinə yardım edən Oktay Əfəndiyev hərbi təcavüzdən sonra Ukrayna ordusuna yardım fonduna 3 milyon qriven köçürüb:

“Onun bu addımı Azərbaycan diasporunun digər nümayəndələrini də ruhlandırıb. Soydaşlarımız Ukrayna ordusunun qələbəsi üçün əllərindən gələni edir, böyük pullar xərcləyirlər. Hər birimiz müharibənin ümumi xəzinəsinə töhfə verməyə can atırıq”.

  • Onlar da vətəndaşı olduqları ölkənin yanında olmalıdırlar

Müharibə Rusiyada yaşayan soydaşlarımıza da ciddi problemlər yaradıb. Ən əsas da iş adamları, sahibkarlar üçün daha çətin anlar yaşanır. Məsələn, bildiyiniz kimi, Rusiyaya meyvə-tərəvəz başqa ölkələrdən daxil olur. Və o ölkələrdə, o cümlədən Azərbaycanda meyvə-tərəvəz dollarla alınır. Alınan mal gedib ora çatana kimi dolların qiyməti artdığı üçün satış qiymətinə çox böyük təsir edir. Alıcının o qiymətə hər hansı meyvəni almaq qabiliyyəti sıfıra düşür. Bunun da nəticəsi hamıya aydındır ki meyvə çəki itirir, xarab olur və s.

2019-cu ildə sərhədin bağlanmasını xatırlasaq görərik ki, insan axınının qarşısını almaq mümkün olmur. İş yerlərini itirən həmvətənlərimiz vətənə üz tuturlar. Hava yolları bağlı olduğundan və ya quru yolla daha ucuz başa gəldiyindən hamı yollanır Dərbəndə. Nəzərə alaq ki, hazırda Rusiyada  milyonlarla  azərbaycanlı yaşayır və bunların yarıdan çoxunun iş yerlərini itirmə təhlükəsi var.

Rusiyada diaspor fəaliyyəti ilə məşğul olan fəallar hesab edirlər ki, onlar da vətəndaşı olduqları ölkənin yanında olmalıdırlar. Çünki vətəndaşlıq həm də öhdəlik yaradır.

Ancaq hesab edirik ki, bu məsələdə fərqli mövqeyin olması diasporumuzun vətənimizə, dövlətimizə olan münasibətini dəyişə bilməz. Diaspor Azərbaycan vətəndaşlarından formalaşa bilməz. Hər iki ölkədə diaspor nümayəndəsi adına iddia edənlər həmin ölkələrin vətəndaşları olmalıdır. Vətəndaşlıq isə həmin ölkə daxilində öhdəlik yaradır. Yəni sən həmin ölkənin maraqlarını müdafiə etməlisən. Məsələn, Rusiya vətəndaşı olan bir soydaşımız həmin ölkədə hərbi xidmətdən necə imtina edə bilər? Eyni fikirlər Ukraynadakı soydaşlarımıza da aiddir. Bu baxımdan da, diasporumuz qarşısında belə çətin seçimi qoymamalıyıq. Belə həssas məqamda atılan səhv bir addım ümumən azərbaycanlıların hamısına münasibəti dəyişə bilər. Biz bu seçimi diasporlarımızın öz üzərinə buraxmalıyıq. Bu yöndə olan fərqli mövqe bizim soydaşlarımız arasında dərin fikir ayrılığı yarada bilməz. Onlar çalışmalıdırlar ki, öz Vətənlərinə, dövlətlərinə, ana dilinə münasibətdə fərqli düşünməsinlər.

Bu münaqişənin nəylə və necə bitməsindən asılı olmayaraq, Azərbaycan dövləti hər iki ölkədəki diasporumuzun fəaliyyətini koordinasiya etməlidir ki, ümumi maraqlarımıza ziyan dəyməsin.

Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ