Cümə günü, 13 noyabr 2026
     

Naxçıvana "İran dəhlizi" də olacaq, Zəngəzur dəhlizi də… Əliyevin "atla gediş" taktikası… - Aydın QULİYEV yazır...

Image


Azərbaycan xalqının müdrik ata sözləri arasında belə birisi də var - "Sən bəlkə bostanını  pozmaq istəmirsən, mən peşaramdan qalası deyiləm ki"…

Martın 11-də İranla Azərbaycan arasında Naxçıvana yolun açılması barədə imzalanmış sənəd  bir sıra məqamları ilə diqqət çəkir və bu məşhur atalar sözünün gücünü təsdiqləyir. Bu məqamlar konkret suallarla bağlıdır. Razılaşma niyə məhz indi əldə olunur, Rusiya sanksiyaları ilə bağlılıq varmı, İran Ermənistanın maraqlarını doğrudanmı ikinci plana keçirdi, ya bu sadəcə görüntüdə belədir? və sair. Bütün bu suallar  halında Əliyev  diplomatiyasının həssaslığı və məharəti üstün təsirli faktor olmaqla altında qırmızı xəttin  çəkilməsinə ehtiyac duyur. Yəni 11 mart anlaşması öz-özünə əmələ gəlmədi. Onun ərsəyə gəlməsi üçün ardıcıl diplomatik səylər göstərildi, şərait dəqiq qiymətləndirildi, bəzi beynəlxalq proseslərin açdığı şanslara həssaslıqla lazımi diqqət göstərildi. Bunlar təbii ki, Azərbaycansız alınmazdı.

44 günlük müharibə nəticəsində imzalanmış 10 noyabr bəyannaməsinə Naxçıvan  ərazisinə dəhliz açılması barədə maddəni çətinliklə saldıra bildik. İlyarımdan çox ötsə də Ermənistan bəyanatlardan uzağa getmədi və konkret iş görmədi. Baxmayaraq ki, 2021-ci il yanvarın 11-də Moskvada, həmin ilin 26 noyabrında Soçidə, dekabrın 14-də Brüsseldə əlavə yeni sənədlər də imzalanmışdı. Şübhə yoxdur ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasını kəsinliklə istəmirdi. Özü istəmirdi, ya onu idarə edənlər istəmirdi, bu ayrı məsələdir. O yerdə ki, biz Qərbi Zəngəzurun ermənilərə hədiyyə edilmiş hissəsində  Naxçıvana dəhliz açmaq istəyirik, ermənilər onun açılmasını ilyarım süründürəndən sonra dəhlizin həmin əraziyə paralel, ancaq İrandan keçən variantını gerçəkləşdirməyə başladıq. Təbii ki, Ermənistan İran üzərindən Naxçıvan və Türkiyə vasitəsilə Avropaya yeni əlverişli çıxış layihəsinə qoşulmaq şansını itirdi. Üstəlik, Ermənistanın Qərbi Zəngəzur vasitəsilə İranla fundamental kommunikasiya bağlantıları yaratması da xeyli çətinləşir. Bəlkə də mümkünsüz hala gəlir. Bilirik ki, hələ devrilmiş "Xocalı canisi Sarkisin" dövründən İran-Ermənistan-Gürcüstan xətti ilə Şimal-Cənub avtomagistralının çəkilməsi layihəsi var idi. Başlanğıcda bir milyard dollar dəyəri olan bu yol sonradan daha da bahalaşaraq üç milyarddan yuxarıya çıxdı. Çökmüş Ermənistan təbii bunu edə bilməzdi. O zaman əsas iqtisadi səbəbdən mümkünsüz hala gəlmiş layihə indi həm də həlli mümkünsüz siyasi maneələrlə üzləşib. Baxın ki, hətta İranın özü də "Sarkisyanın avtomagistral layihəsinə" mənasız və perspektivsiz nağıl kimi baxır. Əgər illər öncə bu avtomagistral İrana Ermənistan üzərindən Gürcüstana, oradan isə Türkiyə və Qara dənizə yeni çıxış almaq üçün dəyərli idisə, bu gün dəyərini itirib. İran üçün Naxçıvan üzərindən Türkiyə vasitəsilə Avropaya  daha rahat əlavə çıxış imkanı açılıb. İndi Ermənistan kimi bir dalana baş vurmaq İranın nəyinə lazımdr? Onu da deyək ki, Rusiya ilə dünyanın sanksiya müharibəsinin hələ uzun sürəcəyi səbəbindən İran barədə sanksiyaların yumşaldıla biləcəyini İranda da yaxşı görürlər. Onu da görürlər ki, bölgədə ilk əlamətləri görünməkdə olan yeni təhlükəsizlik sistemində Türkiyə və Azərbaycanın önəmli rolu olacaq. Əslində İran üzərindən Naxçıvana açılan yeni dəhliz İran üçün də geosiyasi əhəmiyyət daşıyır və formalaşmaqda olan yeni dünya təhlükəsizlik sisteminə daha sıx qovuşmaq yoludur. Qısası, indi İran üçün öz regional maraqlarını üstün qaydada  Azərbaycanın və Türkiyənin siyasəti ilə əlaqələndirmək daha perspektivli olmağa başlayıb, nəinki Ermənistanla… Ermənistan İran üçün də öz geosiyasi dəyərini itirir və proses davam edəcək. Bölgə üçün tam yeni olan bu proseslərin açılmasında Azərbaycanın 44 günlük müharibədən sonra yaratdığı reallıqlar müstəsna rol oynayır. Belə ki, Azərbaycan bölgədə real münaqişə vəziyyətinə son qoydu və ya müharibə təhlükəsini sıfıra yaxın minimuma endirdi, rayonları azad edərək İranla Prezidentimizin sözləri ilə desək "sülh sərhədi" yaratdı, Avropanın enerji təhlükəsizliyi üçün özünün etibarlı mənbə əmsalını daha da artırdı. Bütün bunlara kompleks olaraq baxdıqda, İranın regional siyasətində Azərbaycanla daha çox uzlaşan pozitiv tərpənişlərə onun şəksiz təsirlərini görürük.

Ukrayna ilə müharibə fonunda Rusiyanın ağır sanksiyalaraltı durumunun hələ nə qədər sürəcəyini bilmirik. Bu şəraitdə İranın indiyədək əsasən Şimala tərəf yönəlmiş əməkdaşlıq xətlərini Qərbə tərəf dəyişməsi təbii və İran başbilənləri üçün olduqca ağıllı taktikadır. Bu taktikanın uğur şərtlərindən biri isə məhz Azərbaycan və Türkiyə ilə uzlaşmaqdır .

İran üzərindən Naxçıvana dəhliz heç bir halda Zəngəzur dəhlizinin alternativi deyil və olmamalıdır. Prezident Əliyevin vaxtilə "Zəngəzur dəhlizi nəyin bahasına olsa da açılacaq" deməsi ən müxtəlif mülahizələrlə təlil edildi, hətta, bu sözləri Ermənistana yeni hərbi zərbələrin anonsu kimi yozanlar da oldu. Biz də bu mülahizələri inkar etmirik. Ancaq bizim təhlillərə görə, Prezident Əliyev Naxçıvana ehtiyac olduğu təqdirdə və şəraitin diktəsinə uyğun olaraq Qərbi Zəngəzurdan keçməyən əlavə dəhliz variantlarını daha öncədən görürmüş. Ancaq bu o demək deyil ki, Azərbaycan üçün Zəngəzurun dəyəri düşdü və ya Zəngəzur ikinci plana keçdi. Əksinə, Əliyevin "nəyin bahasına olursa olsun" ifadəsindəki qətiyyət Zəngəzurdan əsla vaz keçilməyəcəyinə heç bir şübhə yeri qoymur. Prezident Əliyev bunun xatirinə hətta hərbi zərbələri yenidən endirmək əzmi nümayiş etdirir.

Təhlillər göstərir ki, Əliyevin İran üzərindən Naxçıvana yol açmaq layihəsi nəinki Zəngəzur dəhlizinin dəyərini və aktuallığını azaltmır, əksinə, Zəngəzur dəhlizini sürətləndirə bilər. Belə ki, müharibədən sonra Ermənistan iqtisadi və kommunikativlik mənasında hələlik yeni bir şey qazanmayıb. Əksinə, Azərbaycan iqtisadi və kommunikativlik mənasında yeni üstünlük əldə edir. Bu incə məqam Paşinyanı da, onun müxaliflərini də xeyli təsirləndirəcək. Hamı ona deyəcək ki, Qarabağdan qovulandan sonra iqtisadi kommunikasiya imkanlarını da itirmək daha dözülməzdir. İran üzərindən Naxçıvana yol hazırlıqlarının başlanması Ermənistanı Zəngəzur dəhlizi ilə bağlı işləri sürətləndirməyə sövq edə bilər...

Azərbaycanın "atla gediş" taktikasının tam detallarını irəlidə görəcəyik...

Aydın QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ