Cümə günü, 13 noyabr 2026
     

“Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri müttəfiqlik münasibətlərimizin inkişafında yeni mərhələnin başlanğıcıdır” - Vüqar Rəhimzadə

Image


“Dünyaya nümunə olan Azərbaycan-Türkiyə münasibətləri bu gün müttəfiqlik səviyyəsinə yüksələrək uğurla inkişaf edir. İki dost, qardaş ölkə hər zaman bir-birinə dəstək olmuş, beynəlxalq təşkilatlarda bu və ya digər məsələlərlə bağlı vahid mövqedən çıxış edərək ədalət və beynəlxalq hüquq məfhumlarının mövcudluğunu dünyaya çatdırmış, ikili standartlara əsaslanan siyasətin hər zaman problemlərə yol açdığını faktlar əsasında bəyan etmişlər. Hər bir münaqişəli məsələnin həllində ədalətin, beynəlxalq hüququn yanında olduğunu bəyan edən rəsmi Ankara artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə də dünyaya eyni çağırışları etdi. Ermənistanın işğalçılıq siyasətinə «Dur!» demək zamanı olduğu özünü sivil adlandıran dünyaya dəfələrlə çatdırılsa da  «nədənsə»  bu həqiqəti qulaqlar eşitmək, gözlər  görmək istəmədi. Amma Azərbaycan dövlətinin qətiyyəti, ordumuzun gücü, qüdrəti, xalqımızın  yenilməzliyi, məğrurluğu, ədalətin, haqqın tərəfində olan dövlətlərin, beynəlxalq təşkilatların, xüsusilə dost, qardaş Türkiyənin mənəvi və siyasi dəstəyi əsasında bu əzəli torpaqlarımıza qovuşacağımıza tam əmin idik. Bu baxımdan dövlət başçısı İlham Əliyev 44 günlük Vətən müharibəsini həqiqət anı kimi dəyərləndirdi. Bildirdi ki, kimin haqqın, kimin şərin yanında olduğu bəlli oldu. İkinci Qarabağ müharibəsinin gedişində qardaş Türkiyənin, Pakistanın dəstəyini yüksək dəyərləndirən dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bununla bağlı həmin dövlətlərə minnətdarlığını ifadə edir, bu dəstəyin Azərbaycan xalqına, ordusuna, ümumilikdə ölkəmizə böyük güc verdiyini açıqlayırdı. Nəhayət, 44 günlük Vətən müharibəsi tarixi Qələbəmizlə başa çatdı. Müharibənin başlandığı ilk andan dünyaya “Azərbaycan tək deyil” mesajını ünvanlayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  istər Vətən müharibəsinin gedişi, istərsə də postmünaqişə dövründə qardaş ölkənin Azərbaycanın yanında olduğunu əməli fəaliyyəti ilə nümayiş etdirdi”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, tarixi Zəfərimizin dünyaya təqdimatında əhəmiyyətli rol oynayan  Zəfər paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakından sonra dünyanın növbəti dəfə diqqəti Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşaya yönəldi: “Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın işğaldan azad edilmiş Şuşaya ilk səfəri Azərbaycanda səbirsizliklə gözlənilirdi. Qədim şəhərimiz olan Şuşadan verilən açıqlamalar bütün dünyaya səs saldı, böyük əks-səda yaratdı. Bu səfərin tarixi əhəmiyyəti bundan sonra da uzun illər ərzində dillərdə  əzbər olacaq”.

YAP Xətai rayon təşkilatının sədri onu da bildirib ki, Şuşa Bəyannaməsinin imzalanmasından ötən 9 aya yaxın müddətdə iki qardaş ölkənin əlaqələrinin daha da güclənməsini,  dostluğumuzun sarsılmazlığını təsdiqləyən xeyli faktlar sadalamaq olar: «Dünya bu reallığa şahidlik etdi ki, işğaldan azad edilmiş ərazilərimizə ilk səfər edən dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oldu. Ötən ilin oktyabrında Qarabağın hava qapısı- Füzuli Beynəlxalq Hava Limanı iki dost, qardaş ölkə prezidentlərinin iştirakı ilə dünyaya açıldı. Bu tarixi hadisədən sonra Zəngilanda  «ağıllı kənd» layihəsi çərçivəsində ilk pilot layihə olaraq Ağalı kəndlərində görülən işlərlə tanışlıqdan sonra iki qardaş ölkənin birgə investisiya layihəsi olan “Dost Aqropark”ın təməli qoyuldu. Artıq son aylar isə Şuşa Bəyannaməsinin hər iki ölkənin parlamentində təsdiqi ilə yadda qalır. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərində Türkiyə şirkətlərinin fəal iştirakı  diqqətdən kənarda qalmır. Dövlət başçısı İlham Əliyev tarixi Zəfərimizdən sonra  bərpa və quruculuq işlərinə start verilən zaman bütün dost ölkələrə bu prosesdə iştirak etmək üçün çağırış etdi.  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşadan səsləndirdiyi  “Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür» mesajı hər bir hədəfə doğru birgə addımlamaqla möhtəşəm nəticələr əldə edəcəyimizə böyük  əminlik yaradır”.

Vüqar Rəhimzadə tarixi Zəfərimizdən sonra Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına xidmət edən mühüm addımlar sırasında Azərbaycan-Türkiyə Media Platformasının yaradılmasını xüsusi qeyd edib: “Şuşa Bəyannaməsində əksini tapan müddəalarda bu platformanın  imkanlarından səmərəli istifadə öz əksini tapıb. Birgə Media Platformasının məqsədi Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrini və əməkdaşlığını media və kommunikasiya sahəsində gücləndirməklə strateji media ortaqlığının yaradılmasıdır. Hazırkı dövrdə beynəlxalq arenada bəzi dairələr tərəfindən Azərbaycana və Türkiyəyə qarşı əsassız  təbliğatın aparıldığı  bir zamanda  belə bir mühüm addımın atılması olduqca əhəmiyyətli idi. Azərbaycan və Türkiyə diaspor təşkilatlarının birgə fəaliyyəti nəticəsində  belə təbliğatların qarşısı faktlar əsasında alınır. Amma ictimai fikrin formalaşmasında, informasiya cəbhəsində  uğur qazanılmasında medianın rolunu nəzərə alsaq, belə bir platformanın yaradılması mütləq idi.»

YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki,  Azərbaycan və Türkiyənin birgə səyləri nəticəsində  həyata keçirilən enerji layihələri regiona sabitlik, iqtisadi tərəqqi gətirir: «Bu layihələrdən yalnız  iştirakçı deyil, digər dövlətlər də bəhrələnirlər.  Əvvəlcə regional çərçivədə  qurulan münasibətlər zaman keçdikcə coğrafiyasını daha da genişləndirdi.  BTC və BTƏ  neft-qaz layihələrinin ardıcılları sırasında Cənub Qaz Dəhlizinin  seqmentlərini qeyd edə bilərik.  Hər bir layihənin uğurlu sonluqla başa çatması digər layihələrin  gündəmə gətirilməsini şərtləndirir.  Bu gün Azərbaycanın təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınması və nüfuz qazanması gündəmə gətirdiyi hər bir layihəni uğurlu sonluqla başa çatdırmasından irəli gəlir. Bir sözlə,  Azərbaycan-Türkiyə birliyi daim bölgədə sülhün, təhlükəsizliyin qarantı kimi dəyərləndirilib”.

Vüqar Rəhimzadə bildirib ki, münasibətləri müttəfiqlik  səviyyəsinə yüksələn  iki qardaş ölkənin ayrı-ayrı sahələrdə birgə əməkdaşlığı  əsasında qazanılan uğurlara qısa nəzər salmağımız səbəbsiz deyil: “Martın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə qardaş ölkədə işgüzar səfərdə olan dövlət başçısı İlham Əliyevin  həmkarı ilə keçirilən və 4 saatdan artıq davam edən görüşündə də iki ölkə arasında bütün sahələrdə əlaqələrin hazırkı səviyyəsi geniş müzakirə olunaraq  Azərbaycan-Türkiyə müttəfiqlik əlaqələrinin inkişafından bir daha  məmnunluq ifadə olundu. Prezident İlham Əliyevin  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycana səfərə dəvət etməsi prezidentlərin şəxsi münasibətlərinin dövlətlərimiz arasında əlaqələrin inkişafında əhəmiyyətli roluna bir daha işıq saldı”.

YAP Xətai rayon təşkilatının sədri dövlət başçısı İlham Əliyevin Türkiyəyə işgüzar səfərini  Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin inkişafında yeni mərhələnin başlanğıcı  kimi dəyərləndirib: “Görüşdə  qardaşlıq və dostluq münasibətlərinin müttəfiqlik əsasında daha da inkişaf etdiyi vurğulandı. Postmünaqişə dövründə Azərbaycan ilə Ermənistan arasında əlaqələrin normallaşdırılmasının perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. Həmçinin Zəngəzur dəhlizinin açılmasının, onun region üçün yaratdığı perspektivlərin, bu xüsusda Qars-Naxçıvan dəmir yolu xəttinin çəkilməsinin əhəmiyyəti qeyd olundu. Azərbaycan-Türkiyə əlaqələrinin gələcək inkişafı üçün yol xəritəsi kimi dəyərləndirilən Şuşa Bəyannaməsində də  Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələlər yer alıb”.

“Qarşılıqlı səfərlər və bu səfərlər çərçivəsində imzalanan sənədlər, keçirilən görüşlər və müzakirə olunan məsələlər  əlaqələrin inkişafında stimulverici amil rolunu oynayır” söyləyən YAP Xətai rayon təşkilatının  sədri Vüqar Rəhimzadə bir daha  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci ilin dekabrında ölkəmizə səfəri zamanı mətbuata bəyanatında imzalanan sənədlərə söykənərək “Atılacaq daha çox imzalar var” çağırışına istinad edərək bu fikri vurğulayıb ki,  iki müttəfiq  ölkənin- Azərbaycan və Türkiyənin əlaqələrinin gələcək  inkişafı  üçün bütün imkanlar mövcuddur. Tarixi köklərə malik olan bu birlik, həmrəylik əbədidir, sarsılmazdır.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ