Cümə günü, 13 noyabr 2026
     

Yeni dünya müharibəsinin qarşısı Azərbaycan sayəsində alına bilər...

Image


Bu gün dünya miqyasında Azərbaycanı fərqləndirən mühüm xüsusiyyətlərdən biri dünya birliyinə dinamik inteqrasiya şəraitində sülhü aktiv şəkildə təşviq etməsidir.

Azərbaycan dünyada mövcud ziddiyyət və münaqişələrin məhz dialoq vasitisilə sülh zəminində çözülməsini fəal təbliğ edən ölkələr sırasında yer alır. Bu hal Rusiya-Ukrayna savaşı fonunda özünü bir daha qabarıq büruzə verir.

  • Ziddiyyətli beynəlxalq münasibətlər sistemində hamının hesablaşdığı ölkə...

Rusiya-Ukrayna savaşını yaxından izləyən analitiklər bəşəriyyətin indi yeni dünya müharibəsi ərəfəsində olduğunu qeyd edirlər. Çünki böyük güclər arasındakı ziddiyyətlər heç vaxt bu həddə çatmayıb. Ukrayna isə həmin güclər arasında gedən savaşın növbəti meydançalarından birinə çevrilib. Azərbaycan indi aktiv münaqişənin məhz dinc həllinə çalışır. Özü də nəzərə alınmalıdır ki, Azərbaycan qlobal güclərin qarşıdurması fonunda beynəlxalq münasibətlər sistemində proseslərin obyekti yox, subyekti kimi çıxış etməkdədir. Digər önəmli məqam budur ki, beynəlxalq münasibətlərin hazırkı ziddiyyətli və gərgin dövründə Prezident İlham Əliyev qarşı duran bütün tərəflərin etibar və etimad etdiyi nadir fiqurlardandır. Bunun konkret sübutu kimi son günlərdə Rusiya və Qərb liderlərinin Azərbaycana ünvanladıqları çoxsaylı məktublar, telefon zənglərini, nümayəndələrin səfərlərini və digər təmasları göstərmək olar. Bu bir daha təsdiq edir ki, Azərbaycan hazırkı mürəkkəb, ziddiyyətli beynəlxalq münasibətlər sistemində hamının hesablaşdığı ölkəyə çevrilib.

Elə Prezident İlham Əliyevin Türkiyə səfərinə də qeyd edilən prizmadan yanaşmaq lazımdır. Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündə Prezident İlham Əliyevin müzakirə etdiyi əsas məsələlər postmünaqişə dövründə Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşdırılmasının perspektivləri, həmçinin Zəngəzur dəhlizinin açılmasının, onun region üçün yaratdığı perspektivlərin, bu xüsusda Qars-Naxçıvan dəmir yolu xəttinin çəkilməsi ilə bağlı olub. Bundan başqa, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda təsbit olunmuş bütün müddəaların Ermənistan tərəfindən icrasının vacibliyi, Türkiyə və Ermənistan nümayəndə heyətlərinin təmasları mövzusu ətrafında müzakirə aparılıb. Görüşdə Ukraynadakı hadisələr xüsusi diqqət mərkəzində olub. Türkiyə və Azərbaycanın sözügedən ölkədəki müharibənin tezliklə dayandırılması istiqamətindəki səyləri yüksək qiymətləndirilib. Türkiyə və Azərbaycan ona da diqqət edirlər ki, Rusiya-Ukrayna konflikti təkcə bu ölkələr arasında münasibətlərə yox, həm də rəsmi Moskva ilə Qərb dövlətlərinin əlaqələrinə mənfi müstəvidə ciddi zərər vurub. Artan qarşılıqlı ittihamlar, Ukrayna ərazisində davam edən hərbi əməliyyatlar vəziyyəti daha da mürəkkəbləşdirir, qarşıdurma miqyasını genişləndirir. Hazırda qeyd edilən müstəvidə baş verənlər dünyanı yeni siyasi, iqtisadi böhrana sürükləyir. Məhz bu səbəbdən Ukrayna ətrafında yaranan gərginliyin, bunun müxtəlif formalarda digər ölkələrə təsirinin aradan qaldırılması bütün dünya dövlətlərinin, o cümlədən Azərbaycanın xüsusi maraq dairəsində yer alır. Azərbaycan mövcud ziddiyyət və problemlərin dinc müstəvidə dialoq, danışıqlar yolu ilə həllinin tərəfdarıdır. Belə dialoqun təşkili, tərəflərin bir araya gəlməsi üçün Azərbaycan vasitəçi ölkə qismində çıxış etməyə hazırdır və bunun üçün bütün imkanlara malikdir.

  • Azərbaycan savaş aparan ölkələr üçün ən ideal vasitəçilərdən biridir

Hadisələrin təhlili göstərir ki, istər Rusiya-Ukrayna, istərsə də Rusiya-Qərb ölkələri arasında indiki gərgin münasibətlərin dialoq yolu ilə aradan qaldırılması imkanları tükənməyib. Sadəcə, bunun üçün dialoq və danışıqlarla bağlı təşəbbüslərin həyata keçirilməsi vacibdir. Belə dialoq və danışıqların məhz Azərbaycanın vasitəçiliyi ilə reallaşdırılması da mümkün və arzuediləndir. Hazırda Azərbaycanın həm Rusiya, həm də Ukrayna ilə münasibətləri yüksək səviyyədədir. Hər iki ölkə Azərbaycana tam etimad göstərir, qarşılıqlı münasibətlərin inkişaf səviyyəsindən razılıq ifadə edir. Bu da o deməkdir ki, tərəflər arasında ziddiyyətlərin danışıqlar yolu ilə çözülməsi halında Azərbaycan vasitəçi qismində çıxış edə bilər.

Xatırladaq ki, cari il fevralın 26-da Azərbaycan prezidenti İlham Əliyevin ukraynalı həmkarı Volodimir Zelenski, eləcə də Rusiya dövlət başçısı Vladimir Putinlə telefon danışıqlarında Ukrayna ətrafında mövcud vəziyyət əsas diqqət mərkəzində yer alıb. Bu danışıqlarda Azərbaycanın vasitəçiliyi gündəmə gəlib. Azərbaycanın Ukrayna məsələlərinə münasibətdə mövqeyi Qərb ölkələri üçün də xüsusi maraq doğurur. Təsadüfi deyil ki, son günlər ərzində Qərb liderləri bu xüsusda  prezident İlham Əliyevlə daha çox müzakirələr aparmağa başlayıblar. Bütün bunlar bir daha təsdiq edir ki, Ukrayna böhtranına yanaşma, onun həlli yolları ilə bağlı Azərbaycanın mövqeyi Qərb ölkələri üçün böyük əhəmiyyət kəsb edir. Bu şəraitdə Rusiya-Ukrayna qarşıdurmasının danışıqlar yolu ilə həllində Azərbaycanın, eləcə də qardaş Türkiyənin mümkün vasitəçilik missiyasına Qərb ölkələri tərəfindən tam dəstək veriləcəyi heç bir şübhə doğurmur. Digər tərəfdən, elə Qərb-Rusiya ziddiyyətlərinin aradan qaldırılmasında da Azərbaycan yenə ən ideal vasitəçilərdən biri hesab edilir. Rusiya ilə mütəffiqlik münasibətlərinə malik Azərbaycan Avropa İttifaqına üzv ölkələrin bir çoxu ilə əlaqələrini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu getdikcə artır. Bu müstəvidə Avropa Azərbaycanla münasibətlərini daha da dərinləşdirməyə hazırlaşır və ölkəmizə ən etibarlı partnyorlarından biri kimi yanaşır. Bundan əlavə, istər Avropada, istərsə də bütün dünya miqyasında nəzərə alınır ki, Prezident İlham Əliyevin  rəhbərliyi altında Azərbaycan balanslı xarici siyasət həyata keçirir. Bu siyasət dünya miqyasında əks mövqe və qütblərdə dayanan  ölkələr və təşkilatlar tərəfindən təqdir edilir. Elə bu səbəbdən belə ölkə və təşkilatlar siyasi, iqtisadi, hərbi dialoq üçün bir çox hallarda görüş məkanı kimi Azərbaycanı seçir. Belə şəraitdə Rusiya və Qərb ölkələri arasında ziddiyyətlərin çözümündə Azərbaycanın vasitəçilik missiyasını yerinə yetriməsi mümkün və vacib sayılır. Çünki ziddiyyətlərin, qarşıdurmaların dərinləşməsi dünyanı yeni fəlakət və böhranlar girdabına sürükləyir. Bu bütün dünya dövlətlərini və xalqlarını təhdid edir. Azərbaycan bu böhran və fəlakətlərin danışıqlar və dialoq yolu ilə dinc zəmində çözümünün tərəfdarıdır və bunun üçün müvafiq vasitəçilik missiyasını uğurla yerinə  yetirməyə tam hazırdır. Hər halda bu, dünyanın da diqqət mərkəzində yer alır. Hesab edilir ki, həm Azərbaycan, həm də Türkiyə vasitəsilə Rusiya-Ukrayna, eləcə də Rusiya-Qərb arasında indiki gərgin münasibətləri dialoq yolu ilə çözmək olar. Azərbaycanın region ölkələri, eləcə də qarşıdurmaya gedən dövlətlərlə mövcud münasibətləri buna imkan verir.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ