Cümə günü, 13 noyabr 2026
     

Ermənilər Şuşanın Qaladərəsi kəndinin adını “dəyişdilər”- kilsə ilə bağlı saxta hay-küy saldılar...

Image


Qarabağdakı separatçılar heç cür durub dayanmaq istəmirlər. Min cür yalan-palan danışıb, gündə bir qondarma iddia irəli sürüb özlərini aldatmaqla məşğuldurlar. Bu azmış kimi, Qarabağdakı Azərbaycan kəndlərinin adlarını dəyişdirməkdən, saxtalaşdırmaqdan, bu saxtakarlığı sosial şəbəkələrdə təbliğ etməkdən usanmırlar.

Birmənalı olaraq saxtakarlıq bunların yaşam tərzinə çevirilib. “Müdafiə ordusunun” keçmiş mətbuat katibi Senor Hasratyan Facebook-da iddia edib ki, guya Şuşa rayonunun Böyük Qaladərəsi ( Mets Şen) kəndindəki “qədim erməni kilsəsi” azərbaycanlıların “əməlləri nəticəsində” sökülmək təhlükəsi ilə üzləşib. Guya keçmiş “mətbaut katibi” özü bu günlərdə o kənddə olarkən bunu “gözləri ilə görüb”. Nəzərə alsaq ki, hazırda həmin ərazidə ermənilər yaşayır, azərbaycanlılar o kilsəyə necə ziyan vura bilər ki, bunlar yenə hay-küyə başlayıblar?

  • “Biz burada növbəti iftira və növbəti həyasızlıqdan başqa heç nə müşahidə etmirik”

Siyasi ekspert Rövşən Rəsulov bizimlə söhbətində bildirdi ki, ermənilər bizim kəndlərin adlarını kütləvi şəkildə dəyişməklə böyük cinayət edirlər.

“Ermənilərin bu qədər əl-ayağa düşmələrinin, özlərini əzabkeş, məzlum kimi göstərmələrinin arxasında əsla dini abidələrə hörmət məqsədi dayanmır. Bütün bunların arxasında yalnız bir kirli maraq dayanır – “xristian mənsubları” donuna girməklə, maksimum şəkildə Azərbaycana qarşı ittihamlar yağdırmaqla xristian mərkəzlərinin diqqətini özlərinə çəkmək. Məlumdur ki, ermənilər özlərini dünyanın bir sıra xristian millətlərindən və xalqlarından ayırmaqla ayrıca dini cərəyana, yaxud məzhəbə  - qriqorianlığa aid olduqlarını bildirirlər. Yəni onların “məzhəbi” yalnız özlərinə aiddir və bu əslində din deyil, sektantlıq faktorunu ehtiva edir. Ermənilər özlərini “dünyada ilk xristianlar” kimi təqdim etməklə digər xristian məzhəblərindən üstün olduqlarını, məhz özlərinin “əsl xristian” olduqlarını zorla dünya ictimai rəyinə sırımaqla məşğuldurlar. Və bu xüsusda öz sektant baxışlarını siyasətə calayırlar. Daha dəqiq desək, hətta “dinlərindən” sui-istifadə etməklə öz kirli məqsədlərini həyata keçirməyə cəhdlər göstərirlər”. 

R.Rəsulovun vurğuladığına görə, bu gün separatçılar daha ağ yalanlar söyləyirlər ki, bəlkə dünyada kimlərinsə tükünü tərpədə bilələr: “Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərimizdə yaşayan ermənilər bir az da irəliyə gedərək iddia edirlər ki, Şuşa rayonunun Böyük Qaladərəsi deyilən yerində tarixi kilsə guya azərbaycanlılar tərəfindən dağıdılıb. Halbuki, üçtərəfli bəyanat imzalandıqdan sonra bu ərazidə RSK dayanır və azərbaycanlıların, ümumiyyətlə, orada hər hansı bir əməl törətməsi qeyri-mümkündür. Göründüyü kimi, biz burada növbəti iftira və növbəti həyasızlıqdan başqa heç nə müşahidə etmirik. Eyni zamanda, bu kilsənin tarixi Qafqaz Albaniyasına məxsus məbəd olduğu da bir çox mənbələrdə qeyd edilib. Hər yerdə olduğu kimi, bu ərazidəki qədim Alban kilsəsini də özününküləşdirən ermənilər indi onun üzərindən Azərbaycana qarşı iddialar səsləndirməyə başlayıblar. Və çox yəqin ki, saxtalaşdırdıqları kilsə üzərində özlərinin törətdikləri dağıntıları da Azərbaycanın ayağına “yazmağa” cəhdlər göstərirlər. Onlar əslində bu vasitə ilə 30 il işğal altında qalmış ərazilərimizdə dağıtdıqları, təhqirlərə məruz qoyduqları məscidlərimizi, pir və ocaqlarımızı, tarixi və dini abidələrimizi xarici ölkələrin gözündən yayındırmağa çalışır, diqqəti isə bu cür sərsəm iddiaları ilə öz üzərlərinə çəkə biləcəklərini sanırlar. 

Lakin buradan digər bir sual da yaranır ki, əgər ermənilər özlərini dünyanın “ilk xristianları” hesab edirlərsə, vaxtilə işğal etdikləri Şuşadakı tarixi rus pravoslav kilsəsini niyə erməniləşdirmişdilər? Axı bu barədə fotoları, videoları bol olan çoxsaylı faktlar, dəlillər, sənədlər mövcuddur! Yaxud, bugünün özündə Xocavənddəki rus pravoslav kilsəsini xaraba vəziyyətə qoymaqla onun daşlarını, kərpiclərini daşıdıqlarını niyə etiraf etmirlər? Məgər onlar dünyanı bu qədərmi ələ sala biləcəklərini sanırlar? 

Hesab edirəm ki, artıq belə oyunbazlıqlar ümumiyyətlə diqqət cəlb etmir. Artıq o da məlumdur ki, UNESCO-nun və BMT-nin məsul şəxsləri Qarabağa səfər edərək həm tarixi abidələrə qarşı törədilmiş vandallıqları qeydə alacaqlar, həm də Azərbaycana 30 il müddətində dəymiş ziyanları hesablayacaqlar. Sərsəm iddialarla çıxış edən dünyanın “ən qədim xristianları” isə əslində qarşılarına qoyulan faktlardan əsla yaxa qurtara bilməyəcəklər. Dağıdılmış hər bir məscidin, hər bir tarixi, dini abidəmizin hesabı bu varvarlardan sorulacaq və əslində onların özləri də bunu çox gözəl anlayırlar. Ona görə də “olarsa-olar”, olmazsa-olmaz” deyib quyruqlarını qapı arasından çıxara biləcəklərini sanırlar, amma yanılırlar. 

Bu gün dünya hər şeyi öz rəngində görür, ağı-qaradan seçməyi bacarır. Bəli, ola bilsin ki, bəzi dairələr ermənilərin maraqlarından çıxış edə bilərlər, amma sizi inandırım, belə dairələr də artıq barmaqla sayılacaq qədərdir. Söz yox ki, ermənilər nə qədər həyasızcasına haray-şivən qaldırıb özlərini “məzlum”, “əzabkeş” kimi göstərəcəklərsə, bir o qədər də ifşa olunacaqlar. Artıq dünya da bunların sözügedən hay-həşirlərindən, klounadalarından bezib və sözün əsl mənasında cana dolub. Eyni zamanda dünya yeni çağırışlar, mesajlar astanasındadır və baş verən siyasi kataklizmlər, müharibələr və s. qlobal faktorlar uzun illər bəşəriyyətin zəhləsini aparmış erməni bağırtılarını dərin quyunun dibinə tolazlayıb. Və bu gün bənzər erməni iddiaları müxtəlif sosial şəbəkələrdə, informasiya məkanlarında məsxərəyə qoyulur, ələ salınır. Bu gün ermənilər yalnız öz dediklərini deyib-eşidirlər. Haqqında bəhs etdiyimiz növbəti olay da əslində tam şəkildə məsxərəyə qoyulacaq bir reallıqdır”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ