Cümə günü, 13 noyabr 2026
     

Ermənistanın təzə prezidenti sabahkı iqtisadi vəziyyət üçün göz yaşları tökdü...

Image


Rusiyaya qarşı tətbiq edilən çeşidli sanksiyalar Ermənistanda da böyük narahatlıqla qarşılanır. Sanksiyalar davam etdikcə Ermənistanın yeni prezidentinin narahatlıqları da artır. Bu sanksiyalara görə ruslardan çox erməni prezident ağlayır, kədərlənir, ah-vay edir.  Ermənistanın yeni prezidenti Vaaqn Xaçatryan “Sputnik Armenia”ya açıqlamasında bildirib ki, Rusiyaya qarşı sanksiyalar Ermənistan iqtisadiyyatına ciddi risqlər yaradıb.

 

O, sanksiyaların idarəolunmaz risqlər yarada biləcəyini deyib: “Biz sanksiyaların nəticələrinin bir hissəsini proqnozlaşdıra bilərik, amma tam qiymətləndirmə mümkün deyil”.

Ermənistan prezidenti vəziyyətin kəskin dəyişə biləcəyini, ölkəsinin maliyyə sisteminə birmənalı zərər vuracağını əlavə edib.

Azərbaycan mediası isə yazır ki, Xaçatryan xarici amillərin ölkə iqtisadiyyatına neqativ təsirinin ilin sonuna qədər qalacağını düşünür.

Doğrudanmı Rusiyaya qarşı tətbiq edilən sankiyaların Ermənistan iqtisadiyyatına mənfi təsiri ola bilər? Ermənistanın özünün xarici əlaqələri olmadığı halda erməni prezident Rusiyaya verilən sanksiyaların öz ölkəsinin iqtisadiyyatı üçün risqlər yaratdığını niyə bəyan edir?

Ekspertlər qeyd edir ki, Ermənistan kağız üzərində “müstəqil dövlət” olsa da, reallıqda Rusiyanın forpostudur və onun bir dövlət kimi özünün siyasəti yoxdur. Ekspertlər hesab edir ki, Ermənistan prezidentini qorxudan Rusiyaya tətbiq edilən sanksiyalar nəticəsində ölkəyə yardımların azalmasıdır. Ermənistanın yeni prezidentinin göz yaşı axıtmaqla yeni sahib axtarışında olduğunu deyən ekspertlərin sözlərinə görə, o bununla, guya dünyadakı erməni təşkilatlarına səslənmək istəyir ki, Qərbdəkilər Ermənistanı ac qoymasınlar. Ekspertlərə görə, Ermənistan iqtisadiyyatı çox zəifdir və burada iqtisadiyyata azdan-çoxdan yardım edən rusiyalı iş adamları, sahibkarlardır, onlar da çıxıb getdikdən sonra Ermənistanı daha qara günlər gözləyir. Bu səbəbdən də Ermənistan prezidentinin ah-vay etdiyini deyən ekspertlərin sözlərinə görə, Rusiyaya tətbiq edilən sanksiyalar Ermənistanı da bərk vuracaq.    

  • “Bu da Ermənistanın iqtisadiyyatına mənfi mənada təsirsiz ötüşməyəcək”

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistan prezidentinin indidən göz yaşı tökməsi səbəbsiz deyil və doğrudan da bu sanksiyalar Ermənistanı da diz çökdürəcək. O qeyd etdi ki, onsuz da Ermənistanın iqtisadiyyatı iflic vəziyyətdədir, sanksiyalar isə onu tamamilə oturdacaq. A.Nəsirli deyir ki, Rusiyaya tətbiq edilən sanksiyaların Ermənistandan yan keçməyəcəyi aydındır. “Rusiyaya sanksiyaların tətbiq edilməsi doğrudan da Ermənistan iqtisadiyyatına ciddi təsirlər göstərəcək. Ermənistan iqtisadiyyatının tərkib hissəsinə baxsaq görərik ki, iqtisadiyyatın sahibkarlıq fəaliyyəti ilə məşğul olan əsas hissəsi Rusiya sahibkarlarının əlindədir. Yəni enerji sistemi, təchizat, ərzaq və digər məsələlər hamısı Rusiya sahibkarlarının əlində cəmləşib. Ermənistan iqtisadiyyatında Rusiya faktoru böyük təsirə malikdir. Ona görə də, Rusiyada sanksiyalardan dolayı  yaranan problemlər həm də Ermənistanda problemlərin yaranmasına səbəb olacaq. Əgər bu gün-sabah Rusiyada ərzaq qıtlığı yaranacaqsa, bu, Ermənistanda da özünü göstərəcək. Digər tərəfdən, Ermənistanda fəaliyyət göstərən rus sahibkarlarına da sanksiyalar qoyulub, onların vəsaitlərinin bir hissəsi xarici banklarda dondurulub. Əllərindən çıxan vəsaitlərin yerini doldurmaq üçün rus sahibkarların bir hissəsi Ermənistandakı biznesini Rusiyaya köçürmək məcburiyyətində qalıb. Bu səbəbdən də, bir tərəfdən Ermənistan iqtisadiyyatı bu istiqamətdə təsirlərdən yan qaça bilməyəcək. Digər tərəfdən də, ola bilsin ki, o sanksiyalardan, Rusiyanın sanksiyalaşdırıldığı maddələr üzrə Ermənistana da müəyyən öhdəliklər düşsün”.

A.Nəsirlinin fikrincə, Rusiyadan məhsul ixracında Ermənistan maraqlı olsa da, mümkün qədər indiki halda Qərbə yarınmağa çalışır. Mərkəz sədri hesab edir ki, Qərbin Rusiyaya ixracat sahəsində qoyduğu qadağalara, tətbiq etdiyi sanksiyalara Ermənistan da dəstək verməyə çalışacaq. Onun sözlərinə görə, Rusiya iqtisadiyyatı ağır duruma düşdükdən və Ermənistana bir xeyri dəymədikdən sonra Ermənistan yürütdüyü çoxüzlü siyasətdən istifadə edərək Rusiyanın yox, Qərbin maraqlarına tərəfdar olacaq: “Yəni bu vəziyyətdə Qərbin və Amerikanın maraqlarını müdafiə edən tərəf kimi Paşinyan hakimiyyəti sanksiyalar prosesinə töhfə verməyə çalışacaq. Ermənistan, dolayısı ilə də olsa, bu kampaniyaya qatılacaq. Bunu ehtimal edirəm və bu tamamilə mümkündür. Təbii ki, Paşinyan Qərbyönümlü siyasətçi kimi hakimiyyətə gəlib, ona görə də Qərbin başlatdığı sanksiyalar kampaniyasına Ermənistan da qatılmağa cəhdlər edəcək. Bu da Ermənistan iqtisadiyyatına mənfi təsir göstərəcək. Bu aşağı ehtimaldır. Amma düşünürəm ki, Ermənistan Qərbin, dünyanın demokratik kəsiminin gözünə girməkdən, hörmətini qazanmaqdan ötrü bu istiqamətdə də müəyyən addımlar atmağa çalışacaq. Rusiya ilə yaxın müttəfiq, KTMT-nin üzvü olmasına baxmayaraq, Ermənistan Qərbin tətbiq etdiyi sanksiyalar axınına az da olsa töhfə verməyə çalışacaq. Bu da Ermənistanın iqtisadiyyatına mənfi mənada təsirsiz ötüşməyəcək. Amma o təsirlərin gücünü biz o vaxt müəyyən edə bilərik ki, Ermənistanın Qərbin sanksiyalar paketinə hansı formada dəstək verəcəyini bilək. Bu dəstək bəlli olandan sonra Ermənistana təsirlərini dəqiqləşdirmək olar. Amma belə də, yuxarıda qeyd etdiyim kimi, Rusiyanın imkanlarının sanksiyalara görə məhdudlaşması Ermənistan iqtisadiyyatına ciddi mənfi təsirlər göstərəcək. Buna görə də Ermənistan prezidenti bu cür açıqlama verir, göz yaşları tökür, Qərbin diqqətini cəlb etmək üçün belə taktikadan istifadə edir”- deyə A.Nəsirli bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ