Cümə günü, 13 noyabr 2026
     

Dünya yeni dəhşətli müharibəyə sürüklənir...

Image


Rusiya və Ukrayna arasında baş verənlər, buna Qərb dövlətlərinin reaksiyası yeni dünya müharibəsinin olacağını artıq istisna etmir. Əvvəla o baxımdan ki, baş verənlər fonunda Qərb-Rusiya gərginliyi pik həddə çatır və bu da onlar arasında savaş ehtimalını yüksəldir. Digər tərəfdən, dünyanın digər bölgələrində də münaqişə ocaqları yenidən qızışır və bu prosesdə daha çox sayda ölkənin iştirakı qaçılmaz sayılır.

İndilikdə isə əsas diqqət məhz Rusiya-Ukrayna mühariəsi üzərində fokuslanır. Ukrayna prezidenti Volodimir Zelenski “Sky news” telekanlına müsahibəsində bu xüsusda qeyd edir: “Biz Rusiyaya qarşı müharibəni tək dayandıra bilmərik. Bunun üçün dünya xalqları gec olmadan birləşməlidir”. O deyib ki, Qərb dövlətləri mütləq Ukraynanın hava məkanını bağlamalıdır və bunu tez bir zamanda etmək lazımdır: “Əgər bunu indi eləməsəniz, sonra gec olacaq və durum daha da pisləşəcək. İnanın mənə, proseslər belə davam etsə, nə vaxtsa hava məkanını bağlayacaqlar. Amma bu, milyonlarla insanın canı hesabına başa gələcək. Üçüncü dünya müharibəsi başlayacaq və yalnız bundan sonra Qərb ölkələri qadağa zonası elan edəcək. Bir daha deyirəm, onda gec olacaq. Rusiya bizim ölkəni işğal edə bilər, amma qalib gələ bilməz. Biz Putinlə danışmağa cəhd etdik, lakin bu nəticə vermədi. Qərb isə, təəssüf ki, nəsə etmədi”. Zelenski hesab edir ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə kifayətlənməyəcək: “İndi Qərb seçim etməlidir. İki il sonra Qərb müharibə zonasına çevrilə bilər. Rusiya Avropanın mərkəzini bombalayanda “niyə vaxtında Ukraynanın hava məkanını bağlamadıq”- deyə, özlərinə sual verəcəklər”. Almaniyanın “Die Zeit” qəzetinə müsahibəsində isə o bildirib: “Putin Ukrayna kimi Avropanı da bölmək istəyir. Əminəm ki, Moldova, Gürcüstan, Baltikyanı ölkələr və hətta Polşa təhlükə altındadır. Nə qədər ki, Rusiyanın hücum etmək imkanı var, bütün qitə təhlükə altındadır”. Rusiyanı dayandırmaq üçün sanksiyaların kifayət etmədiyini vurğulayan Zelenski Qərb şirkətlərinin hələ də müxtəlif bəhanələrlə Rusiya bazarında qaldığını bildirib. O, sanksiyaların daha da sərtləşdirilməsinin lazım olduğunu deyib: “Bu indi baş verməsə, Baltikyanı ölkələr, Polşa, Moldova, Gürcüstan və Rusiyanın bütün digər qonşularını işğaldan qorumaq üçün daha çox iş görməli olacaqsınız. Sanksiyalar daha da sərtləşdirilməlidir”.

Məhz belə bir vaxtda Rusiya bəyan edib ki, Qərbdən Ukraynaya gələn təchizat yollarına hərbi zərbələr endirə bilər. Qərb isə əsasən Polşa üzərindən Ukraynaya təchizat göndərir. NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Rusiya Polşadakı təchizat zəncirlərini vursa, NATO nizamnaməsindəki 5-ci maddəyə uyğun olaraq cavab zərbəsi endirəcək: “Rusiyada anlaşılmazlıq olmasın deyə bildirək ki, 130 təyyarəmiz, uzaq şimaldan Aralıq dənizinədək 200-dən çox gəmimiz, minlərlə əlavə qoşun yüksək hazırlıq vəziyyətindədir. NATO-nun məsuliyyəti gərginliyin və münaqişənin Ukrayna sərhədlərini aşmasının qarşısını almaqdan ibarətdir”.

Baş verənlərlə bağlı olaraq Pentaqon Varşavanın təklifi ilə “Patriot” zenit-raket komplekslərini Polşaya göndərmək niyyətindədir. ABŞ Silahlı Qüvvələrinin Avropa komandanlığının nümayəndəsi Adam Millerin sözlərinə görə, iki “Patriot” batareyasının Polşaya verilməsi planlaşdırılır. ABŞ hərbi departamenti hesab edir ki, bu addım həm Birləşmiş Ştatlar və müttəfiqləri, həmçinin NATO ərazisi üçün potensial təhlükənin qarşısını almağa imkan verəcək: “Bu, alyansın 5-ci maddəsinə sadiqliyimizi və heç bir hücum əməliyyatını dəstəkləməyən ehtiyatlı qüvvələrdən qorunma tədbiridir”. Amma vəziyyət təkcə Avropada gərginləşməyib. Elə bu günlərdə Çin ordusu ABŞ və Yaponiyaya Tayvana görə xəbərdarlıq edib. Bildirilib ki, Tayvan məsələsinin kəskinləşməsi ilə əlaqədar Çin milli suverenliyini qorumaq üçün qəti addımlar atmağa hazırdır: “ABŞ və Yaponiya Tayvan məsələsini nə qədər çox qabartsa, milli suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün bir o qədər sərt addımlar atacağıq”. Qeyd edək ki, Tayvanın müdafiə naziri Chiu Kuo-Cheng bildirib ki, Çinlə hərbi əlaqələr son 40 ilin ən gərgin və ən pis dövrünü yaşayır. O, Çinin 2025-ci ilə qədər Tayvanı tamamilə işğal etmək qabiliyyətinə çatmasının mümkün olduğunu bildirib. Xatırladaq ki, Tayvan birtərəfli qaydada müstəqilliyini elan edib. Çin isə adanı özündən qoparılmış, lakin hələ də qanuni olaraq özünün bir hissəsi kimi qəbul edir. Belə bir vaxtda Yaponiya Kuril adalarının bir hissəsini ələ keçirmək niyyətində olduğunu rəsmən elan edib. Yaponiyanın baş naziri Fumio Kisida ölkəsinin Rusiyanın nəzarətində olan Kuril adalarının bir hissəsini ələ keçirmək niyyətini təsdiq edib: “Cənub əraziləri Yaponiyaya aid olan və Yaponiyanın suverenlik hüququna malik olduğu ərazidir”. Qeyd edək ki, bundan əvvəl Yaponiya Kuril adalarını özünün “əzəli ərazisi” adlandırıb. Sirr deyil ki, Yaponiyanın Kuril adalarına hansısa formada müdaxiləsinə Rusiya sərt hərbi reaksiya verəcək. Eləcə də Çin Tayvana qarşı hansısa addım atsa, ABŞ başda olmaqla, Qərb ölkələri buna müdaxilə edəcək. Bu isə dünyada daha çox sayda ölkənin biri-birilə savaş halına gəlməsi, yeni dünya müharibəsinin başlanması deməkdir.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ