Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edərək Azərbaycanın Ukraynaya göndərdiyi köməyə görə təşəkkür edib.
Bu barədə Prezident Əliyevin rəsmi sosial şəbəkə hesabında bildirilir.
Açıqlamada deyilir ki, Ukrayna Prezidenti Zelenski Azərbaycan Prezidentinə atəşkəsə nail olmaq, münaqişənin siyasi səviyyədə həlli istiqamətində göstərdiyi səylərə, Ukrayna xalqına dərman və tibbi ləvazimat göndərdiyinə görə təşəkkür edib.
Tahir TAĞIYEV