Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ona Rusiya lideri Vladimir Putinlə münaqişənin nizamlanması üzrə danışıqların təşkilini təklif ediblər.
Trend-in məlumatına görə, bunu V.Zelenski videomüraciətində bildirib.
Ukrayna dövlət başçısının sözlərinə görə, fevralın 26-da o, bir sıra xarici dövlətlərin başçıları, o cümlədən Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.
"Onlar Rusiya ilə danışıqları təşkil etməyi təklif etdilər və bunu ancaq alqışlamaq olar", - deyə V.Zelenski bildirib.