Rusiyanın Ukraynada başlatdığı hərbi əməliyyatlar fasiləsiz davam edir.
Ukraynanın Bakıdakı səfiri Vladislav Kanevski Xerson şəhərində Rusiyanın aviazərbələri nəticəsində azərbaycanlı bir ailənin 3 üzvünün həlak olduğunu açıqlayıb.
“Rusiyanın bu gün Ukraynanın Xerson şəhərinə endirdiyi aviazərbə nəticəsində Azərbaycanın Cəbrayıl rayonundan olan Qoşqar Fərzəliyevin həyat yoldaşı və iki övladı şəhid oldu”.
Azərbaycan xalqına başsağlığı verən səfir Kanevski dünyanı Rusiyanın hücumlarına səssiz qalmamağa çağırıb.
TAHİR