Cümə günü, 13 noyabr 2026
     

İrəvandakı Göy məscid İran abidəsi deyil, cənab səfir...

Image


Bu günlərdə Azərbaycan parlamentinin iki deputatının İrəvana səfər çərçivəsində orada Azərbaycan mədəniyyətinin yeganə nişanəsi Göy məscidi ziyarət etməsi və onun qarşısında şəkil çəkdirib, Göy Məscidin Azərbaycan abidəsi olduğunu xatırlatmaları ermənilərlə yanaşı farsları da yerindən oynadıb.

Deputatlarımızın Göy Məscidi Azərbaycan abidəsi adlandırması, bu gerçəklik İranın Ermənistandakı səfirini elə yandırıb, elə qıcıqlandırıb ki, səfir ağzına gələni danışıb, bir sözlə sərsəmləyib. Halbuki, heç ermənilər məscidlərə donuz bağlayanda, dinimizi təhqir edəndə nə İranın, nə də bu ölkənin Ermənistandakı səfirinin səsi çıxmamışdı. O zaman danışmaq lazım idi cənab səfir.

Ermənistan mətbuatının yaydığı məlumata görə, İranın Ermənistandakı səfiri Twitter səhifəsində “Ermənistanda yerləşən Göy məscid İran mədəniyyətinin simvoludur, son 3 onillikdə yenidən müsəlmanların yığışdığı dua yeri olub, həmçinin turistləri də cəlb edib...Çox xoşdur ki, onun yüzillərdən gələn İran epiqrafikası saxlanılıb. Onu kim oxuya bilər?” deyə yazıb. İranın Ermənistandakı səfiri bu cəfəngiyyatları qeyd etməklə 30 il müddətində ölkəsinin Ermənistanla əl bir olub Azərbaycanın mədəni irsinə qarşı saxtakarlıq etdiyini unutdurmaq istəyir. Yəqin ki, səfir Göy Məscidin Azərbaycanın irsi olduğunu yaxşı bilir, sadəcə erməni fitnəsinə uyub Azərbaycan məscidini farslaşdırdıqlarını ört-basdır etmək niyyətini ortaya qoyur. Yoxsa, bunun başqa adı yoxdur. 30 il boyunca İrəvandakı Göy məscidi, uzun illər də Şuşadakı Yuxarı Gövhər Ağa Məscidini “fars mədəni irsi” kimi təqdim edən İran o məscidlərin quruluşunu da, ornamentlərini də, yazılarını da dəyişdirərək saxtalaşdırıb. Göy Məscid heç vaxt fars irsi olmayıb, ola bilməz. Ermənilər kimi farslar da Azərbaycanın mədəni irsinə qarşı saxtalaşdırma aparıb və bu səbəbdən də deputatlarımızın Göy Məscidlə bağlı paylaşım etməsi səfiri bu qədər yandırıb. Əslində, deputatlarımız bu paylaşımlarla İranın ikiüzlü siyasətini ifşa ediblər.

AMEA-nın Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, professor Qasım Hacıyev baki-xeber.com-a şərhində bildirdi ki, İran azərbaycanlılara qarşı hörmətsizlik, mənfur niyyətlər bəsləməkdə heç də ermənilərdən kənarda qalmır. “Biz illər boyu bunu müşahidə etmişik, 30 il boyunca da ən dəhşətli məzərələrlə qarşılaşmışıq. Birinci Qarabağ müharibəsində ermənilərə həm gizli, həm də aşkar şərait yaradan, kömək edən, atəşkəsdən sonra da Azərbaycan şəhərlərini, kəndlərini, mədəni irsini, abidələrini, məzarlıqlarını, məscidlərini söküb dağıdan, yerlə yeksan edən ermənilərlə can bir qəlbdə olan farslar bu gün də öz mənfur niyyətlərindən əl çəkmirlər. Bu qədər müsəlmançılığa yaraşmayan hərəkətlərdən sonra indi də bu fikirlərini davam etdirirlərsə buna qeyri-adi yanaşmaq lazım deyil. Bu onların mahiyyətinin dəyişməz olduğunu göstərir, bu farsların mövqeyidir, düşüncəsidir, niyyətidir. Farslar ermənilərlə əmioğlu olduqlarını qətiyyən gizlətmirlər, təəssüflər olsun ki, bunu da onun ətrafında olan bəzi müsəlmanlar ya başa düşmür, ya da başa düşmək istəmir. İranın Ermənistandakı səfiri bir tarixi açıb vərəqləsin görək Göy Məscid nə vaxtdan fars mədəni irsi olub, bu harada yazılıb? Bu məscidin farslarla heç bir əlaqəsi yoxdur, sadəcə azərbaycanlılar tarixi şəhərimiz İrəvandan deportasiya olunduqdan sonra bu şəhərdəki bütün mədəni irsimiz dağıdılıb, məhv edilib. Göy Məscidi isə farslaşdırmaqla saxlayıblar, amma Göy Məscid Azərbaycan irsidir. Əgər səfir bilmirsə, biz Göy Məscidin tarixini ona xatırlada bilərik. Göy Məscid  1766-ci ildə İrəvan xanı Hüseynəli xanın əmri ilə İrəvanda tikilib və Azərbaycan abidəsidir.  

Səfirə də onu da xatırlatmaq istərdim ki, Azərbaycan və İran xalqı arasında müştərək mədəniyyət, müştərək dövlətçilik ənənələri, gediş-gəliş əlaqələri olub, keçmişdə bəzən  bir dövlətin tərkibində olmuşuq, sonradan dünyanın ən gözəl dini olan islam dinini birlikdə qəbul etmişik, müsəlmanıq. Təəssüf ki, bütün bunların hamısını bir kənara qoyaraq İran hər addımda ermənilərə kömək edib, gizli şəkildə silahlandırıb, ərzaqla təmin edib, hətta kəşfiyyat məlumatı ilə təmin edib. Bunu müsəlman dövləti İran edib”.

Q.Hacıyev deyir ki, İran indiyə qədər öz xəritələrində bütöv Azərbaycanı əks etdirməyə çalışmayıb, buna qısqanclıqla yanaşıb. Belə bir halda onlardan nə qardaşlıq, nə dostluq, nə dindaşlıq gözləmək olar? Q.Hacıyevin sözlərinə görə, heç zaman İran müsəlman həmrəyliyinə xidmət etməyib. “Biz Ermənistanın qarşısına tələb qoyanda Rusiyadan sonra İran Ermənistana havadarlıq edir. Səfir bilmir ki, ermənilər necə saxtakar toplumdur. Torpaqlarımız işğalda olanda ermənilər bizim məscidlərə donuz bağlayıb təhqir edəndə İran buna reaksiya vermədi və Şuşa məscidini farslaşdırmaq üçün hərəkətə keçdi. Biz nə qədər etiraz etsək də, İran yenə də Şuşadakı Gövhər ağa Məscidini “fars məscidi” kimi təmir etdirdi. O zaman o məscidi mənimsəmək üçün təmir edirdilər. Sonra da Şuşa azad olandan sonra İran təmsilçiləri  heç bir məsuliyyət daşımadan, xəcalət çəkmədən gedib orada namaz qıldılar. Şuşanın işğaldan azad olunmasından ən çox narahat olan ölkələrdən biri İran oldu.

Bütün dünya bilir ki, indiki Ermənistan ərazisi Qərbi Azərbaycandır və tarixi türk torpaqlarıdır. Dünya bunu etiraf etməsə də yaxşı bilir. Səfir də bilməlidir ki, İrəvandakı bütün abidələr Azərbaycan xalqına məxsus olub, düzdür, indi o abidələrin hamısı məhv edilib. Cəmi iki abidə məhv edilməyib, onlardan biri Göy Məsciddir, onu da cinayətkarcasına farslaşdırırlar. Niyə bir dəfə İran səfiri Ermənistan rəhbərliyinə sual vermir ki, bəs İrəvandakı o biri məscidlər, abidələr hanı? Nə üçün Ermənistan Azərbaycana aid bütün mədəni irsi yer üzündən silib cəmi iki abidə saxlamısan? İran dövlət xadimləri Ermənistan rəhbərliyinə “buradakı türk-müsəlman abidələrini hara yoxa çıxarmısız” sualını verməli olduğu halda erməni saxtakarlığına şərik olurlar. Ermənilər alban xristian abidələrini erməniləşdirdiyi kimi İran da fürsətdən istifadə edib İrəvandakı Göy Məscidi və Şuşadakı Gövhər ağa Məscidini  farslaşdırmışdı. Bu gün Gövhər ağa Məscidini xilas etmişik, amma Göy Məscid hələ də xilas edilməyib. İran səfiri də Ermənistanın toruna düşüb, erməni saxtakarlığına şərik olduğunu ortaya qoyub. Səfir unutmasın ki, Göy Məscidi Ermənistanın razılığı ilə İran qanunsuz olaraq “fars məscidi” kimi təmir edib, elementləri, yazıları saxtalaşdırıb. İranı nə vadar edir ki, 30 ildir Ermənistanın hiyləgər siyasətinə züy tutur? Belə olmaz cənablar, sizin bir müsəlman dövləti, toplumu olmağı unutmağa haqqınız yoxdur. Elə Göy Məscidin də Azərbaycan abidəsi olduğunu unutmağa iranlı diplomatın haqqı yoxdur. Hesab edirəm ki, İranın Ermənistandakı səfirinin İrəvanın tarixini oxuyub öyrənməsinə ciddi ehtiyac var. İran səfiri onda görər ki, İrəvan tarixi Azərbaycan şəhəridir, Göy Məscid də Azərbaycan abidəsidir”-deyə Q.Hacıyev qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ