Cümə günü, 13 noyabr 2026
     

NİYƏ YAZIRDIN Kİ, POZASAN DA?..

Image


lk cümləsi “Rusiya Xarici İşlər Nazirliyi öz təxribatçılıq ruhundan (daha doğrusu, ruhsuzluğundan!) nə zaman qurtulacaq?” – sualı ilə başlayan bir yazı yazmışdım. Yazını yayınlanmağa göndərmək istərkən, bəlli oldu ki, Rusiya XİN-nin sosial şəbəkələrdəki rəsmi hesabında 1828-ci il “Türkmənçay müqaviləsi” ilə bağlı xəbərdəki yanlışlıq aradan qaldırılıb. Belə ki, həmin xəbərin mətnindən “Gündoğar Ermənistan” ifadəsi çıxarılıb. Bu yaxşı haldır, bununla belə, Rusiya XİN-nin tam da, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfərinin ilk günündə (21 fevralda) yanlış “məlumat” yayması təsadüf əsəri deyildi. Tarixi faktların qərəzli şəkildə təhrif olunması da, yayımın zamanlaması da, əlbəttə, qəbuledilməzdi.

Lavrovun başçılıq etdiyi Rusiya XİN necə bir XİN-dir ki, Rusiya ilə Azərbaycan əlaqələrinin yeni səviyyəyə yüksəldildiyi bir məqamda belə bir açıqlama ilə çıxış edirdi? – Açıqlama  uyğunsuz açıqlama olub, tam bir yaramazlığın ifadəsiydi. Bu təhrifi, məsələn Rusiya XİN-nin “Tarix-sənədləşdirmə departamenti”nin üzərinə atmaq yaramaz, bu, düşünülmüş, bəsbəlli bir qərəzin ifadəsiydi. Bu, Rusiya XİN-də illərlə oturuşmuş, ümumən Rusiya dövlətinin materiyasınadək sızmış ermənilərin və ermənipərəst şəxslərin Azərbaycan Prezidentinin Rusiyaya səfərinə, imzalanmış yeni sənədə inersik təpkiydi. Amma və lakin Rusiya XİN-dəki ermənipərəstlərin bu çırpınmaları “arxadan atılan daş”, yaxud “saman çöpü”ndən yapışma”qdır. Onlar arxadan daş (daha doğrusu güllə) atmaq, özlərini aldatmaq, “böyük görsənmə” kimi xəstəliklərə mübtəladır, zatən. Elə bilirəm, yanlışlığı düzəltməklə yanaşı, qabiliyətləri çatıb, üzrxahlıq etməliydilər. Və kim zəmanət verir ki, Lavrovun başılıq etdiyi dönəmdə yeni “yanlışlıqlar” olmayacaq?.. Xankəndi iqtisadi rayonunda və yaxın çevrəsində müvəqqəti yerləşdirilmiş Rusiya hərbi bölmələrinin hərəkət və nəzarət qrafikləri ilə bağlı da tez-tez belə yanlışlıqlar görürük. O üzdən ya Müdafiə Nazirliyinin ya XİN-nin bir daha belə yanlışqlara yol verməməsi qəti şəkil almalıdır. Yazdım, pozdumla olmur, yazma ki, pozmayasan da...

Tarixi proseslərin (konkret olaraq, “Kürəkçay”, “Türkmənçay” və “Gülüstan” müqa­vilələrinin) təhrif edilməsi, bundan sonra nə Ermənistana, nə dünya erməniliyinə, nə də Rusiya XİN-ə bir şey verməz.

“Kürəkçay”, “Türkmənçay” və “Gülüstan” müqavilələrinin orijinal mətninə ən asan əli çatan elə Rusiya XİN deyilmi? – Buyursun, orjinalı dərc etsin, ifadələri, terminləri düzgün yazsın, o dövrün şərtlərini, gerçəkliyi yanlış yerə daşımasın və qərinələr sonranın baxış bucağı ilə yorumlamasın. Məhz həmin olmaz olası müqavilələrdən sonra ermənilərin Qafqaza köçü başlamadımı? Bizim torpaqlara köçürülən ermənilər özləri köçürülmələrinin xatirəsinə “Marağa–150” abidəsi ucalt­mamışdılarmı? – Bu ki təhrifi “əsaslandırma” imkanları geniş olası qədim və ya sənəd-sübutsuz tarix deyil, yaxın tarixdir. 1828-ci ildə Çar Rusiyasının Quzey Azər­baycanı işğal etməsindən sonra, Qacar Azərbaycan imperiyası ilə bağlanan “Türkmənçay müqavi­ləsi”nə əsasən ermənilər Qarabağ, Naxçıvan və İrəvan xanlıqla­rımızın ərazisindəki verimli torpaqlara, səfalı yerlərə köçürülməyə başladı. İlk köçlər ərəfəsində 200 erməni ailəsi Güney Azərbaycanın Marağa əyalətindən Qarabağa köçürüldü. Hətta, ermənilər özləri, məskunlaşdırıldıqları ərazini Marağa adlandırdı. Sonralar “ağıllanıb”, kəndin adını erməniləşdirərək “Marağaşen” adlandırdılar. Kənd Sovetlər dönəmində - 1954-cü ildə yeni – Leninavan adı ilə rəsmiyyət qazandı. 1978-ci ildə isə erməni ailələrinin Marağadan köçüb Qarabağa gəlməsinin 150-ci ildönümü ilə bağlı olaraq, burada, müvafiq abidə ucaldıldı. Ermənistanın Azərbaycan torpaqlarını işğalı başladıqdan sonra, ermənilərin Qarabağa gəlmə olmasının izini itirmək məqsədilə “Marağa – 150” abidəsindəki yazıların üstü öncə qapadıldı, sonra isə tamamən dağıdıldı. (Yeri gəlmişkən, 1992-ci ildə qəsəbəyə ərazidəki Şıxarxın adı verildi. Arxın adı isə Şıxlar nəsli ilə bağlıdır).

Bəli, “Kürəkçay”, “Gülüstan” və “Türkmənçay” müqavilələri faktiki olaraq Rusiyanın Güney Qafqazda mövcudluğunu, onun o zamankı hərbi-siyasi qələbəsini rəsmiləşdirdi. Müqavilə bağlayan tərəfin biri o vaxtkı Rusiya (Çar) imperiyası, biri Azərbaycan (Qacar) imperiyası idi, erməninin isə nəinki imperiyası, dövləti, heç yaylası, dağı-dərəsi, düzü-düzəngahı yox idi...

Ermənistan dövlətinin 100 ildən bir qədər öncə məhz tarixi Azərbaycan torpaqlarında yaradıldığını ən yaxşı, ən dəqiq sənəd-sübutla bilən elə həmin o, Rusiya arxivlərinə çıxışı olanlardır. (Paşinyanın məxməri inqilabla hakimiyyətə gəldiyi 2018-ci ildə Rusiya siyasi elitasının tanınmış nümayəndələrinin “Ermənistan dövlətini biz yaratdıq” açıqlamalarını internetdən izləmək qayət kolay bir işdir)...

XX yüzilin sonlarında dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan 30 il sonra Rusiya ilə dövlətlərarası münasibətlərini yeni səviyyəyə ona görə qaldırmayıb ki, Lavrovun idarəsi “Moskva Bəyannaməsi” öncəsindəki kimi davranmaqda davam etsin. Yaxşı, tutaq ki,  Bəyannamə imzalanmayıb, bu o deməkdirmi, tarixi təhrif edəsən, öz etnik çıxarlarını başçılıq etdiyin qurumun, təmsil etdiyin dövlətin maraqları ilə diffuziya halına gətirə, öz ağlınca, “erməni-rus xəlitəsi” yaradasan? – Mən genetika mütəxəssisi deyiləm, ancaq dəqiq bilirəm ki, belə bir xəlitə mümkün olmayacaq... Ermənilərin heç bir xalqla calağı alınmır – öz aralarında “Livanlı”, “Qarabağlı”, “Fransalı”, “Hindistanlı”, “İranlı”, nə bilim, “hay”, “erməni” ayrımçılığından qurtula bilməmiş, mədəniyyət (sivilizaisiya) baxımından da millət səviyyəsinə yüksələ bilməmiş, dövlət qurma təcrübəsi olmayan bir bekara tayfa fason yığnaq özünə nə yaramışdı ki, hələ bir başqasını da yarada, zənginləşdirə?.. Bu son cümlənin acı gerçəkliyini görməkçün Ağdama, Füzuliyə, Cəbrayıla... qısa bir səfər etmək yetərlidir. Zatən, hörmətli Mehriban xanım Mariya Simonyanın timsalında erməni jurnalistlərini işğalın nəticələrini öz gözləri ilə görməkçün Ağdama dəvət etdi. Gəlsinlər, görsünlər və öz etnik kökənləri ilə “fəxr etsinlər”...

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

BAYRAĞIMIZ UCA OLSUN!

Əkbər QOŞALI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ